Məhkəmə qərarları › İş №e-2(030)-359/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-359/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-359/2024 03.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 03 iyun 2024-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 mart 2023-cü il tarixli GTKR0070623B299 nömrəli kredit müqaviləsi üzrə 5954,64 manat əsas və 695,41 manat faiz borcu olmaqla, cəmi 6650,05 manat məbləğində kredit borcunun, 05 may 2023-cü il tarixli BRCB1132533B299 karta dair müqavilə üzrə 994 manat əsas və 58,77 manat faiz borcu olmaqla, cəmi 1052,77 manat məbləğində kredit borcunun və ödənilmiş 97,03 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2023-cü il tarixli GTKR0070623B299 nömrəli kredit müqaviləsi üzrə illik 18 faiz olmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 05 may 2023-cü il tarixli BRCB1132533B299 nömrəli Birbank cashback kredit xətti müqaviləsinə əsasən 59 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 03 aprel 2024-cü il tarixə İddiaçı ASC-yə 06 mart 2023-cü il tarixli GTKR0070623B299 nömrəli kredit müqaviləsi üzrə 5954,64 manat əsas və 695,41 manat faiz borcu olmaqla, cəmi 6650,05 manat məbləğində kredit borcu, 05 may 2023-cü il tarixli BRCB1132533B299 karta dair müqavilə üzrə 994 manat əsas və 58,77 manat faiz borcu olmaqla, cəmi 1052,77 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində olan N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. İddiaçı ASC-dən 06 mart 2023-cü il tarixli GTKR0070623B299 nömrəli kredit müqaviləsi üzrə illik 18 faiz olmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit götürmüş, həmçinin, 05 may 2023-cü il tarixli BRCB1132533B299 nömrəli kredit müqaviləsinə əsasən 1000 manat məbləğində kredit xətti açılmış və birbank plastik kartı verilmişdır. İşi ilə əlaqədar olaraq kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. Tələb edilən məbləği ödəniş cədvəlinə uyğun olaraq ödəyəcəkdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması xahiş etmişdir. İşə əlavə edilmiş 06 mart 2023-cü il tarixli GTKR0070623B299 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2023-cü il tarixli GTKR0070623B299 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 18 faiz olmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 05 may 2023-cü il tarixli BRCB1132533B299 nömrəli Birbank cashback kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 may 2023-cü il tarixli BRCB1132533B299 nömrəli Birbank cashback kredit xətti müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. İşə əlavə edilmiş 28 mart 2024-cü il tarixli 27-259-16/MH7767 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2023-cü il tarixli GTKR0070623B299 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 18 faiz hesablanmaqla, 8000 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə 17 mart 2024-cü il tarixə əsas borc məbləği 5954,64 manat, faiz borc məbləği 695,41 manat olmaqla, 6650,05 manat məbləğində ümumi borcu, gecikmə günü 131 manat olmaqla, 2266,41 manat məbləğində gecikmə yaranmışdır. 05 may 2024-cü il tarixli Birkart kredit xətti müqaviləsinə əsasən 59 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə 17 mart 2024-cü il tarixə əsas borc məbləği 994 manat, faiz borc məbləği 58,77 manat olmaqla, cəmi 1052,77 manat mıəbləğində ümumi borcu, gecikmə günü 66 gün olmaqla 142,34 manat məbləğində gecikmə yaranmışdır. Qrafikə uyğun ödəniş aparmadığı üçün krdet borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 05 aprel 2024-cü il tarixli 2024/104/8998 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 03 aprel 2024-cü il tarixə 06 mart 2023-cü il tarixli GTKR0070623B299 nömrəli kredit müqaviləsi üzrə 5954,64 manat əsas və 695,41 manat faiz borcu olmaqla, cəmi 6650,05 manat məbləğində kredit borcunun, 05 may 2023-cü il tarixli BRCB1132533B299 Birbank cashback kredit xətti müqaviləsi üzrə 994 manat əsas və 58,77 manat faiz borcu olmaqla, cəmi 1052,77 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 04 aprel 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 97,03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddianın cavabdeh tərəfindən etiraf edilməsi zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 06 mart 2023-cü il tarixli GTKR0070623B299 nömrəli kredit müqaviləsi üzrə 5954,64 manat əsas və 695,41 manat faiz borcu olmaqla, cəmi 6650,05 manat məbləğində kredit borcunun, 05 may 2023-cü il tarixli BRCB1132533B299 Birbank cashback kredit xətti müqaviləsi üzrə 994 manat əsas və 58,77 manat faiz borcu olmaqla, cəmi 1052,77 manat məbləğində kredit borcu alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 97,03 manat məbləğində dövlət rüsumu cavabdehdən tuutlub iddiaçıya ödəniılməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 06 mart 2023-cü il tarixli GTKR0070623B299 nömrəli kredit müqaviləsi üzrə 5954,64 manat əsas və 695,41 manat faiz borcu olmaqla, cəmi 6650,05 (altı min altı yüz əlli manat beş qəpik) manat məbləğində kredit borcu, 05 may 2023-cü il tarixli BRCB1132533B299 Birbank cashback kredit xətti müqaviləsi üzrə 994 manat əsas və 58,77 manat faiz borcu olmaqla, cəmi 1052,77 (bir min əlli iki manat yetmiş yeddik qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 97,03 (doxsan yeddi manat üç qəpik) manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar