Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-205/2025 09.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC ) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4770 manat pul vəsaitinin və ödənilmiş 67.70 manat dövlət rüsumunun alınıb "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 19 fevral 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Chevrolet Niva” markalı, 45BM056 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh X9 xx.xx.2021-ci il tarixdə “Chevrolet Niva” markalı, 45BM056 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Hyundai Sonata” markalı, 20CS030 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və həmçinin hadisə nəticəsində X2 yüngül bədən xəsarəti almışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4770,00 (dörd min yeddi yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Göygöl Rayon Məhkəməsinin Hökmünə əsasən cavabdeh X9 yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan Hökmdə cavabdeh X5 yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Chevrolet Niva” markalı, 45BM056 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadığı (“B” kateqoriyası olmadan) müəyyən olunmuşdur. Bildirmək istəyirik ki cavabdeh X9 avtomobili “C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edib. Odur ki, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-nin 05 avqust 2021-ci il tarixli Hesablama aktından görünür ki, “Hyundai Sonata” markalı, 20CS030 dövlət nömrə nişanlı avtomobilə 4020 manat məbləğində zərər dəymişdir. İşə əlavə edilmiş 25 oktyabr 2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş X1 4020 manat məbləğində ödəniş edilmişdir. İşə əlavə edilmiş 26 noyabr 2021-ci il tarixli 011199 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş X1 750 manat məbləğində ödəniş edilmişdir. İşə əlavə edilmiş 27 yamvar 2022-ci il tarixli Göygöl Rayon Məhkəməsinin Hökmünə əsasən cavabdeh X9 AR CM-nin 263.1.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İşə əlavə edilmiş 26 iyul 2023-cü il tarixli AS-23/825 nömrəli Geriyə tələb məktubunun surətindən görünür ki, cavabdehə 10 iş günü ərzində 4770 manat məbləğində sığorta ödənişini könüllü ödəmədiyi halda, qeyd olunan məbləğin məhkəmə qaydasında ondan tələb olunacağı barədə məlumat verilmişdir. 10 fevral 2025-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 67.70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, cavabdeh X9 xx.xx.2021-ci il tarixdə “Chevrolet Niva” markalı, 45BM056 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Hyundai Sonata” markalı, 20CS030 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və həmçinin hadisə nəticəsində X2 yüngül bədən xəsarəti almışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4770,00 (dörd min yeddi yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Göygöl Rayon Məhkəməsinin Hökmünə əsasən cavabdeh X9 yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan Hökmdə cavabdeh X5 yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Chevrolet Niva” markalı, 45BM056 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadığı (“B” kateqoriyası olmadan) müəyyən olunmuşdur. Cavabdeh 4770 manat məbləğində subroqasiya qaydasında ödənilmiş vəsaitin iddiaçı "xxxx" ASC-yə ödəməsi barədə məlumat verilsədə, cavabdeh həmin sığorta ödənişini ödəməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İV hissəsinin 5-ci bəndində “B” kateqoriya sürücülük vəsiqəsi “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün olduğu qeyd olunmuşdur. AR Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanunun 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 4770 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC -yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 67.70 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4770 manat sığorta ödənişinin və ödənilmiş 67.70 manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-205/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-205/2025
09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver