Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-8/2024 20.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Cavabdeh3 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 5235,58 (beş min iki yüz otuz beş dollar, 58 sent) ABŞ dolları-bundan 1985,82 (bir min doqquz yüz səksən beş dollar, 82 sent) ABŞ dolları əsas, 1203,18 (bir min iki yüz üç dollar, 18 sent) ABŞ dolları faiz, 1750,90 (bir min yeddi yüz əlli dollar, 90 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 295,68 (iki yüz doxsan beş dollar, 68 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 109,01 (yüz doqquz manat, 01 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Təhməzov Mövlud Nəcməddin oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə cavabdeh Təhməzov Mövlud Nəcməddin oğlu arasında bağlanmış 1158 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 27% dərəcəsi ilə ödəmək şərtilə 7665 (yeddi min altı yüz altmış beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Təhməzov Mövlud Nəcməddin oğluna kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-1158 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsi və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5589,14 (beş min beş yüz səksən doqquz dollar, 14 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 40 ay uzadılaraq, xx.xx.2019-cu il tarixinə kimi hesablanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********797 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə cavabdeh Təhməzov Mövlud Nəcməddin oğlunun kredit üzrə cəmi borcu 5235,58 (beş min iki yüz otuz beş dollar, 58 sent) ABŞ dolları təşkil edir. Bundan 1985,82 (bir min doqquz yüz səksən beş dollar, 82 sent) ABŞ dolları əsas, 1203,18 (bir min iki yüz üç dollar, 18 sent) ABŞ dolları faiz, 1750,90 (bir min yeddi yüz əlli dollar, 90 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 295,68 (iki yüz doxsan beş dollar, 68 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh kimi göstərilmiş Cavabdeh1 artıq vəfat etmiş olduğundan Qusar rayon məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata, iddianın Cavabdeh1 qarşı yönələn hissəsində xitam verilmişdir. Eyni zamanda Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-8/2024 saylı qərardadı ilə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum Cavabdeh2 prosessual varisi kimi tanınmış və mərhum Nemət Cavabdeh3 Məmmədovla əvəz edilmişdir. Cavabdeh3 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, Cavabdeh1 və Cavabdeh2 hər ikisi vəfat emişdir. Lakin iddiaçı ölmüş şəxlərə qarşı qaldırılmışdır. Bu səbəbdən də, həmin iddia ərizəsi rədd olunmalıdır. Bundan başqa məsələyə Qusar rayon məhkəməsində əvvələr də dəfələrlə baxılmışdır. Həmin vaxt atası Cavabdeh2 sağ olmuş və zaminliyinə xitam verilməsi ilə bağlı məhkəməyə vəsatət vermişdir. Lakin, məhkəmə həmin vəsatətə hüquqi qiymət verməyərək işi baxılmamış saxlamışdır. Bir müddətdən sonra iddiaçı təzədən iddia ərizəsi ilə məhkəməyə etmişdir. Həmin vaxt atası sağ olmuş və həmin iddia ərizəsinə etiraz etmişdir. Lakin, məhkəmə yenidən işi baxılmamış saxlamışdır. Hal-hazırda iddiaçı yenidən absurd bir iddia ilə məhkəmə müraciət edərək ölmüş şəxslərdən borc tələb edir. Həmçinin, bildirir ki, zaminin vərəsələri zaminin öhdəliyinə görə məsuliyyət daşımır. Belə ki, zaminlik müqaviləsinə görə zamin borcalanın öhdəliyi üzrə bank qarşısında subsidiar məsuliyyət daşıyır. Bu səbəbdən də, zaminin ölümü ilə onun öhdəliklərinə xitam verilir. Odur ki, LPO İddiaçı ASC-nin X1 Fondunun mərhum atası X2 qarşı kredit borcun qaytarılmasına dair hissəsində iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s. bu kimi halları nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, 2014-cü ildə kredit götürülmüş, 2019-cu ildə müqavilənin müddəti artırılmışdır. Müqavilənin artırılması barədə sazişdə olan imza atası Cavabdeh2 məxsus deyil. Atası bu barədə sağlığında məhkəməyə bildirmişdir. Bundan başqa, bank zaminə qarşı iddia tələbini qanunla müəyyən edilmiş 1 il müddət keçdikdən sonra irəli sürmüşdür. Atası sağlığında müddətin artırılması barədə sazişdə olan imzanın ona məxsus olmadığını bildirdiyinə görə o, da bildirir ki, həmin imza atasına məxsus deyil. Hətta, imza atasına məxsusdursa belə, hazırkı iddia tələbi müddət ötdükdən sonra verildiyinə görə rədd olunmalıdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 27% dərəcəsi ilə ödəmək şərtilə 7665 (yeddi min altı yüz altmış beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda Təhməzov Mövlud Nəcməddin oğluna kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-1158 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin elektron sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından Çıxarışla müəyyən olunur ki, bank qarşısında zamin durmuş Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi zaminlik müqaviləsi əsasında yaranan öhdəlik əsas öhdəlik olmamaqla aksessor xarakteri daşıyır və əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin öhdəliyi əlavə öhdəlik mahiyyəti daşıyır. Eyni zamanda zaminlik müqaviləsi bir tərəfli müqavilə olmaqla zaminin yalnız vəzifələri, kreditorun isə yalnız hüquqları mövcud olur. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Bu baxımdan, zaminin öhdəliyi müqavilədən əmələ gələn öhdəlik olsa belə, əmlak xarakteri daşımır və zaminin şəxsiyyəti ilə bağlı olmaqla şəxsi xarakter daşıyır. Belə olan halda həmin öhdəliyin icra edilməsi üçün zaminin şəxsi iştirakı zəruridir və zaminin şəxsi iştirakı olmadan zaminlik öhdəliyinin icrası mümkün deyil. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, zamin durmuş şəxsin ölməsi onun üzərinə götürdüyü öhdəliyin xitamına səbəb olur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Yuxarıda sadalanan maddi hüquq normalarının, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı mövqeyinin sistemli təhlili belə qənaətə gəlməyə əsas verir ki, zamin durmuş şəxsin ölməsi nəticəsində onun kreditor qarşısında olan öhdəlikləri şəxsi xarakter daşıdığından vərəsəlik qaydasında onun vərəsələrinə keçmir, həmin öhdəlik mirasın predmetinə daxil olmur və həmin şəxsin ölməsi zaminlik öhdəliyinin xitamına səbəb olur. Odur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun LPO "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını öz üzərinə götürmüş mərhum Cavabdeh2 vərəsəsi, Cavabdeh3 qarşı iddia tələbinin hüquqi əsası mövcud deyil. Beləliklə də, məhkəmənin qənaətinə görə Cavabdeh3 iddiaçı qarşısında hər hansı öhdəliyi mövcud olmadığından və bununla da, həmin şəxs tərəfindən iddiaçının hər hansı hüququ pozulmadığından iddiaçının xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı həmin şəxsə qarşı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №e-2(029)-8/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-8/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver