Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-727/2022 25.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulmasına dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron Məhkəmə” sistemi vasitəsi ilə iddiaçı «X1 Azərbaycan» QSC-nin nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixdə işə əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh tərəfinfən iddia ərizəsində göstərilən borc məbləğini tam şəkildə ödənildiyindən iddia tələbindən imtina edildiyi və mülki işə xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulmasına dair» iddia ərizəsi üzrə iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunsun və hazırkı mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırki iddiadan imtina etdiyinə görə ona yenidən eyni iddia ilə həmin cavabdehə qarşı eyni əsaslarla iddia irəli sürülməsinə yol verilmir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(029)-727/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-727/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver