Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-560/2024 27.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 (bundan sonra İddiaçı MMM QBKT) Cavabdeh qarşı borc tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən 26 dekabr 2019-cu il tarixli **********0987 saylı kredit müqaviləsi üzrə 1245.30 manat əsas borcu, 5.40 manat faiz borcu olmaqla, cəmi 1250.70 manat kredit borcu və ödənilmiş 32.51 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X2 21 avqust 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMM QBKT Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli **********0987 saylı müqavilə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1764 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətinə hər ay 1.52 manat, dörd il müddətinə isə hər ay 37.52 manat olmaqla barabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir.Beləliklə xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən cavabdehin 1245.30 manat əsas borcu, 5.40 manat faiz borcu olmaqla, cəmi 1250.70 manat borcu vardır. İşə əlavə edilmiş 26 dekabr 2019-cu il tarixli **********0987 saylı Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli **********0987 saylı Kredit müqaviləsinə əsasən, kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1764 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1764 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti,o, cümlədən kredit üzərində hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli müəyyən edilmiş müddətlərdə və məbləğlərdə Kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İşə əlavə edilmiş 20 iyun 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 26 dekabr 2019-cu il tarixli **********0987 saylı kredit müqaviləsi üzrə 1245.30 manat əsas, 5.40 manat faiz borcu olmaqla, cəmi 1250.70 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 27 iyun 2024-cü il tarixli **********65 nömrəli mədaxil qəbzindən ki, İddiaçı MMM QBKT tərəfindən 32.51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli **********0987 saylı kredit müqaviləsinə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1764 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1764 manat məbləğində güzəştli kredit verilmişdir. Hazırda cavabdehin İddiaçı MMM QBKT-ə 1250.70 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli **********0987 saylı kredit müqaviləsi üzrə üzrə müqaviləyə əsasən 1245.30 manat əsas, 5.40 manat faiz borcu olmaqla, cəmi 1250.70 manat məbləğin tutulub İddiaçı MMM QBKT-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 32.51 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26 dekabr 2019-cu il tarixli **********0987 saylı kredit müqaviləsi üzrə 1245.30 manat əsas, 5.40 manat faiz borcu olmaqla, cəmi 1250.70 manat və ödənilmiş 32.51 manat dövlət rüsumu olmaqla tutulub İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelliyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-560/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-560/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver