Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-695/2025 15.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 1002.36 manat əsas borc və mediasiya xərci üçün ödənilmiş 60 manat pul vəsaitinin tutulub İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 03 noyabr 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 332V-d saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli 25-x saylı əmrlə işdən azad edilmişdir. Onun OBA Gəncə 68 mağazasında işləyən zaman aparılmış xx.xx.2024-cü il tarixli “İnventarizasiya nəticələri”nə dair Akta əsasən 2058.90 manat məbləğində ziyan vurması aşkar edilmişdir. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştiraki ilə keçirilmiş və iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin borcu ümumi olaraq 1002.36 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün xx.xx.2025-ci il tarixində Mediasiya təşkilatına ərizə ilə müraciət edilmişdir.Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; Cavabdeh İddiaçı MMC-nin İdarə Heyətinin sədri X1 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh Satış-Departamentinə Satıcı-kassir vəzifəsinıə işə qəbul olunmasını xahiş etmişdir. 09 fevral 2023-cü il tarixli əmək müqaviləsinin və xx.xx.2023-cü il tarixli 007 saylı əmrdən (işə qəbul etmə haqqında) çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixdən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. 31 oktyabr 2023-cü il tarixli 332 saylı əmrdən (vəzifə dəyişikliyi haqqında) çıxarışın və 31 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə əlavənin surətlərindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə 31 oktyabr 2023-cü il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. 07 noyabr 2024-cü il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Gəncə 68 filialında aparılmış inventarizasiya nəticəsində 2058.90 manat kənarlaşma müəyyən edilmiş, bu yekun aktda adları qeyd olunan bütün material qiymətliləri maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edilmişdir. 07 noyabr 2024-cü il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Gəncə 68 filialında aparılmış inventarizasiya nəticəsində 2058.90 manat kənarlaşma müəyyən edilmişdir. Lakin maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamamışdır. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 1498 saylı ərmin surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixində adminstrator vəzifəsində çalışmış Cavabdeh aid aşkarlanan yekun nəticələrdən “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh tələb olunsun. “Təbii itki norması” satış dövriyyəsinin 0,49% faizi müəyyən edilmişdir. 11 dekabr 2024-cü il tarixli DN8995 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və 1002.36 manat əskik gəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, İddiaçı MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. 10 aprel 2025-ci il tarixli DN358 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də çalışdığı Oba-Gəncə 68 mağazasında xx.xx.2024-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamanız mütləq olduğu və Daxili Nəzarət Departamentinə yaxınlaşması barədə məlumat verilmişdir. "xxxx" MMC-nin İnventarizasiya komissiyasının iltizamnaməsidən görünür ki, Cavabdeh Oba-Gəncə 68 (17-32) filialında keçirilən sayımda tam olaraq iştirak etdiyini, sayımın qaydalara uyğun keçirildiyini və sayımla bağlı narazılığı olmadığını bildirmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-də çalışan Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 22 may 2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixdə 2058.90 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1002.36 manat borcu qalmışdır. Beləliklə Cavabdeh 22 may 2025-ci il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 1002.36 manat təşkil edir. İşə əlavə edilmiş Şəmkir 1 saylı Mediasiya Təşkilatının 17 oktyabr 2025-ci il tarixli MŞŞƏM/1/MT052/2025-00316 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə “işçinin administrator olduğu mağazada aparılmış inventarizasiya nəticəsində aşkar edilmiş çatışmazlığa görə işçinin işəgötürənə vurduğu maddi ziyanın əvəzi olaraq 1002.36 manat pul vəsaitinin tutuılması” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 17 oktyabr 2025-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh 05 oktyabr 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X6 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202-ci maddəsini 2-ci hissəsinə əsasən, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 203-cü maddəsini 1-ci hissəsinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 205-ci maddəsini 2-ci hissəsinə əsasən, əgər ziyan işçi tərəfindən X6 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş üzrə sübutlarla müəyyən edilir ki, 09 fevral 2023-cü il tarixli əmək müqaviləsinə həmçinin eyni tarixli X6 haqqında müqaviləyə əsasən cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Lakin, 07 noyabr 2024-cü il tarixlərdə aparılmış inventarizasiya nəticəsində 2058.90 manat çatışmazlıq müəyyən edilmişdir. İnventarizasiya zamanı aşkar edilmiş zərər 2058.90 manat təşkil etməsinə baxmayaraq, iddiaçı MMC tərəfindən güzəşt olunmaqla, cavabdehin ümumi borcu 1002.36 manat müəyyən edilmişdir. Qeyd edilən məbləğin qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilsə də, ödəniş olunmamış və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1002.36 manat məbləğində maddi ziyanın və çəkilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1002.36 manat məbləğində maddi ziyan və ödənilmiş 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Kənan Vəliyev