Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-53/2025 30.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4613,24 manat əsas və 1604,53 manat faiz borcu olmaqla, cəmi 6217,77 manat məbləğində kredit borcunun və ödənilmiş 82,18 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 oktyabr 2021-ci il tarixli RGTK4328937A184 nömrəli kredit müqaviləsi üzrə illik 22 faiz olmaqla 60 ay müddətinə 7588,09 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə 27 oktyabr 2021-ci il tarixli Z- RGTK4328937A184 nömrəli zaminlik müqaviləsinə əsasən isə digər borclu (zamin) Cavabdeh1 kredit alan Cavabdeh2 bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin 15 oktyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 4613,24 manat əsas və 1604,53 manat faiz borcu olmaqla, cəmi 6217,77 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 27 oktyabr 2021-ci il tarixli RGTK4328937A184 nömrəli kredit müqaviləsi üzrə illik 22 faiz olmaqla 60 ay müddətinə 7588,09 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 isə ona zamin durmuşdur. Əvvəllər ödəniş cədvəlinə uyğun olaraq ödəniş etsə də, işi ilə əlaqədar olaraq kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. Hazırda əlavə gəlir və qazancları yoxdur. Maddi vəziyyətləri oduqca ağırdır. İddiaçı tərəfindən tələb edilən məbləğ şişirdilmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh2 27 oktyabr 2021-ci il tarixli RGTK4328937A184 nömrəli kredit müqaviləsi üzrə illik 22 faiz olmaqla 60 ay müddətinə 7588,09 manat məbləğində kredit götürmüşdür. O, isə cavabdehə zamin durmuşdur. Əvvəllər ödəniş cədvəlinə uyğun olaraq ödəniş etsə də, işi ilə əlaqədar olaraq kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. İddiaçı tərəfindən tələb edilən məbləğ şişirdilmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 27 oktyabr 2021-ci il tarixli RGTK4328937A184 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 oktyabr 2021-ci il tarixli RGTK4328937A184 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 22 faiz olmaqla 60 ay müddətinə 7588,09 manat məbləğində krediti verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 27 oktyabr 2021-ci il tarixli Z-RGTK4328937A184 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh1 kredit alan Cavabdeh2 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 07 oktyabr 2024-cü il tarixli 20-884-16/MH26510 saylı bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 oktyabr 2021-ci il tarixli RGTK4328937A184 nömrəli kredit müqaviləsinə üzrə 60 ay müddətinə illik 22 faiz hesablanmaqla 7588,09 manat məbləğində restrukturizasiya olunmuş gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə 06 oktyabr 2024-cü il tarixə əsas borc məbləği 4613,24 manat, faiz borc məbləği 1604,53 manat olmaqla, 6217,77 manat məbləğində ümumi borcu, gecikmə günü 103 gün olmaqla 2016,10 manat məbləğində gecikmə yaranmışdır. Qrafiklə uyğun ödəniş aparılmadığı üçün krdit borcları üzrə tam borc məbləğinin pdənilməsi tələb eidlmişdir. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barələrində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 20 oktyabr 2024-cü il tarixli 15/00568 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 15 oktyabr 2024-cü il tarixə 4613,24 manat əsas və 1604,53 manat faiz borcu olmaqla, cəmi 6217,77 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 15 sentyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 82,18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 oktyabr 2021-ci il tarixli RGTK4328937A184 nömrəli kredit müqaviləsi üzrə illik 22 faiz olmaqla 60 ay müddətinə 7588,09 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə 27 oktyabr 2021-ci il tarixli Z- RGTK4328937A184 nömrəli zaminlik müqaviləsinə əsasən isə digər borclu (zamin) Cavabdeh2 kredit alan Cavabdeh1 bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin 15 oktyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 4613,24 manat əsas və 1604,53 manat faiz borcu olmaqla, cəmi 6217,77 manat məbləğində kredit borcu yaranmışdır. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. AR MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü madəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4613,24 manat əsas və 1604,53 manat faiz borcu olmaqla, cəmi 6217,77 manat məbləğində kredit borcu müştərək qaydada tutulub İddiaçı ASC -nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 82,18 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4613,24 manat əsas və 1604,53 manat faiz borcu olmaqla, cəmi 6217,77 (altı min iki yüz on yeddi manat yetmiş yeddi qəpik) manat kredit borcu və ödənilmiş 82,18 (səksən iki manat on səıkkiz qəpik) manat dövlət rüsumu müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-53/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-53/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver