Məhkəmə qərarları › İş №e-2(029)-844/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-844/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-844/2022 19.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağalıyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas məbləğ üzrə 458.35 (dörd yüz əlli səkkiz manat otuz beş qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 52.73 (əlli iki manat yetmiş üç qəpik) manat, cərimə borcu 38.58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.95 (iki manat doxsan beş qəpik) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) olmaqla, cəmi 557.41 (beş yüz əlli yeddi manat qırx bir qəpik) manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq «X1 Azərbaycan» QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X1 Azərbaycan» QSC iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26 maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə olan borcu əsas məbləğ üzrə 458.35 (dörd yüz əlli səkkiz manat otuz beş qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 52.73 (əlli iki manat yetmiş üç qəpik) manat, cərimə borcu 38.58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.95 (iki manat doxsan beş qəpik) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) olmaqla, cəmi 557.41 (beş yüz əlli yeddi manat qırx bir qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğininin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İşdə olan Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin surətindən görünür ki, Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, «X1 Azərbaycan» QSC ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtlərinə görə bank tərəfindən ona 500 (beş yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdehin əsas məbləğ üzrə 458.35 (dörd yüz əlli səkkiz manat otuz beş qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 52.73 (əlli iki manat yetmiş üç qəpik) manat, cərimə borcu 38.58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.95 (iki manat doxsan beş qəpik) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) olmaqla, cəmi 557.41 (beş yüz əlli yeddi manat qırx bir qəpik) manat məbləğində kredit kartı borcu vardır. İşıdə olan 03 iyun 2022-ci il tarixli 00375 saylı Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, «X1 Azərbaycan» QSC-ti (Bank) ilə bağlanmış xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə müvafiq olaraq ona **********753817 nömrəli kredit kartı verilmişdir. Qarışıq müqavilə üzrə Bank qarşısında öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyinə və müqavilənin şərtlərini pozduğuna görə «X1 Azərbaycan» QSC-ti qarşısında kredit kartı borcu hal-hazırda əsas məbləğ üzrə 458.35 (dörd yüz əlli səkkiz manat otuz beş qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 52.73 (əlli iki manat yetmiş üç qəpik) manat, cərimə borcu 38.58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.95 (iki manat doxsan beş qəpik) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) olmaqla, cəmi 557.41 (beş yüz əlli yeddi manat qırx bir qəpik) manat məbləğindədir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.2013-cü ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26 maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə olan borcu əsas məbləğ üzrə 458.35 (dörd yüz əlli səkkiz manat otuz beş qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 52.73 (əlli iki manat yetmiş üç qəpik) manat, cərimə borcu 38.58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.95 (iki manat doxsan beş qəpik) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) olmaqla, cəmi 557.41 (beş yüz əlli yeddi manat qırx bir qəpik) manat məbləğində kredit kartı borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edirki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə 458.35 (dörd yüz əlli səkkiz manat otuz beş qəpik) manat əsas məbləğ üzrə, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 52.73 (əlli iki manat yetmiş üç qəpik) manat, cərimə borcu 38.58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.95 (iki manat doxsan beş qəpik) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) olmaqla, cəmi 557.41 (beş yüz əlli yeddi manat qırx bir qəpik) manat tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-nin hesabına keçirilməlidir. Həmçinin, «X1 Azərbaycan» QSC tərəfindən ödənilmiş 30 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq bankın hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə 458.35 (dörd yüz əlli səkkiz manat otuz beş qəpik) manat əsas məbləğ üzrə, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 52.73 (əlli iki manat yetmiş üç qəpik) manat, cərimə borcu 38.58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.95 (iki manat doxsan beş qəpik) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) olmaqla, cəmi 557.41 (beş yüz əlli yeddi manat qırx bir qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq «X1 Azərbaycan» QSC -nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar