Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-653/2024 27.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələrə” dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələrə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ““X1” ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış və işə əlavə edilmiş ərizədən görünür ki, tərəflər arasında hazırkı iş üzrə mübahisənin məhkəmə qaydasında həllinə zərurətin hələlik aradan qalxdığını nəzərə alaraq həmin iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı “X1” ASC-nin məhkəmədə işə baxılması üçün ödənilmiş 47.06 (qırx yeddi manat altı qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı “X1” ASC-yə qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələrə” dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı “X1” ASC-yə geri qaytarılsın. İddiaçı “X1” ASC-nin məhkəmədə işə baxılması üçün ödənilmiş 47.06 (qırx yeddi manat altı qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı “X1” ASC-yə qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-653/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-653/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver