Məhkəmə qərarları › İş №e-2(030)-60/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-60/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-60/2025 21.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5977,43 manat əsas və 580,31 manat faiz borcu olmaqla, cəmi 6557,74 manat məbləğində kredit borcunun və ödənilmiş 85,58 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2023-cü il tarixli RGTK4455774B206 nömrəli kredit müqaviləsi üzrə illik 21 faiz olmaqla 60 ay müddətinə 6430,24 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 04 noyabr 2024-cü il tarixə 5977,43 manat əsas və 580,31 manat faiz borcu olmaqla, cəmi 6557,74 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-dən 27 oktyabr 2023-cü il tarixli RGTK445577B206 nömrəli kredit müqaviləsi üzrə illik 21 faiz olmaqla 60 ay müddətinə 6430,24 manat məbləğində kredit götürmüşdür. Əvvəllər ödəniş cədvəlinə uyğun olaraq ödəniş etsə də, sonradan maddi imkansızlıqdan kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. İşə əlavə edilmiş 27 oktyabr 2023-cü il tarixli RGTK4455774B206 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2023-cü il tarixli RGTK4455774B206 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 21 faiz olmaqla 60 ay müddətinə 6430,24 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 23 oktyabr 2024-cü il tarixli 18-933-16/MH27978 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2023-cü il tarixli RGTK4455774B206 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 21 faiz hesablanmaqla, 6430,24 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə 22 oktyabr 2024-cü il tarixə əsas borc məbləği 5977,43 manat əsas və 580,31 manat faiz borcu olmaqla, cəmi 6557,74 manat məbləğində ümumi borcu, gecikmə günü 118 gün olmaqla, 778,61 manat məbləğində gecikmə yaranmışdır. Qrafikə uyğun ödəniş aparmadığı üçün kredi0t borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 04 noyabr 2024-cü il tarixli 15/00934 nömrəli maliyyə arayışından görünür ki, 04 noyabr 2024-cü il tarixə Cavabdeh 27 oktyabr 2023-cü il tarixli RGTK4455774B206 nömrəli kredit müqaviləsi üzrə 5977,43 manat əsas və 580,31 manat faiz borcu olmaqla, cəmi 6557,74 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 05 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 85,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddianın cavabdeh tərəfindən etiraf edilməsi zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5977,43 manat əsas və 580,31 manat faiz borcu olmaqla, cəmi 6557,74 manat məbləğində kredit borcu alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 85,58 manat məbləğində dövlət rüsumu cavabdehdən tuutlub iddiaçıya ödəniılməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5977,43 manat əsas və 580,31 manat faiz borcu olmaqla, cəmi 6557,74 (altı min beş yüz əlli yeddi manat yetmiş dörd qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 85,58 (səksən beş manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar