Məhkəmə qərarları › İş №e-2(030)-535/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-535/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-535/2024 23.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında bахараг MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 23 yanvar 2023-cü il tarixli 800804-177178/4 nömrəli kredit müqaviləsi üzrə 14310,13 manat əsas və 1161,19 manat faiz borcu olmaqla, cəmi 15471,32 manat kredit borcunun və ödənilmiş 136,41 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 yanvar 2023-cü il tarixli 800804-177178/4 nömrəli kredit müqaviləsi üzrə 14108,82 manat əsas və 1198,93 manat faiz borcu olmaqla, cəmi 15307,75 manat kredit borcunun və ödənilmiş 121,63 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkləmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli 800804-177178/4 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 17% olmaqla 48 ay müddətinə 18000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehin 25 iyul 2024-cü il tarixə 14310,13 manat əsas və 1161,19 manat faiz borcu olmaqla, cəmi 15471,32 manat məbləğində kredit borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən imtina etmişdir. Məhkəmə prosesinin gedişində cavabdeh kredit borcundan ödəniş etmişdir. Hazırda cavabdehin 01 aqvust 2024-cü il tarixə banka 14108,82 manat əsas borc və 1198,93 manat faiz borcu olmaqla, cəmi 15307,75 manat borcu yaranmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, "xxxx" QSC-də nəzarətçi işləyir. Onunla İddiaçı ASC ilə arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli 800804-177178/4 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 17% olmaqla 48 ay müddətinə 18000 manat məbləğində kredit götürmüşdür. Əvvəllər ödəniş cədvəlinə uyğun olaraq ödəniş etmişdir. Hazırda "xxxx" ASC-yə kredit borcu olduğu üçün hər ay banka ödəniş etdiyi üçün İddiaçı ASC-yə ödəniş edə bilməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli 800804-177178/4 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli 800804-177178/4 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 17% olmaqla 48 ay müddətinə 18000 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş İddiaçı ASC-nin 17 iyul 2024-cü il tarixli 001/007/4020/2024 xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli 800804-177178/4 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 18000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş cədvəli ilə nəzərdə tutulmuş tarixə ödəməli olduğu aylıq ödənişi ödəməyərək kredit müqaviləsinin şərtini pozmuşdur. Odur ki, borclu olduğu 14310,13 manat əsas borc və 1054,94 manat faiz borcu olmaqla, cəmi 15365,07 manat məbləğində vəsaiti xəbərdalıq aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətində gec olmayaraq banka ödəməsi tələb edilmişdir. Bununla əlaqədar 15365,07 manat borcu 24 iyul 2024-cü il tarixədək ödəmədiyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş İddiaçı ASC-nin 01 avqust 2024-cü il tarixli 001/007/4348/2024 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli 800804-177178/4 nömrəli kredit müqaviləsinə əsasən 17,9 faiz dərəcəsilə 48 ay müddətinə 18000 manat məbləğində kredit verilmişdir. 01 aqvust 2024-cü il tarixə banka 14108,82 manat əsas borc və 1198,93 manat faiz borcu olmaqla, cəmi 15307,75 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 127 gün təşkil edir. İşə əlavə edilmiş 25 iyul 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 136,41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddianın cavabdeh tərəfindən etiraf edilməsi zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23 yanvar 2023-cü il tarixli 800804-177178/4 nömrəli kredit müqaviləsi üzrə 14108,82 manat əsas borc və 1198,93 manat faiz borcu olmaqla, cəmi 15307,75 manat kredit borcu tutulub İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 121,63 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 23 yanvar 2023-cü il tarixli 800804-177178/4 nömrəli kredit müqaviləsi üzrə 14108,82 manat əsas borc və 1198,93 manat faiz borcu olmaqla, cəmi 15307,75 (on beş min üç yüz yeddi manat yetmiş beş qəpik) manat kredit borcu və ödənilmiş 121,63 (bir yüz iyirmi bir manat altmış üç qəpik) manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar