Məhkəmə qərarları › İş №e-2(029)-894/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-894/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-894/2025 16.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 8,537.17 manat əsas borcu və 828.69 manat faiz borcu olmaqla, cəmi 9,365.86 manat borcun və 28 noyabr 2023-cü il tarixli, 301797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 319.21 manat əsas borcu və 24.81 manat faiz borcu olmaqla, cəmi 344.02 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 9,709.88 (doqquz min yeddi yüz doqquz manat səksən səkkiz qəpik) manat borcun və 117.1 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə dəqiqləşmə ərizə ilə müraciət edərək bildirmişdir ki, icraatda İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair e-2(029)-894/2025 saylı mülki iş verilmişdir.Məhkəmə müraciət olunduğu tarixdən sonra borclu tərəfindən ödəniş edilmişdir.Odur ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 8,097.17 manat əsas borcu və 919.59 manat faiz borcu olmaqla, cəmi 9,016.76 manat borcun və 28 noyabr 2023-cü il tarixli, 301797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 246.38 manat əsas borcu və 1.93 manat faiz borcu olmaqla, cəmi 248.31 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 9,265.07 (doqquz min iki yüz altmış beş manat yeddi qəpik) manat borcun və 117.1 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 10,900 (on min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - X1 arasında 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 28 noyabr 2023 il tarixli, 301804-692217/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Həmçinin, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli, 301797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit xətti verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında 28 noyabr 2023-cü il tarixli, 301797-PC********** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinin 2.11-ci bəndinə əsasən, kredit xətti aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulunun şərtilə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır.Odur ki, sonradan bu müqavilənin 2.11-ci bəndində göstərilmiş amil yarandığına görə 28 noyabr 2023-cü il tarixli kredit xətti müqaviləsi 01 aprel 2025-ci il tarixdə avtomatik olaraq kreditə çevrilmişdir. Müqaviləyə əsasən borcalanın borclu olduğu 319.21 manat borc məbləği kapitallaşaraq 12 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Kredit xətti müqaviləsinin 2.12-ci bəndinə əsasən kapitallaşmış öhdəliyin avtomatik qaydada annuitet ödəniş formalı kreditə çevrildiyi gün cədvəl üzrə aylıq ödəniş günü olaraq qəbul edilir və növbəti aydan etibarən cədvəl üzrə ödəniş icra edilməlidir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 25 iyul 2025-ci il tarixinə cavabdehin 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 8,537.17 manat əsas borcu və 828.69 manat faiz borcu olmaqla, cəmi 9,365.86 (Doqquz min üç yüz altmış beş manat səksən altı qəpik) manat məbləğində kredit borcu yaranmışdır. 25 iyul 2025-ci il tarixinə cavabdehin 28 noyabr 2023-cü il tarixli, 301797-PC**********nömrəli kredit xətti müqaviləsi üzrə 319.21 manat əsas borcu və 24.81 manat faiz borcu olmaqla, cəmi 344.02 (üç yüz qırx dörd manat iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar kreditləri vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklər.İddianı müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş edir. Həmçinin İddiaçı ASC-ninnümayəndəsinin iştirakı olmadan işə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 10,900 (on min doqquz yüz)manat məbləğində kredit verilmişdir. İşdə olan 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı ASCtərəfindən tərtib edilmiş 25 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC iləarasında bağlanmış 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 10,900 (on min doqquz yüz) manat məbləğində kredit götürmüşdür. Belə ki, 25 iyul 2025-ci il tarixinə borcalanın banka 8537.17 manat məbləğində əsas borc və 828.69 manat məbləğində faiz borcu olmaqla, cəmi 9365.86 (doqquz min üç yüz altmış beş manat səksən altı qəpik) manat borcu mövcuddur. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli, 301797-PC**********saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300manat məbləğində kredit verilmişdir. İşdə olan 28 noyabr 2023-cü il tarixli, 301797-PC********** zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 28 noyabr 2023-cü il tarixli, 301797-PC**********saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 25 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli, 301797-PC**********saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300manat məbləğində kredit götürmüşdür. Belə ki, 25 iyul 2025-ci il tarixinə borcalanın banka 319.21 manat məbləğində əsas borc və 24.81 manat məbləğində faiz borcu olmaqla, cəmi 344.02 (üç yüz qırx dörd manat iki qəpik) manat borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi PlenumununAzərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh göndərilmiş məktubda faiz məbləği28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 saylı kredit müqaviləsi üzrə482.91 manatgöstərilmişdir. Məhkəmə, iddiaçının tələb etdiyi faiz məbləğinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarını əsas tutaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdə göstərildiyi kimi 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 saylı kredit müqaviləsi üzrə 482.91manat tutulmalıdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 8097.17 manat əsas borcu və 482.91 manat faiz borcu olmaqla, cəmi 8580.08 (səkkiz min, beş yüz səksən manat, səkkiz qəpik) manat borcun və 28 noyabr 2023-cü il tarixli, 301797-PC**********nömrəli kredit xətti müqaviləsi üzrə 246.38 manat əsas borcu və 1.93 manat faiz borcu olmaqla, cəmi 248.31 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 8828.39 (səkkiz min səkkiz yüz iyirmi səkkiz manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia iddiaçının xeyrinə qisməndə olsa təmin olduğu üçün, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 117.1 (yüz on yeddi manat on qəpik) manat məbləğində dövlət rüsumu iddia qismən təmin olunduğundan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-ninhesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28 noyabr 2023-cü il tarixli, 301804-692217/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 8097.17 manat əsas borcu və 482.91 manat faiz borcu olmaqla, cəmi 8580.08 (səkkiz min, beş yüz səksən manat, səkkiz qəpik) manat borcun və 28 noyabr 2023-cü il tarixli, 301797-PC**********nömrəli kredit xətti müqaviləsi üzrə 246.38 manat əsas borcu və 1.93 manat faiz borcu olmaqla, cəmi 248.31 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 8828.39 (səkkiz min səkkiz yüz iyirmi səkkiz manat otuz doqquz qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 117.1 (yüz on yeddi manat on qəpik) manat məbləğində pul vəsaititutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar