Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-68/2025 21.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4N5N manat borc və ödənilmiş 62 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2N2N-ci ilin may ayında İddiaçı müraciət edərək ondan borc pul istəmiş, iddiaçı da 26 may 2N2N-ci ildə 1NNN manat, 28 may 2N2N-ci ildə 15NN manat, 3N may 2N2N-ci ildə 5NN manat, N8 iyun 2N2N-ci ildə 25N manat, N9 iyun 2N2N-ci ildə 15N manat, 2N iyun 2N2N-ci ildə 3NN manat, 24 iyun 2N2N-ci ildə 3NN manat, N9 iyul 2N2N-ci ildə 5N manat, daha sonra 2 dəfəyə 6NN manat, olmaqla cəmi 465N manat məbləğində pul vəsaitini cavabdehin kart hesabına göndərmişdir. Cavabdeh aldığı borc məbləğindən iddiaçıya cəmi 6NN manat məbləğində pul vəsaiti geri qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya 4N5N manat məbləğində borcu qalmışdır. Cavabdeh hərbiçi olduğu üçün iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şikayət etmiş, araşdırma nəticəsində cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmiş və hər ay 2NN manat ödəcəyinə dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh 2N21-ci ilin noyabr ayında iddiaçıya cəmi 5N manat məbləğində pul vəsaiti geri qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin köməkçisi mayor Pərviz Qafarovun hərbi hissə komandirinə təqdim etdiyi xidməti araşdırmasının nəticəsi barədə məlumatda göstərilir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş leytenant Cavabdeh N nömrəli hərbi hissədə xidmət edərkən şəxsi vəsiqəsini (hərbi) girov qoyaraq İddiaçı təxminən 2N2N-ci ilin noyabr ayında müxtəlif vaxtlarda hər ay 1N faiz qaytarmaq şərti ilə 4NNN manat məbləğində borc pul götürmüşdür. Cavabdeh həmin borcu tam qaytarmadığından İddiaçı onun vəsiqəsini özündə saxlaması faktı üzrə toplanılmış araşdırma materialı baxılması üçün N nömrəli hərbi hissənin komandirinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini ədliyyə polkovniki Elçin Əliyevin N nömrəli hərbi hissə komandirinə göndərdiyi N5 oktyabr 2N24-cü il tarixli yazılı məlumatda qeyd olunur ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş leytenant Cavabdeh N nömrəli hərbi hissədə xidmət edərkən şəxsi vəsiqəsini (hərbi) girov qoyaraq İddiaçı borca (faizə) pul götürmüş, pulu tam qaytarmadığı üçün ərizəçi vəsiqəni özündə saxlamışdır. Göstərilənlərə əsasən Cavabdeh barəsində tədbir görülməsi N nömrəli hərbi hissənin komandirindən xahiş olunmuşdur. İşə əlavə edilmiş Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə verdiyi N noyabr 2N24-cü il tarixli izahatın surətindən görünür ki, X1 2N2N-ci ilin aprel-may ayları ərzində 1N faizlə qaytarmaq müqabilində cəmi 4NNN manat məbləğində pul vəsaiti götürmüşdür. Pulu aldıqdan sonra 5 dəfəyə hər dəfə 5NN manat olmaqla pulun üstündə faiz qaytarmışdır. Hal-hazıradək 4NNN manat məbləğdən 25NN manat ödəniş etmişdir. İddiaçı Cavabdeh 4N5N manat məbləğində pul tələb etsə də, həmin məbləğdə borcunun olmasını təsdiq edən sənədlər kimi onun şikayəti əsasında cavabdehin barəsində səlahiyyətli vəzifəli şəxlər tərəfindən aparılmış müvafiq araşdırmaların nəticəsini əks etdirən sənədləri təqdim etmişdir. Belə ki, iş üzrə cavabdeh hərbi qulluqçu olduğundan iddiaçının şikayəti əsasında səlahiyyətli vəzifəli şəxlər tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Aparılmış araşdırmaların nəticəsini əks etdirən sənədlərdə cavabdehin iddiaçıdan borc olaraq 4NNN manat pul alması və həmin borcu tam olaraq qaytarmaması təsdiqini tapmışdır. Borcun tam olaraq qaytarılmaması dedikdə, borcun bir hissəsinin qaytarılmış olması başa düşülür. Cavabdeh N nömrəli hərbi hissə komandirinə verdiyi N noyabr 2N24-cü il tarixli izahatında İddiaçı 2N2N-ci ilin aprel-may aylarında hissə-hissə olmaqla, cəmi 4NNN manat məbləğində faizə pul aldığını və həmin məbləğdən hər dəfə 5NN manat olmaqla, cəmi 25NN manat məbləği geri qaytardığını etiraf etmişdir. Cavabdehin iddiaçıya ödənilməmiş borcunun 4N5N manat məbləğində olması sübutlarla təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 15NN manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 74N-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edlmiş 21 noyabr 2N24-cü il tarixli **********47 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 6N manat məbləğində dövlət rüsumunun 35 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, qalan hissə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22N, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15NN (min beş yüz) manat borc və ödənilmiş 35 (otuz beş manat) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-68/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-68/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver