Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-599/2023 01.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Açıq Səhmidar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmidar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13006,15 manat əsas, 820 manat faiz və 27,70 manat cərimə borcu olmaqla, cəmi 13853,85 manat məbləğində kredit borcunun və ödənilmiş 131,56 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkləmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 5220***-*******02L nömrəli “Əsas kredit limiti razılaşması”na əsasən 29 iyun 2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. “Əsas kredit limiti razılaşması” çərçivəsində Cavabdeh illik 18% olmaqla 24 avqust 2026-cı il tarixədək 14500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditdən istifadəyə görə hissə-hissə hər ayın 22-dək ayda 426,09 manat Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 08 avqust 2023-cü il tarixə İddiaçı ASC-yə 13006,15 manat əsas, 820 manat faiz və 27,70 manat cərimə borcu olmaqla, cəmi 13853,85 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahat verib göstərmişdir ki, İddiaçı ASC-dən ona 22 avqust 2022-ci il tarixli 5220***-*******02L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə 120 ay müddətinə 22 aqvust 2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. “Əsas kredit limiti razılaşması” üzrə illik 18% olmaqla hər ayın 22-dək ayda 426,09 manat ödəmək şərti ilə 14500 manat məbləğində kredit verilmişdir. Əvvəllər ödəniş etsə də, sonradan maddi imkansızlıqdan krediti vaxtında ödəyə bilməmişdir. İddia tələbini qəbul edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 22 avqust 2022-ci il tarixli 5220***-*******02L nömrəli “Əsas kredit limiti razılaşması”nın surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2022-ci il tarixli 5220***-*******02L nömrəli “Əsas kredit limitinin razılaşması”na əsasən Cavabdeh 120 ay müddətinə 22 avqust 2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. 22 avqust 2022-ci il tarixli 5220***-*******02L nömrəli “Əsas kredit limiti razılaşması” çərçivəsində Cavabdeh illik 18 faiz olmaqla şərti ilə hər ayın 22-dək ayda 426,09 manat ödəmək şərti ilə 24 avqust 2026-cı il tarixədək 14500 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 12 iyul 2023-cü il tarixli 559 saylı bildirişin surətindən görünür ki, Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 3 bank iş günü ərzində ödəmədiyi təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin, faizlərin, cərimələrin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 08 avqust 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 22 avqust 2022-ci il tarixli 5220***-*******02L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə banka 13006,15 manat əsas, 820 manat faiz və 27,70 manat cərimə borcu olmaqla, cəmi 13853,85 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 05 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 131,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, İddiaçı ASC-nin iddia tələbini qəbul edir və məhkəmədən iddia tələbinin təmin olunmasın barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımında qiymıət verilməılidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2- ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5- ci maddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılmış araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22 avqust 2022-ci il tarixli 5220***-*******02L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə 13006,15 manat əsas, 820 manat faiz və 27,70 manat cərimə borcu olmaqla, cəmi 13853,85 manat məbləğində kredit borcu tutulub İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 131,56 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 22 avqust 2022-ci il tarixli 5220***-*******02L nömrəli “Əsas kredit limiti razılaşması” üzrə 13006,15 manat əsas, 820 manat faiz, 27,70 manat cərimə borcu və ödənilmiş 131,56 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13985,41 (on üç min doqquz yüz səksən beş manat qırx bir qəpik) manat tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-599/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-599/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver