Məhkəmə qərarları › İş №e-2(029)-936/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-936/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-936/2022 27.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit borcun tutulması” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Unibank” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 605,18 AZN əsas məbləğ üzrə, 77,10 AZN faiz, 0 AZN cərimə, cəmi 682,28 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Unibank” KB ASC PİKÜMİD-nin Regional Məhkəmə-Hüquq şöbəsinin hüquqşunası Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəyə məhkəmə qaydasında baxılması zərurəti aradan qalxdığı üçün məhkəməyə təqdim edilmiş sənədlərin əsllərini geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı Unibank” KB ASC məhkəmədə işə baxılması üçün xx.xx.2022-ci il tarixdə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindindən sonra iddiaçı Unibank” KB ASC-yə qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcun tutulması barədə kiçik iddiaya dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Unibank” KB ASC-yə geri qaytarılsın. İddiaçı Unibank” KB ASC məhkəmədə işə baxılması üçün xx.xx.2022-ci il tarixdə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindindən sonra iddiaçı Unibank” KB ASC-yə qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar