Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-893/2023 18.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, **********43914 saylı Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 4 763,62 (dörd min yeddi yüz altmış üç ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 100.99 (bir yüz manat 99 qəpik) manat məbləğində çəkilmiş xərcin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı (bundan sonra "Bank” və ya “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********43914 saylı Kredit müqaviləsinə (bundan sonra "Kredit müqaviləsi” adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz) faiz ödəmək şərtilə 25 450 (iyirmi beş min dörd yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq" Bankı ilə Cəlilov Təbrik Nurmət oğlu arasında sonuncuya məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 09 iyul 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsi (bundan sonra - “İpoteka müqaviləsi”) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə ASC “Xalq" Bankı «xx.xx.2014-cü il tarixli **********43914 №-li Kredit müqaviləsi üzrə borc məbləğinin Borc alandan tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi və s. haqqında» iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Qusar rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, 09 iyul 2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi uzrə 18529.49 ABŞ dolları məbləğində əsas borc, 09 iyul 2018-ci il tarixədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 01 aprel 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 700 ABŞ dolları məbləğində penyanın, cəmi 28323.87 ABŞ dollarının qətnamənin icra olunan gunə Azərbaycan manatı məzənnəsi ilə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi uzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh və Cəlilov Təbrik Nurmət oğlundan birgə qaydada iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının xeyrinə tutulması, tələbin 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan cavabdeh Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257,7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh 09 iyul 2014 cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi uzrə iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının qarşısında 28323.87 ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cəlilov Təbrik Nurmət oğlu, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.metr yaşayış. 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 198.000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı ASC “Xalq" Bankı tərəfindən apellyasiya şikayəti verilmiş. Sumqayıt Apellyasiva Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli. 2(105)- 327/2021 saylı qətnaməsinə əsasən iddiaçı xxxxn apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməsi, Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 190000 (bir yüz doxsan min) manat müəyyən edilməsi, qətnamə borc məbləğlərinin cavabdeh Cəlilov Təbrik Nurmət oğlundan da tutulmasına dair olan hissədə də ləğv edilməsi, iddianın təmin edilməmiş qalan hissələrində qətnamənin iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ASC "Xalq” Bankı həmin qətnamədən kassasiya şikayəti vermiş və Ali Məhkəmənin MK-nın xx.xx.2021-ci il tarixli, 2(102)-3891/2021 saylı qərarı ilə iddiaçı ASC "Xalq" Bankı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)- 327/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yenidən iddiaçı ASC "Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə baxmış Sumqayıt Apellvasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(1051-197/2022 saylı qətnaməsinə əsasən iddiaçı ASC “Xalq” Bankın verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsinin - «X1ma məxsus Ousar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.m yaşayış, 122.5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 190,000 (bir yüz doxsan min) manat müəyyən edilsin» hissəsində dəyişdirilməsi, Qusar şəhəri, Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.m yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.m təşkil edən. 2 mərtəbəli. 7 otaqlı. 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin likvid dəyərinin 140.370.0 (yüz qırx min üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC, cavabdehlər Cavabdeh və Cəlilov Təbrik Nurmət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxan Ali Məhkəmə xx.xx.2023- cü il tarixli, 2(102)-1664/2023 saylı Qərarı ilə "xxxx" ASC-nin, Cavabdeh və Cəlilov Təbrik Nurmət oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-197/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC (bundan sonra "Hərrac təşkilatçısı" adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda ipoteka predmeti satılmadığından o əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Əmlakın alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 179/23 №-li protokolla və Bank ilə Hərrac təşkilatçısı arasında 31 avqust 2023-cü il tarixdə bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 89 485.87 (səksən doqquz min dörd yüz səksən beş manat 87 qəpik) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anma qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki. «kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin, Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki. "icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki. göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur". Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixədək (xx.xx.2023-cü il) faizlər formasında əldən çıxmış faydanın hesablanmasında illik 5% faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr (xx.xx.2018-xx.xx.2023) üçün müvafiq məbləğ 4 763,62 (dörd min yeddi yüz altmış üç ABŞ dolları 62 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən Cavabdehə xx.xx.2023-cü il tarixli, QSR-XO- 26.9.2023-001 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, **********43914 saylı Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 4 763,62 (dörd min yeddi yüz altmış üç ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 100.99 (bir yüz manat 99 qəpik) manat məbləğində çəkilmiş xərcin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı bundan əvvəl də məhkəməyə müraciət olnmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq icra sənədi icraya yönəldiləndən sonra müvafiq hərraclar keçirilmiş, son olaraq girov qoyulmuş əmlak hərracda satılmış və xx.xx.2023-cü il tarixdə həmin əmlakı bank öz balansına keçirmişdir. Bununla da cavabdehin əsas borcu ödənilmişdir. İddiadan görünür ki, iddiaçı əldən çıxmış faydanı tələb edir və bu da bu əsasla tələb olunur ki, kredit müqaviləsi müddətində onlar yalnız ondan istifadə haqqını tələb edə bilərlər, bu faiz borcudur, ondan sonrakı mərhələdə isə Mülki Məcəllənin tələblərinə əsasən yalnız əldən çıxmış fayda tələb oluna bilər. Bütün bunların hüquqi əsaslandırılması iddia ərizəsində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 14 dekabr 2014-cü il tarixli qərarına istinad edilmiş və həmin qərar hazırda məhkəmələr üçün vacibdir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş etiraz ərizəsi də əsassızdır və həmin etiraz ərizəsi özlüyündə iddia tələbinin əsaslı olmasını sübut edir. Belə ki, etiraz ərizəsi üç hissədən ibarətdir. Birinci hissə ondan ibarətdir ki, iddiaçı sanki Mülki Məcəlləyə istinadən tələb olunan pul məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqələndirir, halbuki, bank onun marağındadır ki, bütün bu proseduralar tez bir zamanda yekunlaşsın və həmin ödənilməsi gecikdirilmiş məbləğ banka qaytarılsın. Bundan başqa cavabdeh Ali Məhkəmənin 08 mart 2023-cü il tarixli qərarını etirazında qeyd etməyi unutmuşdur. Nəzər salarkən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamsindən Cavabdeh və Nurmət Cəlilov, həmçinin ASC “Xalq” Bankı tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılmışdır. Cavabdeh bütün qərarları sadalasa da məhz bu qərarı etirazında sadalamamışdır. Yəni, həmin halı gizlətmək istəyir ki, onlar hər hansı şikayət etməmişlər və gecikdirməmişlər, yəni prosedurlara guya mane olmamışlar. İkinci halda isə cavabdeh o hala toxunur ki, bank bundan əvvəlki iddia tələblərində əldən çıxmış faydaya toxunmuşdur. Bəli, bu belədir. Lakin, əsas başqa olub. İş materiallarına nəzər salarkən görünür ki, bundan qabaqkı iddia tələbində 20 faiz əldən çıxmış fayda tələb olunur. Orda isə bir ilə yaxın dövr ərzində eyni növlü və oxşar şəkildə iddiaçı tərəfindən verilmiş kredit üzrə statistik məlumatları əks etdirən arayışa istinad olunub. Hansı ki, iddiaçı bunu Konstitusiya Məhkəməsinin Plenumunun 14 dekabr 2014-cü il tarixli qərarına istinadən əsaslandırmışdır. Qeyd olunduğu kimi, əvvəlki iddiada statistik məlumata əsaslanmış, hazırkı iddiada isə beş faizlə 445-ci maddəyə istinadən əsaslandırılmışdır. Üçüncüsü isə budur ki, cavabdeh xəbərdarlıq məktublarına toxunmaqla qeyd edir ki, məbləğlərdə şişirdilmə var. Xəbərdarlıq məktubunu filial göndərir və filial beş faiz əldən çıxmış faydanı xx.xx.2020-ci il tarixdən hesablayır. Yəni qanunvericilik imkan verən tarixdən-kredit müddətinin bitməsi tarixindən xx.xx.2018-ci il tarixdən tələb edir. Qanunvericilik imkan verməsəydi bu iddia tələbi ilə məhkəməyə müraciət olunmazdı. Tələbin əsasını isə xx.xx.2014-cü il tarixli Konsitutsiya Məhkəməsinin Plenumunun qərarı təşkil edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, həmişə əsas kredit məbləğini ödəməyə hazır olmuş, hətta 18000 deyil 20000 ödəməyə hazır olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsində də razılıq əsasında 20000 ABŞ dollarını qaytaracağına razı olmuşdur. Lakin, bank razılaşmamış və hərracı keçirməklə, evini əlindən almaqla onu 52000 manat ziyana salmışdır. Bundan başqa, bank ona bir dəfə xəbərdarıq məktubu göndərib və əldən çıxmış fayda kimi 2900 ABŞ dolları borcunun olmasını bildirib. Bir ay sonra isə bank onun borcunun 4700 ABŞ dolları olmasını bildirib. Bir ay ərzində 2000 ABŞ dolları əlavə pul hesablanıb. Bundan başqa bank bu məsələ ilə bağlı xx.xx.2021-ci il tarixdə müraciət etmiş və Ali Məhkəməyədək bu işə baxılaraq onların bu iddiası təmin edilməmişdir. Bundan başqa, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi çıxdıqdan sonra o, pulu da qaytarmağa razı olmuş, hətta evini satıb pulu qaytaracağını bildirmişdir. Lakin, bank hər dəfə apellyasiya və kassasiya şikayətləri vermişdir. O, isə bütün bu şikayətlərə öz etirazını və şikayətin əsassız olduğunu bildirmişdir. Yəni, gecikdirilmənin səbəbi “Xalq” Bankı və bankın rəhbərləri olmuşlar. Bu əsaslara görə ona qarşı irəli sürülmüş hazırki iddia tələbini əsassız hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materialları, iddia ərizəsinin məzmunu və işin konkret halları ilə işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********43914 saylı Kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə 48 ay müddətinə, illik 19 % faiz ödəmək şərtilə 25 450 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, 09 iyul 2014-cü il tarixli **********43914 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə tərəflər arasında xx.xx.2014-cü il tarixli **********43914/ip saylı ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyan (borcalan) Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257,7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsi ilə müəyyən olunur ki, 09 iyul 2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi uzrə 18529.49 ABŞ dolları məbləğində əsas borc, 09 iyul 2018-ci il tarixədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 01 aprel 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 700 ABŞ dolları məbləğində penyanın, cəmi 28323.87 ABŞ dollarının qətnamənin icra olunan gunə Azərbaycan manatı məzənnəsi ilə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi uzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh və Cəlilov Təbrik Nurmət oğlundan birgə qaydada iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının xeyrinə tutulması, tələbin 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan cavabdeh Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257,7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh 09 iyul 2014 cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi uzrə iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının qarşısında 28323.87 ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cəlilov Təbrik Nurmət oğlu, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.metr yaşayış. 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 198.000 manat müəyyən edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-327/2021 saylı qətnaməsindən görünür ki, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməsi, Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri. Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.nı yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.m təşkil edən. 2 mərtəbəli. 7 otaqlı. 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 190000 (bir yüz doxsan min) manat müəyyən edilməsi, qətnamə borc məbləğlərinin cavabdeh Cəlilov Təbrik Nurmət oğlundan da tutulmasına dair olan hissədə də ləğv edilməsi, iddianın təmin edilməmiş qalan hissələrində qətnamənin iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Ali Məhkəmənin MK-nın 23.06,2021-ci il tarixli, 2(102)-3891/2021 saylı qərarından görünür ki, iddiaçı ASC "Xalq" Bankı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)- 327/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(1051- 197/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı ASC “Xalq” Bankın verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)- 42/2020 nömrəli qətnaməsinin - «X1ma məxsus Ousar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.m yaşayış, 122.5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 190,000 (bir yüz doxsan min) manat müəyyən edilsin» hissəsində dəyişdirilməsi, Qusar şəhəri, Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.m yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.m təşkil edən. 2 mərtəbəli. 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin likvid dəyərinin 140.370.0 (yüz qırx min üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, iddianın qismən təmin edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1664/2023 saylı Qərarından görünür ki, "xxxx" ASC-nin, Cavabdeh və Cəlilov Təbrik Nurmət oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-197/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan "xxxx" MMC-nin 179/23 №-li protokolundan və Bank ilə Hərrac təşkilatçısı arasında 31 avqust 2023-cü il tarixdə bağlanmış İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilədən görünür ki, ipoteka predmeti satılmadığına görə əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 89 485.87 (səksən doqquz min dörd yüz səksən beş manat 87 qəpik) manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə araşdırması müəyyən edilmiş hallar ondan ibarətdir ki, kreditor ASC “Xalq” Bankı ilə borc alan Cavabdeh (Borc alan) arasında 48 ay müddətinə verilmiş kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankının iddia ərizəsi əsasında qəbul edilmiş Qusar rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(1051-197/2022 saylı qətnamələrinə əsasən iddiaçı ASC "Xalq" Bankın xeyrinə Cavabdeh 18529.49 ABŞ dolları məbləğində əsas borc, 9094,38 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz, 700 ABŞ dolları məbləğində penyanın, cəmi 28323.87 ABŞ dollarının qətnamənin icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi uzrə çəkilmiş xərclərin Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının xeyrinə tutulması, tutmanın ipoteka predmeti qismində çıxış edən və satış qiyməti ******* manat müəyyən olunmuş Qusar şəhəri, Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.m yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.m təşkil edən. 2 mərtəbəli. 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinə yönəldilərək həmin ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə ödənilməmiş 28323.87 ABŞ dolları məbləğində borcunun iddiaçı ASC "Xalq" Bankına ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş icra sənədinin icrası tamamlanaraq, Kredit müqaviləsi üzrə “ödənilməmiş cəmi 28323.87 ABŞ dolları məbləğində borcun” məhkəmə qətnaməsində qət edilmiş qaydada həmin Kredit Müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi təmin olunmuş və Hərracın yekunları haqqında 31 avqust 2023-cü il tarixli 179/23 №-li protokolla və Bank ilə Hərrac təşkilatçısı arasında müqavilə ilə əmlakın son satış qiyməti 140370 manat məbləğində müəyyən edilərək, iddiaçı ASC "Xalq" Bankın mülkiyyətinə verilmiş və bununla da, iddiaçı tərəf qanuni qüvvəsini almış qətnamə üzrə tələbkar (kreditor) olaraq həmin icranı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.4-cü maddəsinə əsasən, borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(105)-197/2022 nömrəli qətnaməsi ilə ipotekaya qoyulmuş əmlaklar hesabına ödənilməli olması müəyyən edilən borc məbləği tələbkar (kreditor) olaraq ASC "Xalq" Bankın "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında əmlakın əldə edilməsi ilə ödənilmiş və iddiaçı tərəf (tələbkar-kreditor) öhdəliyin bu cür icrasını qəbul etmişdir. Lakin, iddiaçı xx.xx.2014-cü il tarixli **********43914 saylı kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5 faiz dərəcəsi ilə hesablanmış 4763,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin ödənilməsi ilə bağlı tələb irəli sürmüşdür. Qeyd etmək lazımdır ki, borcverən xxxx ilə borcalan Cavabdeh arasında 48 ay müddətinə bağlanmış 09 iyul 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə sonuncunun hal-hazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu (qaytarılmamış əsas kredit məbləği və ödənilməmiş faiz məbləği) yoxdur. İddiaçı hazırki tələbinin əsasını tərəflər arasında bağlanılmış yuxarıda qeyd olunan kredit müqaviləsinin 5.1-ci bəndi, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bundan əvvəl keçirilmiş və yuxarıda istinad olunan məhkəmə işləri üzrə iddiaçı cavabdehə qarşı oxşar tələblə (xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin borc alandan tutulması) müraciət etmiş və həmin hissədə iddianı rədd edən məhkəmələrin mövqeyi belə olmuşdur ki, qüvvədə olan qanunvericilik normalarına əsasən ipoteka predmetinə tutma yönəldilməsi proseduru müəyyən edildiyindən və qanunla ipoteka ilə təmin edilmiş öhdəlik üzrə qətnamə könüllü icra edilmirsə, qətnamənin icrası tələbin ipoteka predmetinə yönəlməsi və icra məmuru tərəfindən ixtisaslaşdırılmış təşkilat vasitəsilə həyata keçirilir. Belə olan halda əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsinin hərrac keçirmək vəzifəsini daşımayan cavabdehin üzərinə qoyulması qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə, ipoteka predmetini hərracda satmaq mümkün olmadıqda, ipoteka saxlayanın (Bankın) ipoteka predmetini satış dəyərindən 40 faiz aşağı əldə etmək hüququ vardır və ipoteka saxlayan həmin hüquqdan 30 gün müddətində istifadə etmədikdə ipotekaya xitam verilir. Bununla yanaşı, işin hallarına görə məhkəmə, bu xüsusata da qiymət verərək hesab edir ki, iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etdiyi halda, onun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ da itirilmiş olur. Çünki, ipoteka predmetinin hərracda satılmaması və ya onun ipoteka saxlayan tərəfindən əldə edilməsi – borc alan (cavabdeh) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verilməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu - ondan asılı olmayan haldan irəli gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 560.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqdan suiistifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün iddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli, **********43914 saylı Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 4 763,62 (dörd min yeddi yüz altmış üç ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №e-2(029)-893/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-893/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver