Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № e-2(030)-637/2024 24.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi ürzə borc tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən 2330.07 manat əsas borc, 366.69 manat faiz, 19.16 manat cərimə borcu olmaqla, ümümilikdə 2715.92 manat borcun, ödənilmiş 0.40 manat xidmət haqqının və 47.18 manat dövlət rüsumunun tutuluraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə elektron kabinet vasitəsi ilə daxil olmuş iddia ərizəsində Cavabdeh qeydiyyat ünvan Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi Çaparidze 8 göstərilmiş olsa da, lakin Elektron Məhkəmə İnformasiya sistemində cavabdehin qeydiyyat yeri Göygöl rayonu Yeni Qızılca kəndi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-cı maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Belə olan halda iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin iddiasına baxılması Daşkəsən Rayon Məhkəməsinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq həmin tələblə cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməli olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 2330.07 manat əsas borc, 366.69 manat faiz, 19.16 manat cərimə borcu olmaqla, ümümilikdə 2715.92 manat borcun, ödənilmiş 0.40 manat xidmət haqqının və 47.18 manat dövlət rüsumunun tutuluraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, həmin tələblə cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-637/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №e-2(030)-637/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver