Məhkəmə qərarları › İş №e-2(030)-269/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-269/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-269/2024 03.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 24 avqust 2023-cü il tarixli RGTK3196494B128 saylı kredit müqaviləsi üzrə 1622.13 manat əsas, 179.90 manat faiz borcu olmaqla, cəmi 1802.03 manat kredit borcu və ödənilmiş 38.02 manat dövlət rüsumunun İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2023-cü il tarixli RGTK3196494B128 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 1622.13 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1622.13 manat əsas, 179.90 manat faiz borcu olmaqla, cəmi 1802.03 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İşə əlavə edilmiş 24 avqust 2023-cü il tarixli RGTK3196494B128 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2023-cü il tarixli RGTK3196494B128 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20% olmaqla 24 ay müddətinə 1622.13 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 27 fevral 2024-cü il tarixli 104/5444 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 20 fevral 2024-cü il tarixə 1622.13 manat əsas, 179.90 manat faiz borcu olmaqla, cəmi 1802.03 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 21 fevral 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 38.02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2023-cü il tarixli RGTK3196494B128 saylı “Kredit müqaviləsi” ilə sonuncuya illik 20 % olmaqla 24 ay müddətinə 1622.13 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 1622.13 manat əsas, 179.90 manat faiz borcu olmaqla, cəmi 1802.03 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 24 avqust 2023-cü il tarixli RGTK3196494B128 saylı kredit müqaviləsi üzrə cəmi 1802.03 manat məbləğ tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 38.02 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1,216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24 avqust 2023-cü il tarixli RGTK3196494B128 saylı kredit müqaviləsi üzrə 1802.03 manat məbləğində vəsait və ödənilmiş 38.02 manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar