Məhkəmə qərarları › İş №e-2(030)-56/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-56/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-56/2025 04.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X24 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 3121,55 manat əsas borc və mediasiya xərci üçün ödənilmiş 60 manat pul vəsaitinin tutulub İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli əmək müqaviləsi ilə Cavabdeh satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. 27 fevral 2023-cüs il tarixli 29 saylı əmrlə Cavabdeh baş satıcı vəzifəsinə keçirilmiş və “X21” haqqında müqavilə imzalanmışdır. 10 avqust 2023-cü il tarixli 220 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X21” haqqında müqavilə imzalanmışdır. 29 dekabr 2023-cü il tarixli 167x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 25 oktyabr 2023-cü il tarixdə İddiaçı MMC-nin – OBA Xalqlar 3 mağazasında administrator vəzifəsində işləyən cavabdehin öhdəsindəki maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada 25 oktyabr 2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “Növbədənkənar İnventarizasiya nəticələrinə dair yekun akt”a əsasən cavabdehin Cəmiyyətə 3309,01 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olmaq üçün cavabdehə dəfələrlə şifahi məlumatlar verilsə də, habelə ünvanına rəsmi xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh inventarizasiya nəticələrinin araşdırılmasında iştirak etməkdən, nəticələrlə tanış olmaqdan və yekun aktı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq imtina aktı tərtib edilmişdir. Cəmiyyətin 07 noyabr 2023-cü il tarixli 254 saylı ərmlə çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər (təbii itki norması-satış dövriyyəsinin 0,15 faizi miqdarında) tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 3121,55 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş X5 İddiaçı MMC-nin İdarə Heyətinin sədri X3 ünvanladığı 29 sentyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, X2-Departamentinə Satıcı-kassir vəzifəsinıə işə qəbul olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 29 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinin və 29 sentyabr 2022-ci il tarixli 507 saylı əmrdən (işə qəbul etmə haqqında) çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə 29 sentyabr 2022-ci il tarixdən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbil edilsin. Əmək haqqı ştat cədvəlinə əsasən 300 manat olmaqla ödənilsin. Əsas: Tərəflər arasında bağlanmış əmək müqaviləsi. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli 29 saylı əmrdən (vəzifə dəyişikliyi haqqında) çıxarışın və 27 fevral 2023-cü il tarixli əmək müqaviləsinə əlavənin surətlərindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə 27 fevral 2023-cü il tarixdən Baş satıcı vəzifəsinə keçirilsin. Əmək haqqı ştat cədvəlinə əsasən 365 manat olmaqla ödənilsin. Əsas: Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavə və işçinin razılıq ərizəsi. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli X21 haqqında müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında X21 haqqında müqavilə bağlanmış, işçi tam maddi məsul vəzifəyə qəbul olunmuş və işçi işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş 10 avqust 2023-cü il tarixli X21 haqqında müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında X21 haqqında müqavilə bağlanmış, işçi tam maddi məsul vəzifəyə qəbul olunmuş və işçi işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Xalqlar 3 filialında aparılmış inventarizasiya nəticəsində 2589 manat kənarlaşma müəyyən edilmiş, bu yekun aktda adları qeyd olunan bütün material qiymətliləri maddi məsul şəxs X9 iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edilmişdir. İşə əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Xalqlar 3 filialında aparılmış inventarizasiya nəticəsində 3309,01 manat kənarlaşma müəyyən edilmişdir. Lakin maddi məsul şəxs X9 həmin aktı imzalamamışdır İşə əlavə edilmiş İddiaçı MMC-nin 07 noyabr 2023-cü il tarixli 254 saylı ərmin surətindən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator X4 tələb olunsun. “Təbii itki norması” satış dövriyyəsinin 0,15% faizi müəyyən edilsin. İşə əlavə edilmiş 29 dekabr 2023-cü il tarixli 167x saylı əmrdən (işdən azad haqqında) çıxarışın və əmək müqavilıəsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə 29 dekabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilsin və son haqq-hesab:istifadə edilməmiş əmək məsuliyyətinə görə pul əvəzi ödənilsin. Əsas: Tərəflər arasında bağlanmış müqavilə. İşə əlavə edilmiş 08 yanvar 2024-cü il tarixli DN38 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, X10 İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və 3121,55 manat əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, elə cə, İddiaçı MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin İnventarizasiya komissiyasının iltizamnaməsidən görünür ki, X22-Xalqlar 3 kod 209 filialında sayımda tam olaraq iştirak etdiyini, sayılan miqdarlarıöz tərəfindən yoxlanıldığını, sayımla bağlı narazılığı olmadığını bildirmişdir. İşə əlavə edilmiş 31 may 2024-cü il tarixli imtina aktının surətindən görünür ki, 07 iyun 2023-cü il tarixli №167 əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə direktoru X12, komissiyanın sədr müavini: mühasibatlıq departament müdiri X7, komissiyanın üzvləri Daxili Nəzarət Departament müdiri X8, satış əməliyyatları direktoru X11, inventarizasiya şöbə müdiri X1 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib edirik ondan ötəri ki, İddiaçı MMC-nin Bakı şəhəri Nizami rayonu Xalqlar dostluğu Qara Qarayev prospektində yerləşən Oba-Xalqla 3(209) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs X6 iştirakı ilə 25 oktyabr 2023-cü il tarixli vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs X9 inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əısaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 3309,01 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-də çalışan Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 03 sentyabr 2024cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Nuru qızı ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 25 oktyabr 2023-cü il tarixdə 3309,01 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 3121,55 manat borcu qalmışdır. Beləliklə Cavabdeh Nuru qızının 03 sentyabr 2024-cü il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 3121,55 manat təşkil edir. İşə əlavə edilmiş Bakı 20 saylı Mediasiya Təşkilatının 17 oktyabr 2024-cü il tarixli MŞB/20/2024-00467 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə “işçinin administrator olduğu mağazada aparılmış inventarizasiya nəticəsində aşkar edilmiş çatışmazlığa görə işçinin işəgötürənə vurduğu maddi ziyanın əvəzi olaraq 3121,55 manat pul vəsaitinin tutuılması” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 17 oktyabr 2024-cü il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh 08 oktyabr 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X21 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən edildi ki, 29 fevral 2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh (İsmayılova) "xxxx" MMC-yə "satıcı-kassir", 27 fevral 2023-cü il tarixdə "baş satıcı" vəzifəsinə işə qəbul edilmiş, 10 avqust 2023-cü il tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin eyni tarixli X21 haqqında müqaviləyə əsasən o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Lakin, 25 oktyabr 2023-cü il tarixlərdə aparılmış inventarizasiya nəticəsində işlədiyi müddət ərzində cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması müəyyən edilmiş, həmin tarixli inventarizasiya nəticələrinə dair aktlara əsasən yekun ziyan məbləği 3309,01 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 3121,55 manat hesablanmış, bu barədə akt tərtib olunmuş, lakin Cavabdeh inventarizasiya prosesində iştirak etməmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməmişdir. Bundan sonra, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 29 dekbar 2023-cü il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. İnventarizasiya zamanı aşkar edilmiş zərərin 3309,01 manat təşkil etməsinə baxmayaraq, iddiaçı MMC tərəfindən güzəşt olunmaqla, cavabdehin ümumi borcu 3121,55 manat müəyyən edilmişdir. Qeyd edilən məbləğin qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilsə də, sonuncu edilmiş xəbərdarlığa məhəl qoymamış və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh "xxxx" MMC-nin “Oba-Xalqlar 3” filialı administrator işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı MMC-yə 3121,55 manat məbləğində zərər vurmuşdur. Buna görə də, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3121,55 manat məbləğində maddi ziyanın və çəkilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Kərimova (İsmayılova) Aysel Nuru qızından 3121,55 (üç min yüz iyirmi bir manat əlli beş qəpik) manat məbləğində maddi ziyan və ödənilmiş 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar