Məhkəmə qərarları › İş №e-2(030)-670/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-670/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-670/2023 29.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən 07 iyul 2022-ci il tarixli 2022/00794-ENG saylı kredit müqaviləsi üzrə 3291.66 manat əsas borcu, 260.85 manat faiz, 775 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 4327.51 manat kredit borcu və ödənilmiş 65.40 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli 2022/00794-ENG nömrəli istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən 24 ay müddətinə illik 30% hesablamaq şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında eyni tarixli, 2022/00794-ENG-Z1/1 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. İddiaçı BOKT ASC cavabdehlərə borcun ödənilməsinə dair şifahi və yazılı məlumat verilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər ödənilməmişdir. Она эюря дя, məhkəmədən tələbin təmin olunması барядя qətnamə çıxarılması xahиş edilмишдир. İşə əlavə edilmiş 07 iyul 2022-ci il tarixli 2022/00794-ENG saylı Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyul 2022ci il tarixli 2022/00794-ENG saylı şəxsi istehlak mqəsədi üçün illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 07 iyul 2022-ci il tarixli 2022/00794-ENG-Z1/1 saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT ASC qarşısında Cavabdeh1 07 iyul 2022-ci il tarixli 2022/00794-ENG saylı kredit müqaviləsi əsasən illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğinə görə üzərinə götürüdüyü öhdəliklərin yerinə yetirmədyi halda digər Cavabdeh2 dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşə əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 07 iyul 2022-ci il tarixli 2022/00794-ENG saylı kredit müqaviləsi üzrə sonuncu ödənişi 11 avqust 2023cü tarixdə 200 manat məbləğində etmişdir. İşə əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli Borc haqqında arayışdan görünür ki, Cavabdeh1 07 iyul 2022-ci il tarixli 2022/00794-ENG saylı kredit müqaviləsi üzrə 3291.66 manat əsas borcu, 260.85 manat faiz, 775 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 4327.51 manat kredit borcu vardır. İşə əlavə edilmiş 12 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, İddiaçı BOKT ASC tərəfindən 65 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2022/00794-ENG saylı kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədi üçün illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 2022/00794-ENG-Z/Z1 saylı “Zaminlik müqaviləsi” ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Hazırda cavabdehlərin İddiaçı BOKT ASC-ə 4327.51 manat məbləğində kredit borcu yaranmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 07 iyul 2022-ci il tarixli 2022/00794-ENG saylı kredit müqaviləsi üzrə hesablanmış 775 manat məbləğində dəbbə borcu azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 2022/00794-ENG saylı kredit müqaviləsi üzrə üzrə müqaviləyə əsasən cəmi 3553.51 manat məbləğin tutulub İddiaçı BOKT ASC-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun 53 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07 iyul 2022-ci il tarixli 2022/00794-ENG saylı kredit müqaviləsi üzrə 3553.51 manat və ödənilmiş 53.40 manat dövlət rüsumu tutulub İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar