Məhkəmə qərarları › İş №e-2(030)-45/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-45/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-45/2025 08.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib ondan 2400 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 44,40 manat dövlət rüsumu, ümumilikdə 2444,40 manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 aprel 2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21013” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhərində hərəkət zamanı yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Transit” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, həmçinin X7 və X1 yüngül xəsarət vurmuşdur. Hadisə ilə bağlı Gəncə şəhər BPİ tərəfindən qəbul olunmuş qərara əsasən “VAZ 21013” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş üçüncü şəxslərə "xxxx" ASC tərəfindən 2400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “VAZ 21013” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında yazılı etirazının məzmununa uyğun izahat vermişdir. İşə əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində sürücu Cavabdeh, ayıq vəziyyətdə sürücülük hüququ olmadan, özünə məxsus idarə etdiyi “VAZ 21013” minik markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Fikrət Əmirov küçəsi ilə Azərbaycan Bayrağı küçəsi 2-ci döngənin kəsişməsində idarə etdiyi avtomobillə "Yo hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və “Stop” nişanının tələblərini pozaraq baş yolda hərəkətdə olan avtomobilin hərəkət istiqamətinə çıxaraq surucu X7, sürücülük hüququ olmaqla, özünə məxsus idarə etdiyi “Ford Transit” minik markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxması nəticəsində avtomobillər toqquşmuş və nəticədə X8 ve onunla avtomobildə olan sərnişin X4 bədəni üzərində yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 22 aprel 2024-cü il tarixli 578 nömrəli ekspert rəyindən görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətsağ baldır nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 16 aprel 2024-cü il tarixə uyğun gəlir və samlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşə əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 22 aprel 2024-cü il tarixli 579 nömrəli ekspert rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətsağ baldır-diz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 16 aprel 2024-cü il tarixə uyğun gəlir və samlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşə əlavə edilmiş 04 iyun 2024-cü il tarixli İAS241178 nömrəli sığorta ödənişi aktının və 05 iyun 2024-cü il tarixli İB**********-000097-240605 nömrəli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən X2 dəyən zərər üçün subroqasiya qaydasında 900 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşə əlavə edilmiş 04 iyun 2024-cü il tarixli İAS241179 nömrəli sığorta ödənişi aktının və 05 iyun 2024-cü il tarixli İB**********-000097-240605 nömrəli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən X1 dəyən zərər üçün subroqasiya qaydasında 750 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşə əlavə edilmiş 04 iyun 2024-cü il tarixli İAS241180 nömrəli sığorta ödənişi aktının 05 iyun 2024-cü il tarixli İB**********-000097-240605 nömrəli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən X2 dəyən zərər üçün subroqasiya qaydasında 750 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşə əlavə edilmiş İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 17 may 2023-cü il tarixli PME********** nömrəli “İcbari sığorta müqaviləsi”nə əsasən Cavabdeh məxsus “VAZ 21013” minik markalı ** BC *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığortalanmışdır. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, 16 aprel 2024-cu tarixdə saat 09 radələrində sürücu Cavabdeh özünə məxsus idarə etdiyi “VAZ 21013” minik markalı ** BC *** dövlət qoydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Fikrət Əmirov küçəsi ilə Azərbaycan Bayrağı küçəsi 2-ci döngənin kəsişməsində idarə etdiyi avtomobillə "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və “Stop” nişanının tələblərini pozaraq baş yolda hərəkətdə olan avtomobilin hərəkət istiqamətinə çıxaraq surucu X7 özünə məxsus idarə etdiyi “Ford Transit” minik markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxması nəticəsində avtomobillər toqquşmuş və nəticədə X8 və onunla avtomobildə olan sərnişin X4 bədəni üzərində yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh məxsus “VAZ 21013” minik markalı ** BC *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığortalanmış olsa da, o, avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2400 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş ödənilmiş 44,40 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2400 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 44,40 manat dövlət rüsumu olmaqla, cəmi 2444,40 (iki min dörd yüz qırx dörd manat qırx qəpik) manat məbləği tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar