Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-378/2025 05.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********0106 nömrəli kredit müqaviləsi üzrə 596,94 manat kredit borcunun, həmçinin **********0119 nömrəli kredit müqaviləsi üzrə 274,54 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı MM QBKT-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MM QBKT-nin nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 24 iyul 2019-cu il tarixli **********0106 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli **********0106 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilədə imzalanan tarixə 936,88 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 936,88 manat məbləğində güzəştli kredit (bundan sonra “Kredit”) verməyi, Kredit Alana isə verilmiş Krediti, o cümlədən Kredit üzərinə hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə Kredit verənə ödəmklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü maddəsinə əsasən, kredit müddəti illik faiz dərəcəsi 1% olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müəyyən olunmuş və güzəşt müddəti ərzində borc alan tərəfindən əsas kredit borcunun ödənilməsi nəzərdə tutulmuşdur. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 24 iyul 2019-cu il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh1 kredit alan Cavabdeh2 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 24 iyul 2019-cu il tarixli **********0119 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli **********0119 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilədə imzalanan tarixə 587,29 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 587,29 manat məbləğində məbləğində güzəştli kredit (bundan sonra “Kredit”) verməyi, Kredit Alana isə verilmiş Krediti, o cümlədən Kredit üzərinə hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə Kredit verənə ödəmklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü maddəsinə əsasən, kredit müddəti illik faiz dərəcəsi 1% olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müəyyən olunmuş və güzəşt müddəti ərzində borc alan tərəfindən əsas kredit borcunun ödənilməsi nəzərdə tutulmuşdur. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 24 iyul 2019-cu il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh1 kredit alan Cavabdeh2 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 18 mart 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli **********0106 nömrəli kredit müqaviləsi üzrə 596,94 manat qalıq kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 18 mart 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli **********0119 nömrəli kredit müqaviləsi üzrə 274,54 manat qalıq kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 21 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MM QBKT tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı MM QBKT Cavabdeh2 arasında 24 iyul 2019-cu il tarixli **********0106 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh2 bu müqavilə imzalanan tarixə 936,88 manat qalıq kredit məbləğini ödəniş cədvəli ilə müəyyən edilmiş müddətdə kredit verənə ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmçinin 24 iyul 2019-cu il tarixli **********0119 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilədə imzalanan tarixə 587,29 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 587,29 manat məbləğində məbləğində güzəştli kredit (bundan sonra “Kredit”) verməyi, Kredit Alana isə verilmiş Krediti, o cümlədən Kredit üzərinə hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə Kredit verənə ödəmklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. **********0106 nömrəli kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,81 manat, dörd il müddətində isə hər ay 19,93 manat və **********0119 nömrəli kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,51 manat, dörd il müddətində isə hər ay 12,49 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Eyni zamanda, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0***-******* saylı və **********0***-******* nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh1 kredit alan Cavabdeh2 bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düzşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh2 **********0106 nömrəli kredit müqaviləsi üzrə 596,94 manat, **********0119 nömrəli kredit müqaviləsi üzrə 274,54 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı kredit müqaviləsinə əsasən həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24 iyul 2019-cu il tarixli **********0106 nömrəli kredit müqaviləsi üzrə 596,94 manat və 24 iyul 2019-cu il tarixli **********0119 nömrəli kredit müqaviləsi üzrə 274,54 manat kredit borcu tutulub İddiaçı MM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tuutlub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24 iyul 2019-cu il tarixli **********0106 nömrəli kredit müqaviləsi üzrə 596,94 (beş yüz doxsan altı manat doxsan dörd qəpik) manat və 24 iyul 2019-cu il tarixli **********0119 nömrəli kredit müqaviləsi üzrə 274,54 (iki yüz yetmiş dörd manat əlli dörd qəpik) manat kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MM QBKT-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-378/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-378/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver