Məhkəmə qərarları › İş №e-2(029)-804/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-804/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-804/2023 15.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclası 15 dekabr 2023-cü il tarixə saat 09:30-a təyin edilsə də, tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–in 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları işdə iştirak edən şəxslərə izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar