Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-403/2025 14.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əvəzindən Azərbaycan Respublikası DİN-in hesabına ödənilmiş 360 manat və 38,70 manat olmaqla, ümumilikdə 398,70 manat cərimə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edib işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 03 sentyabr 2024-cü il tarixli icarə müqaviləsinə əsasına iddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan, “Ford Fusion” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili hər gün 50 manat ödəmək şərti ilə 20 oktyabr 2025-ci il tarixdək icarəyə götürmüşdür. Cavabdeh avtomobil qəbul etdikdən sonra gündəlik 50 manat məbləğində icarə haqqını ödəmişdir. Avtomobili qaytarandan sonra cavabdehin yol hərəkəti qaydalarını pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq İXP6655561 saylı protokolla 360 manat və İXP6660798 saylı protokolla 38,70 manat manat məbləğində inzibati tənbeh növündə çərimə olunduğu müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikası Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir. Dəfələrlə cavabdehə 398,70 manat məbləgində cərimənin ödənilməsini tələb etsə də, cavabdeh heç bir ödəniş etməyərək bundan yayınmışdır. Qeyd olunan cərimələr ödənilmədiyi üçün DYPX əməkdaşları tərəfindən avtomobili yolda saxlanılmış, bu səbəbdən də 09 yanvar 2025-ci il tarixdə cəmi 398,70 manat məbləgində cəriməni cavabdehin əvəzindən ödəmək məcburiyyətində qalmışdır. Bu barədə kassa mədaxil qəbzləri mövcüddur. İcarə müqaviləsinin 4.5.5-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsi ilə üzərinə görürdüyü öhdəlikləri icra etməmişdir. Həmin məsələnin başqa yolla həlledilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş nəqliyyat vasitələrinin icarəyə verilməsinə dair 03 sentyabr 2024cü il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən” adlandırılacaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fərhadov İ.B oğlunun şəxsin digər tərəfdən bundan sonra “İcarəyə götürən” adlandıracaq X3 arasında bağlanmış icarə müqaviləsinə əsasən, “İcarəyə verən” ona məxsus və ya ona müvəqqəti istifadəyə verilmiş aşağıda texniki göstərici markası və modeli göstərilmiş, bundan sonra “Avtomovil” adlandırılacaq nəqliyyat vasitəsini “İcarə götürən”nin müvəqqəti istifadəsinə, icarəyə vermişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin seriyası BA, 135976 nömrəli, verilmə tarixi xx.xx.2011-ci il tarixli, Sedan tipli, qara rəngli, 2017-ci il buraxılışlı “Ford Fusion” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil X2 hər gün üçün 50 manat ödənilməklə icarəyə verilmişdir. Müqavilənin 4.5.5-ci maddəsinə görə, nəqliyyat vasitəsi icarəyə götürəndə olduğu müddət ərzində, avtomobillə yol hərəkəti qaydalarının pozulması üçün, qanun pozuntusı üçün, qayda pozuntusu üçün, inzibati məsuliyyət yaradan yol hərəkəti qaydalarının pozulması halları üçün, kameralarla qeydə alınmış yol hərəkəti qaydalarının pozulması halları üçün və s. icarəyə götürən məsuliyyət daşıyır və Baş X7 və müvafiq rayon şöbələri tərəfindən təsdiq olunmuş cərimələr, cərimələrə hesablanmış faizlər və s. icarəyə götürən tərəfdən ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli yol vərəqəsinin surıətindən görünür ki, “Ford Fusion” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil AE054343 nömrəli sürücülük vəsiqəsi ilə 20 oktyabr 2025-ci il tarixədək X2 verilmişdir. İşə əlavə olunmuş 09 yanvar 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxil olmalar barədə İXP6660798 nömrəli protokola əsasən Cavabdeh adından İddiaçı tərəfindən "xxxx" ASC-nin Gəncə filialı vasitəsilə Daxili İşlər Nazirliyinin bank hesabına 38,70 manat məbləğində cərimə ödənilmişdir. İşə əlavə olunmuş 09 yanvar 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxil olmalar barədə İXP6655561 nömrəli protokola əsasən Cavabdeh adından İddiaçı tərəfindən "xxxx" ASC-nin Gəncə filialı vasitəsilə Daxili İşlər Nazirliyinin hesabına 360 manat məbləğində cərimə ödənilmişdir. İşə əlavə edilmiş 21 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışından işin faktiki halları ilə müəyyən edimişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış nəqliyyat vasitələrinin icarəyə verilməsinə dair 03 sentyabr 2024-cü il tarixli İcarə müqaviləsinə əsasən “Ford Fusion” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil X2 hər gün üçün 50 manat ödənilməklə icarəyə verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli yol vərəqəsinə əsasən “Ford Fusion” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil AE054343 nömrəli sürücülük vəsiqəsi ilə 20 oktyabr 2025-ci il tarixədək Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta törətdiyi üçün İXP6660798 nömrəli protokola əsasən 38,70 manat, İXP6655561 nömrəli protokola əsasən isə 360 manat məbləğində cərimə edilmişdir. Lakin cavabdeh cərimələri ödəməmiş və avtomobili iddiaçıya geri qaytarmışdır. İddiaçı tərəfindən cavabdehin adından 09 yanvar 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin hesabına cəmi 398,70 manat məbləğində cərimə ödənilmişdir. 03 sentyabr 2024-cü il tarixli İcarə müqaviləsinin 4.5.5-ci bəndində nəqliyyat vasitəsi icarəyə götürəndə olduğu müddət ərzində, avtomobillə yol hərəkəti qaydalarının pozulması üçün, qanun pozuntusı üçün, qayda pozuntusu üçün, inzibati məsuliyyət yaradan yol hərəkəti qaydalarının pozulması halları üçün, kameralarla qeydə alınmış yol hərəkəti qaydalarının pozulması halları üçün və s. icarəyə götürən məsuliyyət daşıyır və Baş X7 və müvafiq rayon şöbələri tərəfindən təsdiq olunmuş cərimələr, cərimələrə hesablanmış faizlər və s. icarəyə götürən tərəfdən ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, icarə müqaviləsinə əsasən, nəqliyyat vasitəsi icarəyə götürəndə olduğu müddət ərzində, avtomobillə yol hərəkəti qaydalarının pozulması üçün məsuliyyəti icarəyə götürən daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 451-ci maddəsinə görə, borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, ödənilmiş cərimə borcu kimi cəmi 398,70 manat məbləği cavabdeh X1 alınaraq İddiaçı ödənilməlidir. İddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin: Cavabdeh X1 398,70 (üç yüz doxsan səkkiz manat yetmiş qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev müvəqqəti icra edən hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-403/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-403/2025
14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver