Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-608/2023 13.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 fevral 2022-ci tarixli alqı-satqı müqaviləsinə əsasən 466 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 496 manat məbləğin alınıb İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 15 sentyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, İddiaçı2 ilə Cavabdeh arasında imzalanmış 07 fevral 2022-ci tarixli alqı-satqı müqaviləsinə əsasən borclu “KZS Electronics” mağazasından 1 ədəd iran istilik sobası dəyəri 200 manat, 1 ədəd “LG” markalı televizor dəyəri 500 manat, 1 ədəd “Eurolux” markalı ütü dəyəri 40 manat və 2 ədəd yataq dəyəri 200 manat, ümumilikdə 940 manat olan məbləği 10 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 474 manat məbləğində ödəniş etmişdir. İddiaçı cavabdehdən borcunu ödəməyi tələb etsədə cavabdeh müxtəlif bəhanlər ilə onu yubadmışdır. Cavabdehlə aramızda bağladığımız müqaviləyə əsasən 3 ay müddətinə aylıq ödənişlərinə riayət etməsə satıcının müqaviləni bir tərəfli olaraq pozub alıcını məhkəməyə vermək hüququ vardır. Ona görədə cavabdehdən müqavilə üzrə qalıq borc olan 466 manat məbləğin alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İşə əlavə edilmiş 07 fevral 2022-ci tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 (“KZS Electronics” mağazası) ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı (“KZS Electronics” mağazası) Cavabdeh ümumi dəyəri 940 manat olan məişət avadanlıqlaırnı 10 ay müddətinə aylıq 50 manat ödəmək şərtilə satmışdır. Cavabdeh müqavilə üzrə 474 manat məbləğində ödəniş etmişdir. İşə əlavə edilmiş 31 avqust 2023-cü pretenziya məktubundan görünür ki, Cavabdeh məktubu aldığı vaxtdan 5 gün ərzində “KZS Electronics” mağazasına olan 466 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı2 ilə Cavabdeh arasında 07 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinə məişət avadanlıqlarını 940 manata satın almışdır. Cavabdeh 474 manat ödəniş edilməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 07 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 466 manat pul vəsaiti alınaraq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 07 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 466 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-608/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-608/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver