Məhkəmə qərarları › İş №e-2(030)-658/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-658/2023

20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-658/2023 20.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərəzliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı “X31 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X19 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı «X31 Azərbaycan” QSC cavabdeh X19 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh X13 14 may 2015-ci il tarixli 95614/04 nömrəli Kredit müqaviləsi üzrə 47312,70 ABŞ dollarının 22 fevral 20147-ci il tarixli 95614/04 nömrəli Kredit müqaviləsi üzrə 290243 manatın və 340 manat dövlət rüsumunun tutularaq «X31 Azərbaycan” QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X31 Azərbaycan” QSC-nin nümayəndəsi müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı «X31 Azərbaycan” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, «X31 Azərbaycan” QSC ilə cavabdeh X23 14 may 2015-ci il tarixli 95614/04 nömrəli “Kredit müqaviləsi” bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 12,50 faiz olmaqla 391853,80 ABŞ dolları məbləğində kredit verilmişdir. 08 aprel 2016-cı il tarixdə Bank ilə cavabdeh arasında kredit müqaviləsi üzrə 1 saylı əlavə razılaşmaya əsasən müqavilənin faiz dərəcəsi 11,5 faiz müəyyən edilmişdir. 12 may 2017-ci il tarixdə Bank ilə cavabdeh arasında Kredit müqaviləsi üzrə 1 saylı əlavə razılaşmaya görə ödəniş sədvəlinə dəyişiklik edilmişdir. Bununla yanaşı, Bank ilə cavabdeh arasında 22 fevral 2017-ci il tarixli 95614/04 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehə 12 ay müddətinə illik 17 faiz olmaqla 84000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2016-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan 0.0202 ha torpaq sahəsində ümumi sahəsi 546.8 kv.m, oları Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsi “X31 Azerbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə 14 may 2015-ci il tarixində Bankla cavabdah arasında 17 noyabr 2018-ci il tarixil 98614/01 N-li İpoteka müqaviləsinə 2 saylı əlavə razılaşmaya görə ilkin satış qiyməti 450 000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2018-ci il tarixdə bank ilə X4 arasında İpoteka müqaviləsi bağlanmış, müqaviləyə əsəsən X9 mülkiyyətində olan, ümumi sahəsi 104.7 kv.m, yaşayış sahəsi 77.4 kvm, yardımcı sahəsi 27.3 kvm olan ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzili Bank qarşısında İpoteka İlə yüklü edilmişdir. 14 may 2015-ci il tarixdə Bank ilə cavabdeh arasında 17 noyabr 2015-ci İl tarixli 95614/01 nömrəli ipoteka müqaviləsinə 2 saylı əlavə razılaşmaya əsasən ipoteka predmetinin deyəri 06 noyabr 2015-ci || tarixli qiymətləndirilmə гəуinə əsasən 53500 manat məbləğində müəyyən edilmişdir. Kredt müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2018-ci İl tarixində bank ilə ipoteka qoyan X6 arasında ipoteka müqaviləsi bağlarmışdır. Bağlanmış ipoteka müqavlləslinə əsasən X12 mülkiyyətində olan 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 133,7 kv.m, yaşayış sahəsi 57 kv.m, yardımçı sahəsi 76,7 kv.m olan Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi “Farforist” BYB məhəllə - 8, sahə 6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 14 may 2015-ci il tarixdə Bank ilə X20 arasında 17 noyabr 2015-ci il tarixli 95614/01 nömrəli ipoteka müqaviləsinə 1 saylı əlavə razılşamaya əsasən ipoteka qiyməti 42500 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 24 fevral 2017-ci il tarixdə bank ilə ipoteka qoyan X20 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsi əsasən X12 mülkiyyətinə 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 133,7 kv.m, yaşayış sahəsi 57 kv.m, yardımçı sahəsi 76,7 kv.m olan Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi “Farforist” BYB məhəllə - 8, sahə 6 ünvanılnda yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2015-ci il tarixdə bank ilə ipoteka qoyan cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyətində 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 29,4 kv.m, yaşayış sahəsi 29,4 kv.m olan ünvan 4 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 14 may 2015-ci il tarixdə Bank ilə cavbabdeh arasında 17 noyabr 2015-ci il tarixli 95614/012 nöm rəli İpoteka müqaviləsinə 1 saylı əlavə razılaşmaya əsasən ipoteka qiyməti 20500 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2015-ci il tarixdə bank ilə ipoteka qoyan cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyətində 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 29,4 kv.m, yaşayış sahəsi 29,4 kv.m olan ünvan 5 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə 14 may 2015-ci il tarixdə bank ilə ipoteka qoyan cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan ümumi sahəsi 79,5 kv.m, yaşayış sahəsi 28 kv.m, yardımçı sahəsi 51,5 kv.m olan ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 14 may 2015-ci il tarixdə Bank ilə cavbabdeh arasında 17 noyabr 2015-ci il tarixli 95614/012 nömrəli İpoteka müqaviləsinə 1 saylı əlavə razılaşmaya əsasən ipoteka qiyməti 40000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə 24 fevral 2017-ci il tarixdə bank ilə ipoteka qoyan cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyətinə olan ümumi sahəsi 79,5 kv.m, yaşayış sahəsi 28 kv.m, yardımçı sahəsi 51,5 kv.m olan ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank müqavilələr üzrə öz öhdəliklərini tam icra etsə də, cavabdeh müqavilələrin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütamadi olaraq gecikdirmişdir. Ӧһдəliklər tam, vaxtında və lazımı qaydada icra edilmədiyiydən Banka külli miqdarda maddi zərər dəymişdir. Bank məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(043) -1689/2018 saylı qətnaməsinə əsasən Kredit müqaviləsi üzrə cəmi 386315,52 ABŞ dolla, o cümlədən 350895.33ABŞ dolları əsas borc, 34830,19 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə cəmi 88689,84 manat, o cümlədən, 77254,41 manat əsas, 10935,43 manat faiz, 500 manat cərimə borcunun bankın xeyrinə tutulmasının, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Cavabdehin verdiyi apellyasiya şikayəti qismən edilərək ümulikdə Kredit müqaviləsi üzrə 382719,99 ABŞ dollarının, o cümlədən 347733,84 ABŞ dolları əsas, 34486,15 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə, Kredit müqaviləsi üzrə cəmi 66341,98 manatın, o cümlədən 66341,98 manat əsas borcun tutulmasını və bəzi ipoteka predmetlərinin ilkin satış qiymətinin dəyişdirilməsi qət edilmişdir. Bank və cavabdeh tərəfindən ауrı-ayrılıqda verilmiş kasassiya şikayətlərinə baxan AR Ali Məhkəməsi öz qərarı ilə kasasiya şikayətlərini təmin edilmədən, Gəncə Apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu üzrə 347733,84 ABŞ dolları, kredit müqaviləsi-2 üzrə əsas borcun 66341,98 manat ödənilməmiş qalmış qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Cavabdeh Kredit müqavilələri və məhkəmə yekun aktı üzrə irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdeh yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da, öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi -1 üzrə 347733,84 ABŞ dolları, Kredit müqaviləsi-2 üzrə 66341,98 manat hissəsi ödənilməmiş qalmışdır. xx.xx.2018-ci ildən 28 sentyabr 2023-cü ilə qədər Bank qaşısında icra edilməmiş pul öhdəliyi üzrə һesablanmış gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla, Kredit müqaviləsi – 1 üzrə 47312,70 ABŞ dolları, Kredit müqaviləsi – 2 üzrə 2902,46 manat təşkil edir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq olunsa da, banka heç bir ödəniş etməmişdir. Yaranmış vəziyyətdə borcun məhkəmə qaydasında tələb edilməsinə zərurət yaranmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X23 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisə ilə bağlı məhkəmə prosesləri keçirilmiş və əmlaklarla bağlı qərarlar verilmişdir. Əmlak satıldıqca pulunu ödəyir. Yeni Gəncə qəsəbəsində yerləşən qeyri-yaşayış tikilisi (obyekt) satışa çıxarılmışdır. Satılan kimi borc ödəniləcəkdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə işə baxılmış, həmin qətanmədən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti qismən təmin edilmiş, sonra kasassiya şikayəti vermiş, Ali Məhkəmə tərəfindən işə baxılmış və qətnamə qüvvədə saxlanılmışdır. İlkin borc 395000 ABŞ dolları olmuşdur. Hal-hazırda 280000- 290000 ABŞ dolalrı borcu qalmışdır. Obyektə 599000 manat qiymət qoyulubdur. 2 dəfə hərrac keçirilmiş, lakin obyekt satılmamışdır. Əmlak satıldıqdan sonra tələb edilən məbləği ödəyəcəkdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 14 may 2015-ci il tarixli 95614/01 nömrəli Kredit müqaviləsinin surətindən görünür ki, “X31” QSC ilə X23 arasında bağlanmış 14 may 2015-ci il tarixli 95614/01 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 12,50% olmaqla 36 ay müddətinə 391853,80 ABŞ dolları məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 22 fevral 2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, “X31” QSC ilə X23 arasında bağlanmış 22 fevral 2017-ci il tarixli 95614/04nömrəli Kredit müqaviləsinə əsasən sonuncuya illik 17% olmaqla 12 ay müddətinə 84000 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(043)-1689/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, X13 14 may 2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə 350985,33 ABŞ dollar əsas kredit borcu, 34830.19 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 386315.52 (üç yüz səksən altı min üç yüz on beş dollar, 52 sent) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə 77254.41 manat əsas kredit borcu, 10935.43 manat əsas məbləğə hesablanmış faiz borcu, 500 manat cərimə məbləği olmaqla, cəmi 88689.84 (səksən səkkiz min altı yüz səksən doqquz manat, 84) manat və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu və 240 (iki yüz qırx) manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə görə çəkilmiş xərc tutularaq “X31” QSC-yə ödənilməsi, tutmanın öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdeh X17 mülkiyyətində olan 0.0202 ha torpaq sahəsində, ümumi sahəsi 546.8 kv.m Gəncə şəhəri, Nizami rayonu Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən mərtəbəli qeyriyaşayış sahəsinə, X1 mülkiyyətinə olan, ümumi sahəsi 104.7 kv.m., yaşayış sahəsi 77.4 kv.m., yardımçı sahəsi 27.3 kv.m olan ünvan 8 ünvanında yerləşən 5 otaqlı mənzilinə, X12 mülkiyyətinə 0.04 ha torpaq sahəsində olan, ümumi sahəsi 133.7 kv.m., yaşayış sahəsi 57 kv.m., yardımçı sahəsi 76.7 . kv.m olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinə, X17 mülkiyyətinə 0.04 ha torpaq sahəsində olan, ümumi sahəsi 29.4 kv.m., yaşayış sahəsi 29.4 kv.m olan ünvan 10 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə, X17 mülkiyyətinə, ümumi sahəsi 79.5 kv.m., yaşayış sahəsi 28 kv.m.. yardıçmı 515 kv.m. olan ünvan 11 ünvanında yerləşən 2 otaqlı mənzilinə yönəldilməsi, həmin əmlaklar açıq hərracda satılmaqla tələb təmin edilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti X19 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən əmlak 450000 (dörd yüz əlli min) manat, ünvan 13 ünvanında yerləşən əmlak 20500 (iyitmi min beş yüz) manat, ünvan 11 ünvanında т 0 əmlak 40000 (qırx min) manat, X5 məxsus olan ünvan 8 ünvanında yerləşən əmlak 53500 manat (əlli üç min beş yüz) və X14 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən əmlak 42500 (qırx iki min beş yüz) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan qeyri-yaşayış sahəsi və yaşayış sahələri açıq hərracda satıldıqda, müvafiq olaraq mülkiyətçi cavabdehlərin həmin mənzillərə istifadə hüququ itirilmiş hesab edilməklə, ən geci bir ay ərzində mənzillər və qeyri-yaşayış sahəsinin boşaldılması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli 2(104)-218/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X18 apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(043)-1689/2018 nömrəli qətnaməsi qismən, 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə 500 manat dəbbə pulunun cavabdeh X15 tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin həmin hissədə təmin edilməməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(043)-1689/2018 nömrəli qətnaməsi cavabdeh X13 xx.xx.2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 350.985,83 ABŞ dolları əsas borcun və 34.830,19 ABŞ dolları faiz borcunun, həmçinin xx.xx.2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə 77254.41 manat əsas borcun və 10935.43 manat faiz borcunun tutulub “X31 Azərbaycan” QSC-yə verilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinin ilkin satıq qiymətinin 42.500 manat, ünvan 8 ünvanında yerləşən 5 otaqlı mənzilin ilkin satış qiymətinin 53500 manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 450000 manat və ünvan 14 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, cavabdeh X13 xx.xx.2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 347.733,84 (üç yüz qırx yeddi min yeddi yüz otuz üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları əsas, 34.486,15 (otuz dörd min dörd yüz səksən altı ABŞ dolları on beş sent) ABŞ dolları faiz və 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla cəmi 382719.99 (üç yüz səksən iki min yeddi yüz on doqquz ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları kredit borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və xx.xx.2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə yaranmış 66.341,98 manat əsas kredit borcu tutulub “X31” QSC-yə verilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinin ilkin satıq qiyməti likvidid qiymətinə uyğun 38000 (otuz səkkiz min) manat, ünvan 15 ünvanında yerləşən 5 otaqlı mənzilin ilkin satış qiyməti likvidid qiymətinə uyğun 47500 (qırx yeddi min beş yüz) manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi 20A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti likvidid qiymətinə uyğun 599000 (beş yüz doxsan doqquz min) manat və ünvan 17 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiyməti likvidid qiymətinə uyğun 67000 (altmış yeddi min) manat müəyyən edilməsi, qə\tnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, 300 (üç yüz) manat ekspertiza xərcinin 150 (bir yüz əlli) manatı “X31” QSC-dən, 150 (bir yüz əlli) manatı isə X13 tutulub X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli 2(102)-3997/2021 saylı qərarının surətindən görünür ki, “X31 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X23 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apoellyasiya Məhkəməsi mülki kollegiyasının 2 (104)- 218/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş X17 14 may 2015-ci il tarixli 95614/01 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair “X31 Azərbaycan” QSC-nin Hüquq departamentinin 28 sentyabr 2023-cü il tarixli arayışın surətində görünür ki, X17 14 may 2015-ci il tarixli 95614/01 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan 347733,84 ABŞ dollarının ödənilməsinin 1077 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 47312,70 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş X17 22 fevral 2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair “X31 Azərbaycan” QSC-nin Hüquq departamentinin 28 sentyabr 2023-cü il tarixli arayışın surətində görünür ki, X17 22 fevral 2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan 66341,98 manat ödənilməsinin 315 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 2902,46 manat təşkil edir. İşə əlavə edilmiş “X31 Azərbaycan” QSC-nin ilə cavabdeh X22rasında bağlanmış 14 may 2015-ci il tarixli 95614/01 nömrəli kredit müqaviləsi üzrə qüvvəyə minmiş yekun məhkəmə aktı ilə müəyyən olunmuş hallar nəzərə alınmaqla 28 sentyabr 2023-cü il tarixə hesablanmış 5% dərəcəsi ilə hesablanmış zərər məbləğinə dair arayışın surətində görünür ki, X17 14 may 2015-ci il tarixli 95614/01 nömrəli kredit müqaviləsi üzrə təmin edilən əsas borcu 347733,84 ABŞ dolları, təmin edilmiş fazilər 34486,15 ABŞ dolları, təmin edilmiş cərimə 500 ABŞ dolları, təmin edilmiş ümumi borc 382719,99 ABŞ dolları, son ödəmə tarixi 12 aprel 2023-cü il, hesablanan illik faiz dərəcəsi 5%, həmin faizin hesablanması düsturu 347733,84 ABŞ dolları * 5%/360 gün * 1077 gün (xx.xx.2020-ci ildən 28 sentyabr 2023-cü ilə qədər 1077 gün) = 47312,70 ABŞ dolları, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayı bir günlük 5% =16,14 ABŞ dolları, ümumi gecikdirilmiş gün sayı 1077, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 47312,70 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş “X31 Azərbaycan” QSC ilə X17 22 fevral 2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə qüvvəyə minmiş yekun məhkəmə aktı ilə müəyyən olunmuş hallar nəzərə alınmaqla 15 avqust 2023-cü il tarixə hesablanmış 5% dərəcəsi ilə hesablanmış zərər məbləğinə dair arayışın surətində görünür ki, X17 22 fevral 2017-ci il tarixli 95614/04nömrəli kredit müqaviləsi üzrə təmin edilən əsas borcu 66341,98 manat, təmin edilmiş fazilər 10935,43 manat, təmin edilmiş ümumi borc 77277,41 manat, son ödəmə tarixi 21 sentyabr 2023-cü il, hesablanan illik faiz dərəcəsi 5%, həmin faizin hesablanması düsturu 66341,98 manat * 5%/360 gün * 315 gün (xx.xx.2021-ci ildən 15 avqust 2023-cü ilə qədər 728 gün) = 2902,46 manat, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayı bir günlük 5% =210,60 manat, mumi gecikdirilmiş gün sayı 315, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 2902,46 manat təşkil edir. İşə əlavə edilmiş “X31 Azərbaycan” QSC-nin Hüquq departamentinin 28 sentyabr 2023-cü il tarixli borcun ödənilməsinə dair pretenzya bildrişinin surətindən görünür ki, “X31 Azərbaycan” QSC (bundan sonra - Bank) ilə Sizin aranızda bağlanmış may 2015-ci il tarixli, 95614/01 nömrəli (bundan sonara - Kredit müqaviləsi) kredit müqaviləsi üzrə Sizə 36 ay (otuz altı ay) müddətinə, illik 12.50% (on iki faiz) olmaqla 391853.80 USD (üç yüz doxsan bir min səkkiz yüz əlli üç ABŞ dolları 80 sent), 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə Sizə 12 ay (on iki ay) müddətinə, illik 17% (on yeddi) faiz olmaqla 84000 AZN (səksən dörd min manat) məbləğində məbləğində pul verilmişdir. 95614/01 N-li Kredit müqaviləsinin təminatı olaraq bank ilə Sizin aranızda bağlanmış 14 may" 2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən Siz mülkiyyətinizdə olan 0.0202 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 546.8 kv.m. olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmisiniz ( xx.xx.2015-ci il tarixili, RX seriyalı ******* Ne-li Çıxarış):95614/01 N-li Kredit müqaviləsinin təminatı olaraq X11 ilə bağlanmış 14 may 2015-ci il tarixili İpoteka müqaviləsinə (sonrakı ipoteka müqaviləsi) əsasən X1 mülkiyyətinə olan, ümumi sahəsi 104.7 kv.m., yaşayış sahəsi 77,4kv.m., yardımcı sahəsi 27.3 kv.m olan ünvan 18 ünvanında yerləşən 5 otaqlı mənzili Bank xeyrinə ipoteka ilə yüklü eilmişdir.(xx.xx.2015-ci il tarixili, RX seriyalı ******* N-li Çıxarış), 95614/01 N-li Kredit müqaviləsinin təminatı olaraq X20 ilə sağlanmış 14 may 2015-ci il tarixli İpoteka müqaviləsinə (sonrakı ipoteka müqaviləsi) əsasən X12 mülkiyyətinə olan 0.04 ha torpaq sahəsində olan, ümumi sahəsi 13.7 kv.m., yaşayış sahəsi 57 kv.m., yardımcı sahəsi 76.7 kv.m olan Gəncə şəhəri, Kəpəz ayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.(xx.xx.2015-ci il tarixili, RX seriyalı X71697 No-li Çıxarış), 95614/01 No-li Kredit müqaviləsinin təminatı olaraq X20 ilə bağlanmış 14 may 2015-ci il tarixində İpoteka müqaviləsinə (sonrakı ipoteka müqaviləsi) əsasən X12 mülkiyyətinə olan 0.04 ha torpaq sahəsində olan, ümumi sahəsi 19.7 kv.m., yaşayış sahəsi 57 kv.m., yardımcı sahəsi 76.7 kv.m olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist" BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 Tərtəbəli bağ evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. (xx.xx.2017-ci il tarixili, RX seriyalı 099122 Ne-li Çıxarış): 95614/01 N-li Kredit müqaviləsinin təminatı olaraq Sizin ilə bağlanmış 14 may 2015-ci il tarixdə İpoteka müqaviləsinə əsasən Siz mülkiyyətinizdə olan 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 29.4 kv.m., yaşayış sahəsi 29.4 kv.m olan ünvan 13 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi Bank xeyrinə ipoteka ilə yüklü edilmişdir.(xx.xx.2015-ci il tarixili, RX seriyalı ******* No-li Çıxarış), 95614/01 N-li Kredit müqaviləsinin təminatı olaraq Sizinlə bağlanmış 14 may 2015-cı il tarixli İpoteka müqaviləsinə (sonrakı ipoteka müqaviləsi) əsasən Sizin mülkiyyətinizdə olan 0.04 ha torpaq sahəsində olan, ümumi sahəsi 29.4 kv.m., yaşayış sahəsi 29.4 kv.m olan ünvan 21 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.(xx.xx.2017-ci il tarixili, RX seriyalı ******* Ne-li Çıxarış ), 95614/01 N-li Kredit müqaviləsinin təminatı olaraq Sizinlə bağlanmış 14 may 2015-ci il tarixli sizinlə bağlanmış İpoteka müqaviləsinə (sonrakı ipoteka müqaviləsi) əsasən Sizin mülkiyyətinizdə olan, ümumi sahəsi 79.5 kv.m., yaşayış sahəsi 28 kv.m..yardımcı sahəsi 51.5 kvm olan ünvan 11 ünvanında yerləşən 2 otaqlı mənzil Bank xeyrinə ipoteka ilə yüklü edilmişdir.(xx.xx.2015-ci İl tarixili, RX seriyalı ******* №-li Çıxarış). 95614/01 N-li Kredit müqaviləsinin təminatı olaraq Sizinlə bağlanmış 24 fevral 2017-ci il tarixli , ipoteka müqaviləsinə (sonrakı ipoteka müqaviləsi) əsasən Sizin mülkiyyətınizdə olan, ümumi sahəsi 79.5 kv.m., yaşayış sahəsi 28 kv.m., yardımcı sahəsi 51.5 kv.m. olan ünvan 11 ünvanında yerləşən 2 otaqlı mənzil Bank xeyrinə ipoteka ilə yüklü edilmişdir. (xx.xx.2017ci il tarixili, RX seriyalı ******* N-li Çıxarış). Lakin öhdəliklər Sizin tərəfinizdən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank Məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1689/2018 saylı qətnaməsinə əsasən cəmi 14 may 2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə cəmi 386 315.52 ABŞ dolları, 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli 88 689.84 manat tutulması, tutmanın ipoteka premetlərinə yönəldilməsi qət olunmuşdur. Apellaysiya qaydasinda işə baxan Gəncə Apellyasiya məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(104)-218/2020 saylı qətnaməsi ilə 14 may 2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə cəmi 382 719.99 ABŞ dolları, 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə cəmi 77 277.41 manat qət etmişdir. AR MM-nin 445.7-ci maddəsinin tələblərinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə qətnaməsi bu günə kimi icra olunmadığından tam icra olunmadığından 14 may 2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə 4 790.36 (dörd min yeddi yüz döxsan manat 36 qəpik) ABŞ dolları, 22 fevral 2017-ci il tarixli, 95614/04 saylı kredit müqaviəsi üzrə 2 246 (iki min doqquz yüz iki manat 46 qəpik) manat məbləğində Bank maddi zərər dəymişdir. Odur ki, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar гaydада həll etmək məqsədi ilə Sizdən tələb olunur Banka dəymiş 14 may 2015-ci il tarixli, 5614/01 nömrəli kredit müqaviləsi üzrə 4 790.36 (dörd min yeddi yüz döxsan manat 36 qəpik) ABŞ dolları, 22 fevral 2017-ci il tarixli, 95614/04 saylı kredit müqaviəsi üzrə 2 902.46 (iki min doqquz yüz iki manat 46 qəpik) manat məbləğində maddi zərərin 5 (beş) iş günü müddəti ərzində ödənilməsini təmin edəsiniz. Əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə Banka dəymiş maddi zərərin ödənilməsi tələbi ilə qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacağı barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinin 27 noyabr 2023-cü il tarixli 232-78/23 saylı ipoteka predmetinin əldə edilməsi barəıdə təklif məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-218/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə Şəhər üzrə İcra İdarəsi tərəfindən verilmiş Ü.Ə-199692/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 20 А ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 07 noyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq müvafiq protokol tərtib edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinin tələblərinə uyğun olaraq hərracın baş tutmamasına dair məlumat kütləvi informasiya vasitəsi olan “Вirјаnyus” X2 (Portalında) (www.birjanews.az) dərc ediklikdən, eləcə də bu bərədə məlumat hərracın təşkilatçısının rəsmi internet saytında (e-herrac.com) yerləşdiriklikdən sonra ipoteka predmeti olan, yuxarıda göstərilən əmlak ilkin satış qiymətindən 15%, aşağı qiymətə olmaqla 24 noyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) tarixinə təkrar açıq hərraca çıxarılmış və bu barədə maraqlı şəxslərə bildiriş göndərilməklə, təkrar açıq hərrac barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Biryanyus” X7 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin məlumat hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) yerləşdirilmişdir. “İpoteka haqqında” Azarbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinin tələbinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliyinə görə ipoteka predmetini satış alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Sözügedən Qanunun 43.8-ci maddəsinin tələbinə görə İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Yuxanda göstərilənləri nəzərə alıb, “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinin tələblərini rəhbər tutub, ipoteka saxlayan olaraq, Sizə, təklif edilir, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-218/2020 saylı, xx.xx.2020-cı il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə Şəhər üzrə İcra İdarəsi tərəfindən verilmiş Ü.Ə-199692/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 20 A ünvanında yerləşən qeyri-yaşayış sahəsini təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 509.150 (beş yüz doqquz min yüz əlli) manat) 25 faiz az olmayan qiymətə əldə edəsiniz. Nəzərinizə çatdırılır ki, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 20 A ünvanında yerləşən qeyri-yaşayış sahəsini təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 509.150 (beş yüz doqquz min yüz əlli) manat) 2596 az olmayan qiyməti 381.862,5 (üç yüz səksən bir min səkkiz yüz altmış iki manat əlli qəpik) manat təşkil edir. Bu təklifi qəbul etdiyiniz təqdirdə müvafiq rəsmiləşdirmənin aparılması üçün səlahiyyətli nümayəndənizin "xxxx" MMC-nə gəlməsini təmin etməyinizi Sizdən xahiş edirik (Ünvan: Bakı şəhəri, Nəsimi ray., Fikrət Əmirov 11/1, Əlaqə tel.: (050) 210-66-47). Nəzərinizə çatdırılır ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 (otız) təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə, ipotekaya xitam verilir. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinin tələbinə görə verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş mənzilləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur. İşə əlavə edilmiş Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinin 13 noyabr 2023-cü il tarixli 232-78/23 təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Hərracın təşkilatçısı “X3”-nın nəzdində yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malumat üçün bildirir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-218/2020 saylı, xx.xx.2020ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə Şəhər üzrə İcra İdarəsi tərəfindən verilmiş Ü.Ə-199692/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, tələbkar “X31 Azərbaycan” QSC-nin xeyrinə İpoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 20 A vanında yerləşən qeyri-yaşayış sahəsinə dair 07 noyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq təkrar hərrac 24 noyabr 2023-cü il tarixinə təyin edilmişdir. Bununla əlaqədar olaraq aşağıda göstərilən tarixdə və ünvanda keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunursunuz. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Biryanyus” X8 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“Е-һеггас.соп”) yerləşdirilmişdir. Eyni zamanda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə hərrac təşkilatçısı tərəfindən 07.1 1.2023-cü il tarixə, saat 10:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birianyus” X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“Eherrac.com”) dərc olunmuşdur. Nəzərinizə çatdırılır ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.3-cü maddəsinin tələbinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Təkrar hərracın keçirilmə vaxtı 24 noyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) Hərracın keçirilmə yeri Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov küçəsi, 11/1. İşə əlavə edilmiş 04 oktybar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, “X31 Azərbaycan” QSC tərəfindən 340 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «X31 Azərbaycan” QSC ilə cavabdeh X23 14 may 2015-ci il tarixli 95614/04 nömrəli “Kredit müqaviləsi” bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 12,50 faiz olmaqla 391853,80 ABŞ dolları məbləğində kredit verilmişdir. 08 aprel 2016-cı il tarixdə Bank ilə cavabdeh arasında kredit müqaviləsi üzrə 1 saylı əlavə razılaşmaya əsasən müqavilənin faiz dərəcəsi 11,5 faiz müəyyən edilmişdir. 12 may 2017-ci il tarixdə Bank ilə cavabdeh arasında Kredit müqaviləsi üzrə 1 saylı əlavə razılaşmaya görə ödəniş sədvəlinə dəyişiklik edilmişdir. Bununla yanaşı, Bank ilə cavabdeh arasında 22 fevral 2017-ci il tarixli 95614/04 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehə 12 ay müddətinə illik 17 faiz olmaqla 84000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2016-ci il tarixdə İpoteka müqaviləsi bağlanmş və müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan 0.0202 ha torpaq sahəsində ümumi sahəsi 546.8 kvm, oları Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsi “X31 Azerbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə 14 may 2015-ci il tarixində Bankla cavabdah arasında 17 noyabr 2018-ci il tarixil 98614/01 N-li İpoteka müqaviləsinə 2 saylı əlavə razılaşmaya görə ilkin satış qiyməti 450 000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2018-ci il tarixdə bank ilə X4 arasında İpoteka müqaviləsi bağlarımış, müqaviləsinə əsəsən X9 mülkiyyətində olan, ümumi sahəsi 104.7 kv.m, yaşayış sahəsi 77.4 kvm, yardımcı sahəsi 27.3 kvm olan ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzili Bank qarşısında İpoteka İlə yüklü edilmişdir. 14 may 2015-ci il tarixdə Bank ilə cavabdeh arasında 17 noyabr 2015-ci İl tarixli 95614/01 nömrəli İpoteka müqaviləsinə 2 saylı əlavə razılaşmaya əsasən ipoteka predmetinin deyəri 06 noyabr 2015-ci il tarixli qiymətləndirilmə гəуinə əsasən 53500 manat məbləğində müəyyən edilmişdir. Kredt müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2018-ci İl tarixində bank ilə İboteka qoyan X6 arasında İpoteka müqaviləsi bağlarmışdır. Bağlanmış İpoteka müqavlləslinə əsasən X12 mülkiyyətində olan 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 133,7 kv.m, yaşayış sahəsi 57 kv.m, yardımçı sahəsi 76,7 kv.m olan Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi “Farforist” BYB məhəllə - 8, sahə 6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 14 may 2015-ci il tarixdə Bank ilə X20 arasında 17 noyabr 2015-ci il tarixli 95614/01 nömrəli İpoteka müqaviləsinə 1 saylı əlavə razılşamaya əsasən ipoteka qiyməti 42500 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icarsının təmin edilməsi məqsədilə 24 fevral 2017-ci il tarixdə bank ilə ipoteka qoyan X20 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsi əsasən X12 mülkiyyətinə 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 133,7 kv.m, yaşayış sahəsi 57 kv.m, yardımçı sahəsi 76,7 kv.m olan Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi “Farforist” BYB məhəllə - 8, sahə 6 ünvanılnda yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2015-ci il tarixdə bank ilə ipoteka qoyan cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyətinə 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 29,4 kv.m, yaşayış sahəsi 29,4 kv.m olan ünvan 4 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 14 may 2015-ci il tarixdə Bank ilə cavbabdeh arasında 17 noyabr 2015-ci il tarixli 95614/012 nöm rəli İpoteka müqaviləsinə 1 saylı əlavə razılaşmaya əsasən ipoteka qiyməti 20500 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2015-ci il tarixdə bank ilə ipoteka qoyan cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyətinə 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 29,4 kv.m, yaşayış sahəsi 29,4 kv.m olan ünvan 5 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 14 may 2015-ci il tarixdə bank ilə ipoteka qoyan cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyətinə olan ümumi sahəsi 79,5 kv.m, yaşayış sahəsi 28 kv.m, yardımçı sahəsi 51,5 kv.m olan ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 14 may 2015-ci il tarixdə Bank ilə cavbabdeh arasında 17 noyabr 2015-ci il tarixli 95614/012 nömrəli İpoteka müqaviləsinə 1 saylı əlavə razılaşmaya əsasən ipoteka qiyməti 40000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 24 fevral 2017-ci il tarixdə bank ilə ipoteka qoyan cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyətinə olan ümumi sahəsi 79,5 kv.m, yaşayış sahəsi 28 kv.m, yardımçı sahəsi 51,5 kv.m olan ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank müqavilələr üzrə öz öhdəliklərini tam icra etsə də, cavabdeh müqavilələrin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütamadi olaraq gecikdirmişdir. Ӧһdəliklər tam, vaxtında və lazımı qaydada icra edilmədiyiydən Banka külli miqdarda maddi zərər dəymişdir. Bank Məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(043)-1689/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X13 14 may 2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə 350985,33 ABŞ dollar əsas kredit borcu, 34830.19 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 386315.52 (üç yüz səksən altı min üç yüz on beş dollar, 52 sent) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə 77254.41 manat əsas kredit borcu, 10935.43 manat əsas məbləğə hesablanmış faiz borcu, 500 manat cərimə məbləği olmaqla, cəmi 88689.84 (səksən səkkiz min altı yüz səksən doqquz manat, 84) manat və məhkəmə xərci qismində 30 (otuz) manat dövlərt rüsumu və 240 (iki yüz qırx) manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə görə çəkilmiş xərc tutularaq, “X31” QSC-yə ödənilməsi, tutma, öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdeh X17 mülkiyyətində olan 0.0202 ha torpaq sahəsində, ümumi sahəsi 546.8 kv.m Gəncə şəhəri, Nizami rayonu Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən mərtəbəli qeyri-yaşayış sahəsinə, X1 mülkiyyətinə olan, ümumi sahəsi 104.7 kv.m., yaşayış sahəsi 77.4 kv.m., yardımçı sahəsi 27.3 kv.m olan ünvan 8 ünvanında yerləşən 5 otaqlı mənzilinə, X12 mülkiyyətinə 0.04 ha torpaq sahəsində olan, ümumi sahəsi 133.7 kv.m., yaşayış sahəsi 57 kv.m., yardımçı sahəsi 76.7 . kv.m olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinə, X17 mülkiyyətinə 0.04 ha torpaq sahəsində olan, ümumi sahəsi 29.4 kv.m., yaşayış sahəsi 29.4 kv.m olan ünvan 10 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə, X17 mülkiyyətinə, ümumi sahəsi 79.5 kv.m., yaşayış sahəsi 28 kv.m.. yardıçmı 515 kv.m. olan ünvan 11 ünvanında yerləşən 2 otaqlı mənzilinə yönəldilməsi, həmin əmlaklar açıq hərracda satılmaqla tələb təmin edilməsi, İpoteka predmetlərinin ilkin satış qiyməti X19 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən əmlak 450000 (dörd yüz əlli min) manat, ünvan 13 ünvanında yerləşən əmlak 20500 (iyitmi min beş yüz) manat, ünvan 11 ünvanında т 0 əmlak 40000 (qırx min) manat, X5 məxsus olan ünvan 8 ünvanında yerləşən əmlak 53500 manat (əlli üç min beş yüz) və X14 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən əmlak 42500 (qırx iki min beş yüz) manat məbləğində müəyyən edilməsi, İpoteka predmetləri olan qeyri-yaşayış sahəsi və yaşayış sahələri açıq hərracda satıldıqda, müvafiq olaraq mülkiyətçi cavabdehlərin həmin mənzillərə istifadə hüququ itirilmiş hesab edilməklə, ən geci bir ay ərzində mənzillər və qeyri-yaşayış sahəsinin boşaldılması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan X24 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli 2(104)-218/2020 saylı qətnaməsi ilə cavabdeh X18 apellyasiya şikayətinin qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(043)-1689/2018 nömrəli qətnaməsi qismən, 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə 500 manat dəbbə pulunun cavabdeh X15 tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin həmin hissədə təmin edilməməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(043)-1689/2018 nömrəli qətnaməsi cavabdeh X13 xx.xx.2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 350.985,83 ABŞ dolları əsas borcun və 34.830,19 ABŞ dolları faiz borcunun, həmçinin xx.xx.2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə 77254.41 manat əsas borcun və 10935.43 manat faiz borcunun tutulub “X31 Azərbaycan” QSC-yə verilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinin ilkin satıq qiymətinin 42.500 manat, ünvan 8 ünvanında yerləşən 5 otaqlı mənzilin ilkin satış qiymətinin 53500 manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 450000 manat və ünvan 14 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, cavabdeh X13 xx.xx.2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 347.733,84 (üç yüz qırx yeddi min yeddi yüz otuz üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları əsas, 34.486,15 (otuz dörd min dörd yüz səksən altı ABŞ dolları on beş sent) ABŞ dolları faiz və 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla cəmi 382719.99 (üç yüz səksən iki min yeddi yüz on doqquz ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları kredit borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və xx.xx.2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə yaranmış 66.341,98 manat əsas kredit borcu tutulub “X31” QSC-yə verilməsi, İpoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinin ilkin satıq qiyməti likvidid qiymətinə uyğun 38000 (otuz səkkiz min) manat, ünvan 15 ünvanında yerləşən 5 otaqlı mənzilin ilkin satış qiyməti likvidid qiymətinə uyğun 47500 (qırx yeddi min beş yüz) manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi 20A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti likvidid qiymətinə uyğun 599000 (beş yüz doxsan doqquz min) manat və ünvan 17 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiyməti likvidid qiymətinə uyğun 67000 (altmış yeddi min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, 300 (üç yüz) manat ekspertiza xərcinin 150 (bir yüz əlli) manatı “X31” QSC-dən, 150 (bir yüz əlli) manatı isə X13 tutulub X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli 2(102)-3997/2021 saylı qərarı ilə iddiaçı “X31” Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh X23 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. xx.xx.2018-ci ildən 28 sentyabr 2023-cü ilə qədər Bank qaşısında icra edilməmiş pul öhdəliyi üzrə һesablanmış gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla, Kredit müqaviləsi – 1 üzrə 47312,70 ABŞ dolları, Kredit müqaviləsi – 2 üzrə 2902,46 manat hesablanmışdır. İddiaçı 28 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faizlərin cavabdeh X13 14 may 2015-ci il tarixli 95614/04 nömrəli Kredit müqaviləsi üzrə 47312,70 ABŞ dollarının 22 fevral 20147-ci il tarixli 95614/04 nömrəli Kredit müqaviləsi üzrə 290243 manatın və 340 manat dövlət rüsumunun tutularaq «X31 Azərbaycan” QSC-yə ödənilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə ilk növbədə iddiaçının borclunun icranı gecikdirməsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, “Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(043)-1689/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X13 14 may 2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə 350985,33 ABŞ dollar əsas kredit borcu, 34830.19 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 386315.52 (üç yüz səksən altı min üç yüz on beş dollar, 52 sent) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə 77254.41 manat əsas kredit borcu, 10935.43 manat əsas məbləğə hesablanmış faiz borcu, 500 manat cərimə məbləği olmaqla, cəmi 88689.84 (səksən səkkiz min altı yüz səksən doqquz manat, 84) manat və məhkəmə xərci qismində 30 (otuz) manat dövlərt rüsumu və 240 (iki yüz qırx) manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə görə çəkilmiş xərc tutularaq, “X31” QSC-yə ödənilməsi, tutma, öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdeh X17 mülkiyyətində olan 0.0202 ha torpaq sahəsində, ümumi sahəsi 546.8 kv.m Gəncə şəhəri, Nizami rayonu Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən mərtəbəli qeyri-yaşayış sahəsinə, X1 mülkiyyətinə olan, ümumi sahəsi 104.7 kv.m., yaşayış sahəsi 77.4 kv.m., yardımçı sahəsi 27.3 kv.m olan ünvan 8 ünvanında yerləşən 5 otaqlı mənzilinə, X12 mülkiyyətinə 0.04 ha torpaq sahəsində olan, ümumi sahəsi 133.7 kv.m., yaşayış sahəsi 57 kv.m., yardımçı sahəsi 76.7 . kv.m olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinə, X17 mülkiyyətinə 0.04 ha torpaq sahəsində olan, ümumi sahəsi 29.4 kv.m., yaşayış sahəsi 29.4 kv.m olan ünvan 10 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə, X17 mülkiyyətinə, ümumi sahəsi 79.5 kv.m., yaşayış sahəsi 28 kv.m.. yardıçmı 515 kv.m. olan ünvan 11 ünvanında yerləşən 2 otaqlı mənzilinə yönəldilməsi, həmin əmlaklar açıq hərracda satılmaqla tələb təmin edilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti X19 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən əmlak 450000 (dörd yüz əlli min) manat, ünvan 13 ünvanında yerləşən əmlak 20500 (iyitmi min beş yüz) manat, ünvan 11 ünvanında т 0 əmlak 40000 (qırx min) manat, X5 məxsus olan ünvan 8 ünvanında yerləşən əmlak 53500 manat (əlli üç min beş yüz) və X14 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən əmlak 42500 (qırx iki min beş yüz) manat məbləğində müəyyən edilməsi, İpoteka predmetləri olan qeyri-yaşayış sahəsi və yaşayış sahələri açıq hərracda satıldıqda, müvafiq olaraq mülkiyətçi cavabdehlərin həmin mənzillərə istifadə hüququ itirilmiş hesab edilməklə, ən geci bir ay ərzində mənzillər və qeyri-yaşayış sahəsinin boşaldılması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan X24 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli 2(104)-218/2020 saylı qətnaməsi ilə cavabdeh X18 apellyasiya şikayətinin qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(043)- 1689/2018 nömrəli qətnaməsi qismən, 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə 500 manat dəbbə pulunun cavabdeh X15 tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin həmin hissədə təmin edilməməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(043)-1689/2018 nömrəli qətnaməsi cavabdeh X13 xx.xx.2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 350.985,83 ABŞ dolları əsas borcun və 34.830,19 ABŞ dolları faiz borcunun, həmçinin xx.xx.2017ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə 77254.41 manat əsas borcun və 10935.43 manat faiz borcunun tutulub “X31 Azərbaycan” QSC-yə verilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinin ilkin satıq qiymətinin 42.500 manat, ünvan 8 ünvanında yerləşən 5 otaqlı mənzilin ilkin satış qiymətinin 53500 manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 450000 manat və ünvan 14 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, cavabdeh X13 xx.xx.2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 347.733,84 (üç yüz qırx yeddi min yeddi yüz otuz üç ABŞ dolları səksən dörd sent) ABŞ dolları əsas, 34.486,15 (otuz dörd min dörd yüz səksən altı ABŞ dolları on beş sent) ABŞ dolları faiz və 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla cəmi 382719.99 (üç yüz səksən iki min yeddi yüz on doqquz ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları kredit borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və xx.xx.2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə yaranmış 66.341,98 manat əsas kredit borcu tutulub “X31” QSC-yə verilməsi, İpoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Farforist” BYB məhəllə-8, sahə-6 ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinin ilkin satıq qiyməti likvidid qiymətinə uyğun 38000 (otuz səkkiz min) manat, ünvan 15 ünvanında yerləşən 5 otaqlı mənzilin ilkin satış qiyməti likvidid qiymətinə uyğun 47500 (qırx yeddi min beş yüz) manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi 20A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti likvidid qiymətinə uyğun 599000 (beş yüz doxsan doqquz min) manat və ünvan 17 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiyməti likvidid qiymətinə uyğun 67000 (altmış yeddi min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, 300 (üç yüz) manat ekspertiza xərcinin 150 (bir yüz əlli) manatı “X31” QSC-dən, 150 (bir yüz əlli) manatı isə X13 tutulub X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli 2(102)-3997/2021 saylı qərarı ilə iddiaçı “X31” Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh X23 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-218/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə Şəhər üzrə İcra İdarəsi tərəfindən verilmiş Ü.Ə-199692/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 20 А ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 07 noyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq müvafiq protokol tərtib edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinin tələblərinə uyğun olaraq hərracın baş tutmamasına dair məlumat kütləvi informasiya vasitəsi olan “Вirјаnyus” X2 (Portalında) (www.birjanews.az) dərc ediklikdən, eləcə də bu bərədə məlumat hərracın təşkilatçısının rəsmi internet saytında (e-herrac.com) yerləşdiriklikdən sonra ipoteka predmeti olan, yuxarıda göstərilən əmlak ilkin satış qiymətindən 15%, aşağı qiymətə olmaqla 24 noyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) tarixinə təkrar açıq hərraca çıxarılmış və bu barədə maraqlı şəxslərə bildiriş göndərilməklə, təkrar açıq hərrac barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Biryanyus” X7 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin məlumat hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) yerləşdirilmişdir. İddiaçı məhz müqavilə müddətindən sonrakı dövr üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edərək faizlərin tutulmasının pul öhdəliyinin icrasının gecikdirilməsi üçün sanksiya kimi qeyd etmiş və gecikdirilən dövr üçün faizlərin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin pul öhdəliyinin icrasının gecikdirilməsi üçün ilk növbədə cavabdehlərin həmin hal üçün təqsirlilik dərəcəsi müəyyən edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Yenə həmin Qərarda qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Hazırkı iş üzrə tərəflər raasında yaranmış münasibət kredit münasibətləridir və kredit münasibətlri ipoteka ilə təmin edilmişdir. Belə ki, tərəflərin arasında bağlanmış müqavilə şərtlərinə əsasən iddiaçı verdiyi kreditin təminatı olaraq ipoteka müqaviləsi bağlamışdır. İpoteka haqqında qanunun 4.2-ci maddəsinə əsasən, bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin, yəni əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi, ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Göründüyü kimi, ipoteka ilə təmin edilmiş kredit müqaviləsində, həm kreditor, həm də, borclu verilən kreditin həcmi və təmin edilən kreditin həcmi barədə razılığa gəlirlər və hər biri bununla razılaşırlar. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə qərarı çıxarıldıqdan sonra cavabdeh tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsinə hər hansı maneə törədilməmiş və yuxarıda qeyd edilən Konstitusiya məhkəməsinin qərarları baxımından qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsinə hər hansı maneə törətməmişlər. Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehdən asılı olmayan haldan irəli gəlmiş hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia, əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı “X31 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X19 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar