Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-707/2025 15.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 sentyabr 2023-cü il tarixli 2445 nömrəli kredit müqaviləsi üzrə 1255 manat əsas, 128 manat faiz borcu və 3615 manat dəbbə pulu olmaqla, cəmi 4998 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06 sentyabr 2023-cü il tarixli 2445 nömrəli borc müqaviləsi bağlanmışdır. Müqavilə ilə müəyyən edilmiş şərtlərlə cavabdehə 1600 manat məbləğində illik 87% olmaqla təminatlı ssuda borcu verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımınca yerinə yetirməmişdir. Hazırda Cavabdeh İddiaçı MMC-yə 1255 AZN əsas borc, 128 AZN faiz borcu və 3615 AZN dəbbə borcu olmaqla, cəmi 4998 AZN borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli 2445 saylı müqavilənin surətindən görünür ki, İddiaçı MMC-nin (borcverən) direktoru X1 ilə (borcalan) Cavabdeh arasında 06 sentyabr 2023-cü il tarixli 24456 saylı müqavilə bağlanmışdır. Müqaviənin 1.1-ci bəndinə əsasən, borcverən hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana 1600 manat məbləğində illik 87% olmaqla təminatlı ssuda borcu verir. Borcalan isə 4 ay müddətinə hazırki müqaviləyə müvafiq olaraq alınmış ssuda borcun qaytarmağı, borc məbləğinə hesablanmış faizləri ödəməyi müqavilə ilə şərtləşdirilmiş miqdarda ssuda borcdan istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndində əsasən, borcalan borcverəndən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 1600 manatı 4 ay ərzində qaytarmağı qeyd-şərtsiz öhdəsinə götümüşdür. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədəvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 05 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli 2445 saylı daxili kredit müqaviləsinə əsasən 4 ay müddətinə aylıq ödənişi 475,03 manat olmaqla 1600 manat məbləğində müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 06 sentyabr 2023-cü il tarixdə edilmiş 650 manat ödənişdən 305 manat faizdən, 345 manat əsas borcdan silinmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli 2445 saylı müqavilə üzrə Cavabdeh cəmi 650 manat ödəniş etmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə 1255 manat əsas, 128 manat faiz və 3615 manat dəbbə borcu olmaqla, cəmi 4998 manat borcu mövcuddur. İşə əlavə edilmiş 15 noyabr 2025-ci il tarixli borcun ödənilməsi tələbi ilə bağlı pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06 sentyabr 2023-cü il tarixli 2445 saylı müqavilə bağlanmışdır. Lakin cavabdeh tərəfindən həmin müqavilənin şərtlərinə əməl edilməmiş, müqavilə ödənişləri vaxtında edilməmişdir. Hazırda həmin borc müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 1255 manat əsas, 128 manat faiz borcu və 3615 manat dəbbə borcu olmaqla, cəmi 4998 manat kredit borcu vardır. Həmin məbləğin MMC-yə ödənilməsi tələb edilmiş, əıks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 05 noyabr 2025-ci il tarixli **********97 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06 sentyabr 2023-cü il tarixli 2445 saylı daxili kredit müqaviləsinə əsasən 4 ay müddətinə aylıq ödənişi 475,03 manat olmaqla 1600 manat məbləğində müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 06 sentyabr 2023-cü il tarixdə edilmiş 650 manat ödənişdən 305 manat faizdən, 345 manat əsas borcdan silinmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli 2445 saylı müqavilə üzrə Cavabdeh cəmi 650 manat ödəniş etmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə 1255 manat əsas, 128 manat faiz və 3615 manat dəbbə borcu olmaqla, cəmi 4998 manat borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddələrinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddələrinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü madəsinə görə, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. İş materiallarından görünür kimi, iddiaçı tərəfindən cavabdehə 3615 manat məbləğində dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablanmış 3615 manat məbləğində cərimə azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 sentyabr 2023-cü il tarixli 2445 nömrəli kredit müqaviləsi üzrə 1255 manat əsas, 128 manat faiz borcu və 100 manat dəbbə pulu olmaqla, cəmi 1483 manat məbləği tutulub İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun 34,83 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, 35.17 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 sentyabr 2023-cü il tarixli 2445 nömrəli kredit müqaviləsi üzrə 1255 manat əsas, 128 manat faiz borcu və 100 manat dəbbə pulu olmaqla, cəmi 1483 manat (bir min dörd yüz səksən üç) manat və ödənilmiş dövlət rüsumunun 34,83 (otuz dörd manat səksən üç qəpik) manat məbləği tutulub İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-707/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-707/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver