Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-797/2025 11.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 5.286,47 (beş min iki yüz səksən altı ABŞ dolları 47 sent) ABŞ dolları - bundan 1.253,84 (bir min iki yüz əlli üç ABŞ dolları 84 sent) ABŞ dolları əsas, 864,65 (səkkiz yüz altmış dörd ABŞ dolları 65 sent) ABŞ dolları faiz, 2.991,69 (iki min doqquz yüz doxsan bir ABŞ dolları 69 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 176,29 (bir yüz yetmiş altı ABŞ dolları 29 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 109,87 (bir yüz doqquz Manat 87 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 33 % dərəcəsi ilə 3.824 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 240007347/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 2961 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 3.372,34 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 23 ay təyin edilmişdir. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.831,74 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5.286,47 (beş min iki yüz səksən altı ABŞ dolları 47 sent) ABŞ dolları təşkil edir. Bundan 1.253,84 (bir min iki yüz əlli üç ABŞ dolları 84 sent) ABŞ dolları əsas, 864,65 (səkkiz yüz altmış dörd ABŞ dolları 65 sent) ABŞ dolları faiz, 2.991,69 (iki min doqquz yüz doxsan bir ABŞ dolları 69 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 176,29 (bir yüz yetmiş altı ABŞ dolları 29 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, iddianı qismən qəbul edir, 1253.84 ABŞ dolları borcunun qaytarılmasına razıdır, lakin, faiz və cərimə borcunun qaytarılması barədə tələblə razılaşmır və hesab edir ki, bu onun üzərinə əlavə öhdəlik qoyulması kimi qiymətləndirilməlidir. Əsas borcunu imkanı olan kimi qaytaracaqdır. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, bankla onun arasında bağlanmış müqavilənin müddəti bitmişdir. Bundan başqa, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan “DəmirBank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən cavabdehə 18 ay müddətinə illik 33 % dərəcəsi ilə 3.824 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan “DəmirBank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 240007347/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Tahir X1 ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini kimi Bank qarşısında zamin durmuşdur. İşdə olan Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 2961 nömrəli xx.xx.2015ci il tarixli Əlavə Sazişlərdən görünür ki, Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 3.372,34 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 23 ay təyin edilmişdir. İşdə olan Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5.831,74 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə ünvanlanmış 16 may 2025-ci il tarixli 12- 5/2-M-41-8249/2025 saylı bildirişdən görünür ki, onların LPO Banka 1253,84 (min iki yüz əlli üç ABŞ dolları 84 sent) ABŞ dolları əsas, 864,65 (səkkiz yüz altmış dörd ABŞ dolları 65 sent) ABŞ dolları faiz, 2991.69 (iki min doqquz yüz doxsan bir ABŞ dolları 69 sent) ABŞ dolları cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 176,29 (yüz yetmiş altı ABŞ dolları 29 sent) ABŞ dolları faiz məbləği, ümumilikdə isə 5286.47 (beş min iki yüz səksən altı ABŞ dolları 47 sent) ABŞ dolları məbləğində borclarının qaldığı bildirilməklə həmin borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2014-cü il tarixli ********* saylı müqaviləyə əsasən həmin şəxsin banka 1253,84 (min iki yüz əlli üç ABŞ dolları 84 sent) ABŞ dolları əsas, 864,65 (səkkiz yüz altmış dörd ABŞ dolları 65 sent) ABŞ dolları faiz, 2991.69 (iki min doqquz yüz doxsan bir ABŞ dolları 69 sent) ABŞ dolları cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 176,29 (yüz yetmiş altı ABŞ dolları 29 sent) ABŞ dolları faiz məbləği, ümumilikdə isə 5286.47 (beş min iki yüz səksən altı ABŞ dolları 47 sent) ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2026-cı il tarixli 9/4852 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 12 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 13 may 2025-ci il tarixinə (maliyyə arayışı tərtib edilən tarixinə) "xxxx" ASC-yə olan borcu 2172.94 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: -əsas borc üzrə 1195.73 ABŞ dolları -faiz borcu üzrə 807.48 ABŞ dolları -faiz borcu üzrə (5% lə) 169.73 ABŞ dolları. Həmin rəydə həmçinin qeyd edilmişdir ki, 12 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Beləlilklə, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 LPO İddiaçı ASC ilə aralarında bağlanmış məlum kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş və həmin müqavilə üzrə yaranmış öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh1 LPO İddiaçı ASC ilə aralarında bağlanmış kredit sazişinin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, ödəməli olduğu əsas və faiz borclarını qaytarmamışdır. Bununla da, iddiaçının verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının əsas, faiz və cərimə borclarının tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında Cavabdeh1 əsas borcu 1253,84 ABŞ dolları, faiz borcu 864,65 ABŞ dolları faiz, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 176,29 ABŞ dolları göstərilsə də, iş üzrə təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasında həmin şəxsin banka əsas borc üzrə 1195.73 ABŞ dolları, faiz borcu üzrə 807.48 ABŞ dolları, faiz borcu üzrə (5% lə) 169.73 ABŞ dolları məbləğində borcunun olduğu göstərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcu bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən hesablanmış faiz borclarının məbləğləri əsas götürülməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 2991.69 ABŞ dolları məbləğində cərimənin tutulmasına dair iddia tələbi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülkihüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 2991,69 ABŞ dolları məbləğində hesablanmış cərimə borcu tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cərimə məbləğinin azaldılaraq 50 ABŞ dolları məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir. Bundan başqa, məhkəmə iddianın Cavabdeh2 qarşı yönələn hissəsini müzakirə edərək qeyd edir ki, Cavabdeh2 zamin olduğu müqavilə öhdəliyinin icra müddəti restrukturizasiya edilmiş kredit müddətinin sonunda, yəni xx.xx.2022-ci il tarixdə sona çatmışdır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə, yəni zaminliklə təmin olunmuş öhdəliyin icrası müddəti bitəndən təxminən 3 ilə yaxın müddətdən sonra müraciət etmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən olunmuş müddət kəsici müddət olmaqla məhkəmə tərəfindən öz təşəbbüsü ilə (tərəflərin istəyindən və müraciətindən asılı olmayaraq) tətbiq edilir. Ona görə də, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsi üzrə digər Cavabdeh2 zaminliyinə artıq xitam verilmiş hesab olunmalıdır. Odur ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmadığından həmin şəxsə qarşı yönələn iddia tələbi rədd edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 1195,79 (min yüz doxsan beş ABŞ dolları 79 sent) ABŞ dolları əsas, 807,48 (səkkiz yüz yeddi ABŞ dolları 48 sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 169,73 (yüz altmış doqquz ABŞ dolları 73 sent) ABŞ dolları faiz məbləği, ümumilikdə isə 2222.94 (iki min iki yüz iyirmi iki ABŞ dolları 94 sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 57.79 (əlli yeddi manat 79 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1195,79 (min yüz doxsan beş ABŞ dolları 79 sent) ABŞ dolları əsas, 807,48 (səkkiz yüz yeddi ABŞ dolları 48 sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 169,73 (yüz altmış doqquz ABŞ dolları 73 sent) ABŞ dolları faiz məbləği, ümumilikdə isə 2222.94 (iki min iki yüz iyirmi iki ABŞ dolları 94 sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan hissəsi, yəni 57.79 (əlli yeddi manat 79 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №e-2(029)-797/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-797/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver