Məhkəmə qərarları › İş №e-2(029)-75/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-75/2025

29.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-75/2025 29.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 balansında olan üç avtomobilin təmirinə görə ona ödənilməli olduğu 10243.60 (on min iki yüz qırx üç manat altmış qəpik) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1989-cu ildən Qusar şəhərində, avto-təmir texniki stansiyasında maşın ustası kimi fəaliyyət göstərir. Əsasən Quba rayonu və ətraf rayonlarda hüquqi və fiziki şəxslərə bu barədə xidmət göstərir. 2021-ci ilin aprel ayından “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 balansında olan UAZ-3962 markalı, **-AC-*** dövlət nömrə nişanlı, UAZ-3962 markalı, **-AC-*** dövlət nömrə nişanlı, QAZ-3221 markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobillərin təcili təmirə ehtiyacı olduğundan, cavabdeh təşkilat tərəfindən ona müraciət edilmişdir. Ona, 2021-ci ilin axırınadək avtomobillərin təmiri üçün tender elan olunacağı, lakin bu avtomobillərin təmiri təxirəsalınmaz olduğundan, təmirin onun hesabına aparılması, pulun gələcəkdə ödəniləcəyi bildirilmişdir. Həmin avtomobillərin təmiri ona məxsus şəxsi avtomobil təmiri sexində aparılaraq tibbi müəssisəsinə təhvil verilmişdir. Tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qüsur aktları və həmin aktlara əlavə edilmiş xərclərin siyahısındanda görünür ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” X5 məxsus avtomobillərin təmiri üçün avtomobil hissələrinə və işlərin görülməsinə görə 10243.60 manat məbləğində pul sərf edilmişdir. Amma dəfələrlə xahiş və tələblərinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Hal-hazırda da, cavabdehin ona UAZ-3962 markalı, **-AC-*** nömrəli avtomobilin təmirinə görə 3526 manat, UAZ-3962 markalı, **-AC-*** nömrəli avtomobilin təmirinə görə 2443.70 manat, QAZ-3221 markalı, **-AC-*** nömrəli avtomobilin təmirinə görə 4273.90 manat olmaqla, ümumilikdə 10243.60 (on min iki yüz qırx üç manat altımış qəpik) manat məbləğində təmir xərclərinə görə borcu vardır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilmiş xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilmiş xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X6 nümayəndəsi X1 izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən avtomobilləri iddiaçı, iddia ərizəsində göstərilən tarixdə təmir etmişdir. Lakin, hazırda iddia ərizəsində qeyd edilən avtomobillərin təmiri üçün iddiaçının tələb etdiyi məbləği xəstəxana tərəfindən ödənilməsi mümkün deyil. Belə ki, iddiaçı həmin məbləğin ona ödənilməsi üçün prossedur qaydalarına riayət etməmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin X6 nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin MMC-nin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 mexaniki Ağarəhimov Sərvər, “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 nəqliyyat üzrə çilingəri Hidayatov Yaqub və “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 sürücüsü Əzizov Ramin tərəfindən tərtib edilmiş qüsur aktının surətindən görünür ki, Qusar RMX PHŞ-in balansında olan UAZ 3962 **-AC-*** nömrəli avtomaşın idarə olunan zaman xx.xx.2021-ci il tarixdə mühərrikin sıradan çıxmasının qarşısının alınması üçün baxış keçirərək təcili sürətdə həmin avtomaşının mühərrikinin təmir olunması müəyyən olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli UAZ-3962 **-AC-*** nömrəli ZMZ mühərrik ehtiyyat hissələrinin sökülüb yığılma xərcləri 3526 manat təşkil etmişdir. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 mexaniki Ağarəhimov Sərvər, “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 nəqliyyat üzrə çilingəri Hidayatov Yaqub və “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 sürücüsü İsmayılov Firuz tərəfindən tərtib edilmiş qüsur aktının surətindən görünür ki, Qusar RMX PHŞ-in balansında olan UAZ 3962 **-AC-*** nömrəli avtomaşın idarə olunan zaman xx.xx.2021-ci il tarixdə mühərrikin sıradan çıxmasının qarşısının alınması üçün baxış keçirərək təcili sürətdə həmin avtomaşının mühərrikinin təmir olunması müəyyən olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli UAZ-3962 **-AC-*** nömrəli QAZ-24-10 mühərrik ehtiyyat hissələrinin sökülüb yığılma xərcləri 2443.70 manat təşkil etmişdir. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 mexaniki Ağarəhimov Sərvər, “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 nəqliyyat üzrə çilingəri Hidayatov Yaqub və “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 sürücüsü Məmmədrzayev Volodya tərəfindən tərtib edilmiş qüsur aktının surətindən görünür ki, Qusar RMX PHŞ-in balansında olan QAZ 3221 **-AC-*** nömrəli avtomaşın idarə olunan zaman xx.xx.2021-ci il tarixdə sürətlər qutusu və xodovoyların dağılmasının, sıradan çıxmasının qarşısının alınması üçün sürətlər qutusunun sökülüb yığılması, peredokun sökülüb yığılması, sükan kolonkasının yığılması, arxa mostun sökülüb yığılması və elektrik işlərinin görülməsi müəyyən olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli QZ-3121 **-AC-*** nömrəli Skoru Qazelə alınmış ehtiyyat hissələrinin və usta qiymətləri xərcləri 4273.90 manat təşkil etmişdir. İşdə olan 11 iyun 2024-cü il tarixli 18-1/2-Q-6776/2-42-14065/2024 saylı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, müraciəti əsasında araşdırma aparılmış, məsələ ilə əlaqədar tibb müəssisəsi rəhbərliyindən rəsmi məlumat alınış, habelə zəruri sənədlərin surətləri sorğu əsasında əldə edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, 2021ci ilin aprel ayında **-AC-***, **-AC-***, **-AC-*** dövlət nömrə nişanlı təcili və təxirəsalınmaz tibbi yardım avtomobillərinin həqiqətən əsaslı təmirə ehtiyacı olmuş və bununla bağlı direktor Mübariz Zeynalovun göstərişi ilə qeyd olunan avtomobillərin təmiri İddiaçı məxsus şəxsi avtomobil təmiri sexində aparılaraq tibb müəssisəsinə təhvil verilmişdir. Təmir xərclərinin qarşılanması üçün tibb müəssisəsinin 2021-2023-cü illərdə direktoru vəzifəsində çalışmış K.Paşayevə müraciətiniz zamanı təqdim olunmuş sənədlərin ödənişin edilməsi üçün yetərli hesab edilmədiyindən ödənişdən imtina olunmuşdur. İşdə olan “VAZ” Kooperativi tərəfindən verilmiş rəydən görünür ki, UAZ-3962 markalı, **-AC-*** nömrəli avtomobilin, ZMZ mühərrik ehtiyyat hissələrinin sökülüb yığılma xərləri 3526 manat, UAZ-3962 markalı, **-AC-*** nömrəli, QAZ 024-10 mühərrik ehtiyat hissələrinin sökülüb yığılma xərcləri 2443.70 manat, QAZ-3121 markalı, **-AC-*** nömrəli, təcili tardım Qazelinə alınmış ehtiyyat hissələrinin və usta qiymətlərinin xərcləri 4273.90 manat təşkil edir. İşdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, 16 yanvar 2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş və imtina da qeyd edilmişdir ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci, 1.04.2021-ci və xx.xx.2021-ci il tarixli qüsur aktlarında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə 2021-ci il tarixə məlumat olmadığından icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442.öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, 2021-ci ilin aprel ayından “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 balansında olan UAZ-3962 markalı, **-AC-*** dövlət nömrə nişanlı, UAZ- 3962 markalı, **-AC-*** dövlət nömrə nişanlı, QAZ-3221 markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobillərin təcili təmirə ehtiyacı olduğundan, cavabdeh təşkilat tərəfindən İddiaçı müraciət edilmişdir. Həmin avtomobillərin təmiri İddiaçı məxsus şəxsi avtomobil təmiri sexində aparılaraq tibbi müəssisəsinə təhvil verilmişdir. Tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qüsur aktları və həmin aktlara əlavə edilmiş xərclərin siyahısındanda görünür ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” X5 məxsus avtomobillərin təmiri üçün avtomobil hissələrinə və işlərin görülməsinə görə 10243.60 manat məbləğində pul sərf edilmişdir. Cavabdehin nümayəndəsi də, məhkəmə iclasında iddiaçının qeyd etdiyi avtomobillərin iddiaçı tərəfindən təmir olunduğunu bildirmişdir. Hal-hazırda da, cavabdehin İddiaçı UAZ-3962 markalı, **-AC-*** nömrəli avtomobilin təmirinə görə 3526 manat, UAZ-3962 markalı, **- AC-*** nömrəli avtomobilin təmirinə görə 2443.70 manat, QAZ-3221 markalı, **-AC-*** nömrəli avtomobilin təmirinə görə 4273.90 manat olmaqla, ümumilikdə 10243.60 (on min iki yüz qırx üç manat altımış qəpik) manat məbləğində təmir xərclərinə görə borcu vardır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 balansında olan üç avtomobilin təmirinə görə İddiaçı ödənilməli olduğu 10243.60 (on min iki yüz qırx üç manat altmış qəpik) manat məbləğində pul və iddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 (yüz iyirmi bir) manat pul vəsaiti cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X3 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X4 balansında olan üç avtomobilin təmirinə görə İddiaçı ödənilməli olduğu 10243.60 (on min iki yüz qırx üç manat altmış qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 (yüz iyirmi bir) manat pul vəsaiti cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X3 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar