Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-667/2023 28.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 may 2020-ci tarixli alqı-satqı müqaviləsinə əsasən 1180 manat borc və ödənilmiş 32 manat dövlət rüsumu olmaqla, cəmi 1212 manat məbləğin alınıb İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı2 ilə Cavabdeh arasında imzalanmış 19 may 2020-ci tarixli alqı-satqı müqaviləsinə əsasən borclu “KZS Electronics” mağazasından 1 ədəd “Samsung” markalı televizor dəyəri 1380 manat, olan məbləği 12 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 200 manat məbləğində ödəniş etmişdir. Qalan 1180 manat məbləğə dair heç bir ödəniş etməmişdir. İddiaçı cavabdehdən borcunu ödəməyi tələb etsədə cavabdeh müxtəlif bəhanlər ilə onu yubadmışdır. Cavabdehdən müqavilə üzrə qalıq borc olan 1180 manat məbləğin alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İşə əlavə edilmiş 19 may 2020-ci tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 (“KZS Electronics” mağazası) ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı (“KZS Electronics” mağazası) Cavabdeh ümumi dəyəri 1380 manat olan “Samsung” markalı televizor 12 ay müddətinə aylıq 107 manat ödəmək şərtilə satmışdır. Cavabdeh müqavilə üzrə 200 manat məbləğində ödəniş etmişdir. İşə əlavə edilmiş 14 sentyabr 2023-cü pretenziya məktubundan görünür ki, Cavabdeh məktubu aldığı vaxtdan 5 gün ərzində “KZS Electronics” mağazasına olan 1180 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş 11 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı2 ilə Cavabdeh arasında 19 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı televizoru 1380 manata satın almışdır. Cavabdeh 200 manat ödəniş edilməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 19 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 1180 manat pul vəsaiti alınaraq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 32 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 1180 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-667/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-667/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver