Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-657/2023 21.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh və üçüncü şəxslər X4 və X10 qarşı “pulun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “pulun tutulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,X1 72000 manat məbləğində olan borcunun yarısının, yəni 36000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı“pulun tutulması tələbinə” dair iddia ərizəsinə əlavə olaraq onun X1 72000 manat məbləğində olan borcunun yarısının, yəni 36000 manat məbləğində pulun, X10 olan 83800 manat məbləğində olan borcunun yarısının, yəni 41900 manat məbləğində pulun, ümumilikdə isə 77900 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,o, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. O, xx.xx.1982-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onların çox uzun zamanlar birgə ailə təsərrüfatları olmuş və onlar birlikdə ailə təsərrüfatını idarə etmişlər. Onların birgə nikah dövründə Cavabdeh ilə onun kiçik təsərrüfatı mövcud olmuşdur. Lakin 2016-cı il tarixdə o, bu təsərrüfatını inkişaf etdirmək və bəzi ailə xərclərini ödəmək üçün borc almaq istəmişdir. Bunun üçün ona 72000 məbləğində pul lazım idi. Buna görə də o, qardaşı X4 müraciət etmişdir. O isə ona bu pulu borc kimi verə biləcəyini, lakin bunun üçün yazılı müqavilə bağlamalı olduğunu demişdir. O, buna razı olmuş və birgə təsərrüfatı adından bu müqaviləni qardaşı X5 ilə bağlamışdır. Nəticədə, onunla qardaşı X5 arasında 16 may 2016-cı il tarixli borc müqaviləsi bağlanmışdır. Bununla da, həyat yoldaşı Cavabdeh ilə onun kiçik təsərrüfatını genişlətmək və ailə xərclərini ödəmək üçün qardaşı ona 72000 manat borc pul vermişdir. Bu pulu onlar 16 may 2016-cı il tarixli borc müqaviləsinə əsasən 5 il müddətinə, yəni 16 may 2021-ci il tarixə qədər tam şəkildə qaytarmalı idilər. Lakin o, bu pulu qaytara bilmədiyinə görə qardaşı X5 ona və Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onlardan müştərək qaydada 72000 (yetmiş iki min) manat məbəğində borc pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bu iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan 72000 (yetmiş iki min) manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulub iddiaçı X4 ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4948/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmılşdır. Nəticədə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli Qusar rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarına əsasən ondan 72000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Nəzərə almaq lazımdır ki, sözügedən borc onun cavabdehlə birgə nikah dövründə yaranmışdır. Onlar birgə ailə təsərrüfatını idarə edərkən bu borcu almış və ailə xərclərinə sərf etmişlər. Lakin sonradan borcu ödəyə bilməmiş və bu məsələlərə görə də aralarında mübahisələr yaranmışdır. Bu borc öhdəliyi onların birgə öhdəliyində olan bir məsələdir. Amma cavabdeh öz öhdəliyindən, yəni borcu müştərək qaydada ödəməkdən boyun qaçırır. Yəni hazırki qanunvericiliyinə əsasən nikah dövründə ər və ya arvad tərəfindən götürülmüş öhdəlik birgə məsuliyyət yaradır. Buna görə sözügedən borc da cavabdehlə onun arasında birgə məsuliyyət yaratmalıdır. Çünki onlar həmin borcu məhz ailə xərcləri üçün birgə nikah dövründə almışlar. Bütün bunlara görə də X1 72000 manat məbləğində olan borcunun yarısı, yəni 36000 manat məbləğində pul Cavabdeh tutularaq ona ödənilməlidir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, o Qusar Rayon Məhkəməsində Cavabdeh qızma qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda isə bu iş Qusar Rayon Məhkəməsinin icraatındadır. Lakin hal-hazırda bu iddiasına əlavə tələblər irəli sürməyə ehtiyac yaranmışdır. Bu əlavə aşağıdakılardan ibarətdir. O, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. O, xx.xx.1982- ci il tarixdə Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onların çox uzun zamanlar birgə ailə təsərrüfatı olmuş və onlar birlikdə ailə təsərrüfatını idarə etmişlər. Onların birgə nikah dövründə Cavabdeh ilə onun kiçik təsərrüfatı mövcud olmuşdur. Lakin 2016-cı il tarixdə onlar bu təsərrüfatını inkişaf etdirmək və bəzi ailə xərclərini ödəmək üçün borc almaq istəmişlər. Bunun üçün onlara 72000 məbləğində pul lazım idi. Buna görə də o, qardaşı X4 müraciət etmişdir. Qardaşı isə onlara bu pulu borc kimi verə biləcəyini, lakin bunun üçün yazılı müqavilə bağlamalı olduğunu demişdir. O, buna razı olmuş və birgə təsərrüfatı adından bu müqaviləni qardaşı X5 ilə bağlamışdır. Nəticədə, onunla qardaşı X5 arasında 16 may 2016-cı il tarixli borc müqaviləsi bağlanmışdır. Bununla da, həyat yoldaşı Cavabdeh ilə onun kiçik təsərrüfatı genişlətmək və ailə xərclərini ödəmək üçün qardaşı ona 72000 manat borc pul vermişdir. Bu pulu onlar, 16 may 2016-cı il tarixli borc müqaviləsinə əsasən 5 il müddətinə, yəni 16 may 2021-ci il tarixə qədər tam şəkildə qaytarmalı idilər. Lakin onlar bu pulu qaytara bilmədiyinə görə qardaşı X5 ona və Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onlardan müştərək qaydada 72000 (yetmiş iki min) manat məbəğində borc pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə bu iddia tələbi qismən təmin edildi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan 72000 (yetmiş iki min) manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulub iddiaçı X4 ödənilməsi qət edildi. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4948/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlamlmılşdır. Nəticədə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli Qusar rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarına əsasən ondan 72000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bundan başqa 2021-ci ildə də ailədaxili və birgə təsərrüfatında maddi cəhətdən bəzi problemlər yaranmışdır. Buna görə də onlar yenidən borc alaraq vəziyyətlərini düzəltməyi qərara almışlar. Buna görə də o, yenidən xx.xx.2021-ci il tarixdə X12 adlı şəxslə 3M-997 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi imzalayaraq ondan 83800 manat məbləğində pulu borc almışdır. Lakin o, bu borcu da qaytara bilməmişdir. Buna görə də iddiaçı X12 cavabdeh kimi ona qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ondan 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pulun və 342 (üç yüz qırx iki) manat dövlət rüsumunun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bu iddia tələbi təmin edildi. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul və 342 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X10 verilməsi qət edildi. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2104/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1454/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə də Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlamlmılşdır. Nəticədə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 342 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X8 xeyrinə ödənilməlidir. Nəzərə almaq lazımdır ki, sözügedən borclar onun cavabdehlə birgə nikah dövründə yaranmışdır. Onlar birgə ailə təsərrüfatını idarə edərkən bu borcları almış və ailə xərclərinə sərf etmişlər. Lakin sonradan borcları ödəyə bilməmiş və bu məsələlərə görə də aralarında mübahisələr yaranmışdır. Bu borc öhdəlikləri onların birgə öhdəliyində olan bir məsələdir. Amma cavabdeh öz öhdəliyindən, yəni borcu müştərək qaydada ödəməkdən boyun qaçırır.Yəni hazırki qanunvericiliyə əsasən nikah dövründə ər və ya arvad tərəfindən götürülmüş öhdəlik birgə məsuliyyət yaradır. Buna görə sözügedən borclar da cavabdehlə onun arasında birgə məsuliyyət yaratmalıdır. Çünki onlar həmin borcları məhz ailə xərcləri üçün birgə nikah dövründə almışlar. Bütün bunlara görə də X1 olan 72000 manat məbləğində borcunun yarısı, yəni 36000 manat məbləğində pul və onun X10 olan 83800 manat məbləğində olan borcunun yarısı, yəni 41900 manat məbləğində pul, ümumilikdə 77900 manat məbləğində pul Cavabdeh tutularaq ona ödənilməlidir. Yəni hazırki qanunvericiliyə əsasən nikah dövründə ər və ya arvad tərəfindən götürülmüş öhdəlik birgə məsuliyyət yaradır. Buna görə sözügedən borclar da cavabdehlə onun arasında birgə məsuliyyət yaratmalıdır. Çünki onlar həmin borcları məhz ailə xərcləri üçün birgə nikah dövründə almışlar. Bütün bunlara görə də X1 olan 72000 manat məbləğində borcunun yarısı, yəni 36000 manat məbləğində pul və onun X10 olan 83800 manat məbləğində olan borcunun yarısı, yəni 41900 manat məbləğində pul, ümumilikdə 77900 manat məbləğində pul Cavabdeh tutularaq ona ödənilməlidir.O, bu iddia tələbi ilə bağlı olaraq ümumi olaraq 353,7 manat məbləğində (77900x0,3%+120=233,7+120=353,7) dövlət rüsumu ödəməlidir. X1 olan 72000 manat məbləğində olan borcunun yarısının, yəni 36000 manat məbləğində pulun və X10 olan 83800 manat məbləğində olan borcunun yarısının, yəni 41900 manat məbləğində pulun, ümumilikdə isə 77900 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi verərək İddiaçı iddia ərizəsinin qanunsuz və əsasız hesab edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki və ona əlavədəki xüsusatları təsdiq etmiş və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş, iddianı və iddiaya əlavənin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər X5 və X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan, AZ-T 026136 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 nikahları 06 yanvar 1982-ci il tarixdə Sumqayıt nikah evində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Mirzəyeva” soyadını qəbul etmişdir. İşdə olan 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X3 Şərif Allahverdi oğluna 83000 (səksən üç min) manat məbləğində borc pul vermişdir. İşdə olanxx.xx.2021-ci il tarixli 2(060)-8395/2021 saylı Sumqayıt Şəhər Məhkəməsinin Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 72000 (yetmiş iki) min manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir İşdə olan xx.xx.2022-ci il tarixli 2(105)-954/2022 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 dekabr 2021-ci il tarixli 2(026)-8395/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4948/2022 sylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-954/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 306899/2022-50-2-003 saylı icraata başlamaq haqqında məlumatdan görünür ki, icra sənədi üzrə borclu İddiaçı 72000 manat məbləğdə pul vəsaiti və 30 manat dövlət rüsumu tutlaraq tərəbkar X2 xeurinə ödənilməlidir. İşdə olan 11 mart 2022-ci il tarixli e-2(060)-498/2022 saylı Sumqayıt Şəhər Məhkəməsinin Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul və 342 (üç yüz qırx iki) manat dövlət rüsumu tutularaq iddiaçı X10 verilməsi qət edilmiş, İddiaçı X10 qarşı “kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İşdə olan 14 dekabr 2022-ci il tarixli 2(105)-2104/2022 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 11 mart 2022-ci il tarixli e-2(060)498/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1454/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2104/2022 saylı 12 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-cü maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Həmin Məcəllənin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsənə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2; 32.2.1; 32.2.2; 32.3-cü maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarında asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Göründüyü kimi, iddiaçı iddia ərizəsində və ona əlavədə göstərilmiş birgə nikah dövründə əldə olunmuş borc pul məbləğlərinin birgə təsərrüfata və ya ailə xərclərinə xərclənməsi, nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi, alınan borc pulun məhz ailə ehtiyacları üçün sərf olunması ilə bağlı da sübutlar təqdim etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da həmin hallar aşkar olunmamışdır. Bu səbəbdən də, iddiaçının birgə nikah dövründə əldə etdiyi borc pul məbləğləri birgə nikah dövründə əldə olunmuş əmlak qismində qiymətləndirilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “pulun tutulması tələbinə” dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “pulun tutulması tələbinə” dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-657/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-657/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver