Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-342/2024 10.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10768,18 manat əsas və 835,18 manat faiz borcu olmaqla, cəmi 11603,36 manat məbləğində kredit borcunun və ödənilmiş 124,81 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli RGTK3840897B184 nömrəli kredit müqaviləsi üzrə illik 16 faiz olmaqla 83 ay müddətinə 10768,18 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 27 mart 2024-cü il tarixə 10768,18 manat əsas və 835,18 manat faiz borcu olmaqla, cəmi 11603,36 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-dən 26 sentyabr 2023-cü il tarixli RGTK3840897B184 nömrəli kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla 83 ay müddətinə 10768,18 manat məbləğində kredit götürmüşdür. İşi ilə əlaqədar olaraq kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. Tələb edilən məbləği ödəniş cədvəlinə uyğun olaraq ödəyəcəkdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması xahiş etmişdir. İşə əlavə edilmiş 26 sentyabr 2023-cü il tarixli RGTK3840897B184 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli RGTK3840897B184 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 16 faiz olmaqla 83 ay müddətinə 10768,18 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 04 mart 2024-cü il tarixli 24-209-16/MH6264 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli RGTK3840897B184 nömrəli kredit müqaviləsinə əsasən 83 ay müddətinə, illik 16 faiz hesablanmaqla, 10768,18 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə 04 mart 2024-cü il tarixə əsas borc məbləği 10768,18 manat, faiz borc məbləği 835,18 manat olmaqla, 11603,36 manat məbləğində ümumi borcu, gecikmə günü 131 manat olmaqla, 1161,68 manat məbləğində gecikmə yaranmışdır. Qrafikə uyğun ödəniş aparmadığı üçün krdet borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 28 mart 2024-cü il tarixli 2024/104/8027 saylı maliyyə arayışından görünür ki, 27 mart 2024-cü il tarixə Cavabdeh 26 sentyabr 2023-cü il tarixli RGTK3840897B184 nömrəli kredit müqaviləsi üzrə 10768,18 manat əsas və 835,18 manat faiz borcu olmaqla, cəmi 11603,36 manat məbləğində kredit borcunun, 05 may 2023-cü il tarixli BRCB1132533B299 Birbank cashback kredit xətti müqaviləsi üzrə 994 manat əsas və 58,77 manat faiz borcu olmaqla, cəmi 1052,77 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 28 mart 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 124,81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddianın cavabdeh tərəfindən etiraf edilməsi zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10768,18 manat əsas və 835,18 manat faiz borcu olmaqla, cəmi 11603,36 manat məbləğində kredit borcu alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 124,81 manat məbləğində dövlət rüsumu cavabdehdən tuutlub iddiaçıya ödəniılməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10768,18 manat əsas və 835,18 manat faiz borcu olmaqla, cəmi 11603,36 (on bir min altı yüz üç manat otuz altı qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 124,81 (bir yüz iyirmi dörd manat səksən bir qəpik) manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-342/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-342/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver