Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-660/2024 03.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(030-283/2019 saylı qətnaməsi ilə təyin edilmiş 150 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 08 oktyabr 2009-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 235 manat sabit pul məbləğində aliment və Gəncə 2 saylı Mediasiya təşkilatına ödənilmiş 55 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh 03 noyabr 2006-cı ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 04 oktyabr 2007-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 126 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikalarından 08 oktyabr 2009-cu ildə Nəzrin adlı bir uşaqları anadan olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(030-283/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşağın saxlanılması üçün 150 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh alimentdən başqa uşağın saxlanılması üçün heç bir köməklik göstərmir. Uşaq böyüdükcə onun maddi tələbatları da artır. Günün tələblərinə uyğun olaraq qeyd olunan məbləglə iddiaçı uşağın maddi tələbatını ödəməkdə çətinlik çəkir. İddiaçının maddi vəziyyəti çox ağırdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(030- 283/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşağın saxlanılması üçün 150 manat məbləğində aliment təyin edilmişdir. Başqa qadınla ailə qurmuşdur. Gəncə şəhərində işləyir və aylıq 350 manat məbləğində əmək haqqı alır. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 oktyabr 2009-cu ildə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 noyabr 2009-cu il tarixdə 299 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(030- 283/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X3 ilə Cavabdeh arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 04 oktyabr 2007-ci il tarixdə 126 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən İddiaçı nikahdan əvvəlki “Abdıyeva” soyadını bərpa etmək hüququnun olmasının izah edilməsi, tərəflərin birgə nikahından 08 oktyabr 2009-cu ildə anadan olmuş X4 İddiaçı yanında saxlanılması, 08 oktyabr 2009-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 28 noyabr 2019-cu il tarixdən başlanaraq hesablanmaqla hər ay Cavabdeh 150 (bir yüz əlli) manat məbələğində aliment tutulub X2 ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi, Daşkəsən Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qərardadının icrasına 28 noyabr 2019-cu il tarixdən xitam verilməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 2 saylı mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə 27 sentyabr 2024-cü il tarixli MŞG/MT033/2024-00578 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 27 sentyabr 2024-cü il tarixdə saat 12:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər qarşılıqlı razılığa gəlməmişlər. İddiaçı tərəfindən Cavabdeh 13 sentyabr 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikalarından 08 oktyabr 2009-cu ildə X6 doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(030-283/2019 saylı qətnaməsi ilə X3 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 08 oktyabr 2009-cu ildə anadan olmuş X6 anası X1 yanında saxlanılmış, 08 oktyabr 2009-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 28 noyabr 2019-cu il tarixdən başlanaraq hesablanmaqla hər ay Cavabdeh 150 manat məbələğində alimentin tutulub X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının onun yanında qalan uşağın saxlanılması üçün 150 manat alimentin təyin ollunduğu vaxtdan sonrakı 5 il ərzində uşağın böyüməsi, onun tələbatlarının artması, o cümlədən ilkin aliment müəyyən olunduğu 2019cu ildən sonrakı 5 illik dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağın saxlanması üçün təyin edilmiş alimentin artırılaraq 235 manat məbləğində təyin olunmasını tələb edir. Lakin, iddiaçı məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşaqların təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Şərh olunanları, habelə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(030-283/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmalı, 08 oktyabr 2009-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin mediasiya məbləğinin ödənilməsinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh 27 sentyabr 2024-cü il tarixdə saat 12:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, tərəflər qarşılıqlı razılığa gəlməmişlər. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 2160 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(030-283/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. 08 oktyabr 2009-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X7 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-660/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-660/2024
03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver