Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-394/2024 24.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, mərhum X3 vərəsəsi Cavabdeh 2595,97 manat əsas və 20,95 manat faiz borcu olmaqla, cəmi 2616,92 manat kredit borcu, kart limiti üzrə 285,79 manat əsas və 6,62 manat faiz borcu olmaqla, cəmi 292,41 manat kredit borcu və ödənilmiş 49,10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-in etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, "xxxx" ASCnin Gəncə filialı ilə X6 arasında bağlanmış 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 21% olmaqla 36 ay müddətinə 3050 manat məbləğində kredit verilmiş və 36 ay müddətinə illik 24% olmaqla 500 manat məbləğində kart kredit limiti ayrılmışdır. X6 18 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Daşkəsən rayon Notariat Ofisinin 20 oktyabr 2023-cü il tarixli 104 saylı məktubundan göründüyü kimi, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Cavabdeh mərhum X2 miras qalmış əmlakı qəbul etməsinə baxmayaraq, miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. X3 banka 2595,97 manat əsas və 20,95 manat faiz borcu olmaqla, cəmi 2616,92 manat kredit borcu, kart limiti üzrə 285,79 manat əsas və 6,62 manat faiz borcu olmaqla, cəmi 292,41 manat kredit borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci madddəsinə əsasən işə cavabdehin iştirkı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsi üzrə sonuncuya illik 21% olmaqla 36 ay müddətinə 3050 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faiz ilə birlikdə qaytarılması barədə əlavə ödəniş cədvəli nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli tam kart müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli tam kart müqaviləsi üzrə sonuncuya illik 24% olmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit limti ayrılmışdır. Alınmış kreditin faiz ilə birlikdə qaytarılması barədə əlavə ödəniş cədvəli nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18 sentyabr 2022-ci il tarixdə Daşkəsən şəhərində vəfat etmişdir. Bu barədə Daşkəsən rayonu Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 22 sentyabr 2022-ci il tarixdə 126 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət notariat ofisinin 20 oktyabr 2023-cü il tarixli 104 nömrəli məktubunun surətindən görünür ki, Daşkəsən rayon dövlət notariat ofisində mərhum X3 adına 10 may 2023-cü il tarixdə vərəsəlik işi açılaraq Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olan oğlu Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş 08 dekabr 2023-cü il tarixli 224/2023 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildirişin surətindən görünür ki, "xxxx" ASC ilə X5 arasında 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsi bağılanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 21%-lə 36 ay müddətinə 3050 manat nağd kredit verilmiş və 36 ay müddətinə illik 24%-lə 500 manat kart kredit limiti ayrılmışdır. X6 18 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. X6 18 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Daşkəsən rayon Notariat Ofisinin 20 oktyabr 2023-cü il tarixli 104 saylı məktubundan göründüyü kimi, X2 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 08 dekabr 2023-cü il tarixə nağd kredit üzrə 2595,97 manat əsas və 20,92 manat faiz borcu və kart kredit limiti üzrə 285,79 manat əsas borc və 6,62 manat faiz borcu yaranmışdır. Bankın məsul şəxsləri kreditin qaytarılması ilə bağlı müraciətlər etsələ də, kredit üzrə borc hal-hazıradək ödənilməmiş qalmışdır. X1 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcu 3 gün müddətində tam yerinə yetirlməsi xahiş edilmiş, öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 03 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsi üzrə 30 aprel 2024-cü il tarixə 2595,97 manat əsas və 20,95 manat faiz borcu olmaqla, cəmi 2616,92 manat kredit borcu qalmışdır. İşə əlavə edilmiş 03 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli tam kart müqaviləsi üzrə 30 aprel 2024-cü il tarixə 285,79 manat əsas və 6,62 manat faiz borcu olmaqla, cəmi 292,41 manat kredit borcu qalmışdır. İşə əlavə edilmiş 16 aprel 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 49,10 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı “"xxxx" ASC-nin Gəncə filialı ilə X6 arasında bağlanmış 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 21% olmaqla 36 ay müddətinə 3050 manat məbləğində kredit verilmiş və 36 ay müddətinə illik 24% olmaqla 500 manat məbləğində kart kredit limiti ayrılmışdır. X6 18 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Daşkəsən rayon Notariat Ofisinin 20 oktyabr 2023-cü il tarixli 104 saylı məktubundan göründüyü kimi, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Cavabdeh mərhum X2 miras qalmış əmlakı qəbul etməsinə baxmayaraq, miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. X3 banka 2595,97 manat əsas və 20,95 manat faiz borcu olmaqla, cəmi 2616,92 manat kredit borcu, kart limiti üzrə 285,79 manat əsas və 6,62 manat faiz borcu olmaqla, cəmi 292,41 manat kredit borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə göründüyü kimi, kredit alan X6 18 sentyabr 2022-ci il tarixdə Daşkəsən şəhərində vəfat etmişdir. Onun vəfatından sonra X6 vərəsəliyi qəbil etmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, Mülki Məcəllənin 399.4-cü madəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə görə, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmin Məcəllənin 1309-cu maddəsinə görə, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsi üzrə 2595,97 manat əsas və 20,95 manat faiz borcu olmaqla, cəmi 2616,92 manat kredit borcu, 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli tam kart müqaviləsi üzrə 285,79 manat əsas və 6,62 manat faiz borcu olmaqla, cəmi 292,41 manat kredit borcu tutulub iddiaçı "xxxx" ASC -nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 49,10 manat məbləğində dövlət rüsumu və 0,40 xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh miras payı həcmində 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsi üzrə 2595,97 manat əsas və 20,95 manat faiz borcu olmaqla, cəmi 2616,92 (iki min altı yüz on altı manat doxsan iki qəpik) manat kredit borcu, 04 fevral 2022-ci il tarixli BPM**********26 nömrəli tam kart müqaviləsi üzrə 285,79 manat əsas və 6,62 manat faiz borcu olmaqla, cəmi 292,41 (iki yüz doxsan iki manat qırx bir qəpik) manat kredit borcu, ödənilmiş 49,10 (qırx doqquz manat on qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-394/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-394/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver