Məhkəmə qərarları › İş №e-2(030)-678/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-678/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-678/2023 22.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən 23 avqust 2019-cu il tarixli GMN-266-KMP saylı kredit müqaviləsi üzrə 458.96 manat əsas borcu, 1.66 manat faiz borcu olmaqla, cəmi 460.62 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, cavabdehlər iddia ərizəsinin surətini və bildirişi 30 oktyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli GMN-266-KMP saylı kredit müqaviləsinə əsasən 1% dərəcəsi olmaqla 60 ay müddətinə 1359.52 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 23 avqust 2019-cu tarixdə İddiaçı ASC-nin Gəncə filialı ilə digər Cavabdeh1 arasında “Zaminlik müqaviləsi” bağlanmışdır. Həmin müqavilə üzrə zamin 23 avqust 2019-cu il tarixli GMN-266-KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu birlikdə məsuliyyət daşıyır. 23 avqust 2019-cu il tarixli GMN-266-KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. İşə əlavə edilmiş 23 avqust 2019-cu il tarixli GMN-266-KMP saylı Kredit müqaviləsinin surətindən görünür ki, bu kredit müqaviləsinə əsasən bank müştəriyə xx.xx.2014 tarixli, GMN-266 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturiziya edilməsi məqsədilə kredit verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür. İşə əlavə edilmiş 23 avqust 2019-cu il tarixli GMN-266-KMP saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli GMN-266-KMP saylı Kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə göütürür. İşə əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli RB-02/PK4050 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh2 23 avqust 2019-cu il tarixli GMN-266-KMP saylı kredit müqaviləsi üzrə 458.96 manat əsas, 1.66 manat faiz borcu olmaqla, cəmi 460.62 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 17 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ASCnin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli GMN- 266-KMP saylı kredit müqaviləsinə əsasən 1% dərəcəsi olmaqla 60 ay müddətinə 1359.52 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 29 iyun 2021-ci tarixdə İddiaçı ASC-nin Gəncə filialı ilə digər Cavabdeh1 arasında “Zaminlik müqaviləsi” bağlanmışdır. Hazırda cavabdehlərin Banka 460.62 manat məbləğində kredit borcu yaranmışdır. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli GMN-266-KMP saylı kredit müqaviləsi üzrə üzrə müqaviləyə əsasən 458.96 manat əsas, 1.66 manat faiz borcu olmaqla, cəmi 460.62 manat məbləğin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 235, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 23 avqust 2019-cu il tarixli GMN-266- KMP saylı kartmane xidməti üzrə müqaviləsi üzrə 458.96 manat əsas, 1.66 manat faiz borcu olmaqla, cəmi 460.62 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar