Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № e-2(030)-262/2025 27.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ondan 12643,78 manat əsas və 354,48 manat faiz borcu olmaqla, cəmi 12998,26 manat borcun, həmçinin ödənilmiş 129,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 03 iyul 2023-cü il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən Atakişi Şərifova istehsal məqsədləri üçün 48 ay müddətinə 16000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə 03 iyul 2023-cü il tarixli 1155183/36516 nömrəli zaminlik müqaviləsinə əsasən isə digər borclu (zamin) Cavabdeh kredit alan X4 bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin 05 mart 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12643,78 manat əsas və 354,48 manat faiz borcu olmaqla, cəmi 12998,26 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı tələbində, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 03 iyul 2023-cü il tarixli ******* nömrəli kredit müqaviləsinə əsalanmışdır. Lakin, həmin şəxs ərizədə cavabdeh kimi göstərilmir. Cavabdeh kimi 03 iyul 2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh qeyd olunur. Cavabdeh tək cavabdeh kimi göstərilməsi ərizənin tərtibində yol verilmiş səhv kimi olması və yaxud, bunun iddiaçının kredit müqaviləsi üzrə borcun əsas borclu X2 tələb etmək istəməməsindən irəli gələn olması ərizənin məzmunundan məlum deyildir. İddiaçının nümayəndəsi iş üzrə keçirilən məhkəmə iclaslarına gəlmədiyindən bu məsələnin onunla müzakirə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-262/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №e-2(030)-262/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver