Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-644/2023 16.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 (bundan sonra İddiaçı MMM QBKT) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən 30 sentyabr 2022-ci il tarixli **********2090 saylı kredit müqaviləsi üzrə 2175 manat əsas borcu, 570.64 manat faiz, 162.91manat cərimə borcu olmaqla, cəmi 2908.55 manat kredit borcu və ödənilmiş 49.09 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli **********2090 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə Hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 azn olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2***-******* saylı “Zaminlik müqaviləsi” ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. arasında bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. İşə əlavə edilmiş 30 sentyabr 2022-ci il tarixli **********2090 saylı Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli **********2090 saylı Kredit müqaviləsinə əsasən, kredit verən kredit alana ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 30 sentyabr 2022-ci il tarixli **********2***-******* saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsinə əsasən kredit alan Cavabdeh2 kredit verən qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etmədiyi halda, Cavabdeh1 dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşə əlavə edilmiş 14 sentyabr 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2nın 30 sentyabr 2022-ci il tarixli **********2090 saylı kredit müqaviləsi üzrə 2175 manat əsas, 570.64 manat faiz, 162.91 manat cərimə borcu olmaqla, cəmi 2908.55 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 20 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, İddiaçı MMM QBKT tərəfindən 49.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli **********2090 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2***-******* saylı “Zaminlik müqaviləsi” ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Hazırda cavabdehlərin Finca Azerbaijan” MMM QBKT-ə 2908.55 manat məbləğində kredit borcu yaranmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 30 sentyabr 2022-ci il tarixli **********2090 saylı kredit müqaviləsi üzrə hesablanmış 162.91 manat məbləğində cərimə azaldılaraq 0.36 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli **********2090 saylı kredit müqaviləsi üzrə üzrə müqaviləyə əsasən cəmi 2746 manat məbləğin tutulub İddiaçı MMM QBKT-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 49.09 manat məbləğində dövlət rüsumunun 46 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 30 sentyabr 2022-ci il tarixli **********2090 saylı kredit müqaviləsi üzrə 2746 manat və ödənilmiş 46 manat dövlət rüsumu tutulub İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-644/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-644/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver