Məhkəmə qərarları › İş №e-2(030)-496/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-496/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-496/2024 26.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı QSC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə cavabdeh X1 11078,07 manat əsas, 1248,30 manat faiz və 223,78 manat cərimə borcu olmaqla, cəmi 12550,15 manat məbləğində kredit borcunun və ödənilmiş 127,65 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli 034A232476500 saylı kredit müqaviləsinə əsasən sonuncuya aylıq 2,0833 faizl olmaqla 36 ay müddətinə 11,500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq ödənişləri gecikdirmişdir. Cavabdeh kredit borcundan 421,93 manat ödəniş etmiş, hazırda cavabdehin iddiaçıya 11078,07 manat əsas, 1248,30 manat faiz və 223,78 manat cərimə borcu olmaqla, cəmi 12550,15 manat məbləğində kredit borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən imtina etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 04 sentyabr 2023-cü il tarixli 034A232476500 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli 034A232476500 saylı kredit müqaviləsinə əsasən sonuncuya aylıq dərəcəsi 2,0833% olmaqla 36 ay müddətinə 11500 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 25 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq sonuncu 36 ay müddətinə aylıq ödəmək şərti ilə 11500,00 AZN məbləğində kredit götürmüşdür. Kredit borcunu ödəməməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borcunu ödəməkdən yayınmışdır. 24 aprel 2024 tarixinə gecikdirilmiş ödəniş məbləğiniz 2523.49 AZN (əsas məbləğ 1 195.53 AZN, faiz ödənişi 1104.18 AZN, cərimə məbləği 223.78 AZN) təşkil edir. 05 may 2024-cü il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağı və kredit müqaviləsinin ləğv edilməsi təıklif edilmiş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləcəyi və banka borclu olduğu 12550.5 AZN məbləğin (11 078.07 AZN təşkil edən əsas məbləğ, 12:8.30 AZN faiz məbləği və 223.78 AZN cərimə məbləği), həmçinin 24 aprel 2024-cü il tarixədək sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcək. Ba halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərclərin ödəniləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 25 aprel 2024-cü il tarixli QUT-2024/04/25-24 nömrəli arayışdan görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 11078,07 manat əsas, 1248,30 manat faiz və 223,78 manat cərimə borcu olmaqla, cəmi 12550,15 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 07 iyun 2024-cü il tarixli 60117207 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 1273,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 25 iyun 2024-cü il tarixli 61092015 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 127,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcələnin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli 034A232476500 saylı kredit müqaviləsinə əsasən sonuncuya aylıq 2,0833 faizl olmaqla 36 ay müddətinə 11,500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq ödənişləri gecikdirmişdir. Cavabdeh kredit borcundan 421,93 manat ödəniş etmiş, hazırda cavabdehin iddiaçıya 11078,07 manat əsas, 1248,30 manat faiz və 223,78 manat cərimə borcu olmaqla, cəmi 12550,15 manat məbləğində kredit borcu yaranmışdır. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, həmin Məcəllənin 399.4-cü madəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Həmin Məcəllənin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 11078,07 manat əsas, 1248,30 manat faiz və 223,78 manat cərimə borcu olmaqla, cəmi 12550,15 manat məbləğində kredit borcu tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 127,65 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X1 11078,07 manat əsas, 1248,30 manat faiz və 223,78 manat cərimə borcu olmaqla, cəmi 12550,15 (on iki manat beş yüz əlli beş manat on beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 127,65 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumu tutulub İddiaçı QSC- nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar