Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-717/2024 23.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Açıq Səhmidar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmidar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 5012,42 manat əsas, 200,88 manat faiz və 13,35 manat cərimə borcu olmaqla, cəmi 5226,65 manat məbləğində kredit borcunun və ödənilmiş 72,27 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkləmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2023-cü il tarixli 5130***-*******01L nömrəli əsas kredit limiti razılaşmasına əsasən 120 ay müddətinə, 13 mart 2033-cü il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşması çərçivəsində Cavabdeh1 illik 16,5% olmaqla 48 ay müddətinə 6700 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə 13 mart 2023-cü il tarixli 5FİZAM116257901 nömrəli zaminlik müqaviləsinə əsasən isə digər borclu (zamin) Cavabdeh2 kredit alan Cavabdeh1 bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamin Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (rpetenziya) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Nəticədə cavabdehlərin 16 oktyabr 2024-cü il tarixə 5012,42 manat əsas, 200,88 manat faiz və 13,35 manat cərimə borcu olmaqla, cəmi 5226,65 manat məbləğində kredit borcları yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-dən illik 16,5% olmaqla 48 ay müddətinə 6700 manat manat məbləğində kredit götürmüşdür. Digər borclu Cavabdeh2 isə ona zamin durmuşdir. Əvvəllər işlədiyi üçün hər ay krediti vaxtı-vaxtında ödəmişdir. Sonradan müəssisə bağlandığı üçün işdən azad edilmişdir. Hazırda heç bir yerdə işləmir. Ona görə də, maddi imkansızlıqdan krediti ödəyə bilmir. İddia tələbini qəbul edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 16,5% olmaqla 48 ay müddətinə 6700 manat manat məbləğində kredit götürmüşdür. O, isə Cavabdeh1 zamin durmuşdir. Cavabdeh1 əvvəllər hər ay krediti vaxtı-vaxtında ödəmişdir. Sonradan müəssisə bağlandığı üçün işdən azad edilmişdir. Ona görə də, maddi imkansızlıqdan krediti ödəyə bilməmişdir. İddia tələbini qəbul edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 13 mart 2023-cü il tarixli 5130***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2023-cü il tarixli 5130***-*******01L nömrəli əsas kredit limitinin razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 13 mart 2033-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. 13 mart 2023-cü il tarixli 5130***-*******01L nömrəli əsas kredit limiti razılaşması çərçivəsində Cavabdeh1 illik 16,5 faiz olmaqla şərti ilə 48 ay müddətinə 6700 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 13 mart 2023-cü il tarixli 5FİZAM116257901 nömrəli “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh2 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin fazilərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzuiniun ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 16 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 16 oktyabr 2024-cü il tarixə 5012,42 manat əsas, 200,88 manat faiz və 13,35 manat cərimə borcu olmaqla, cəmi 5226,65 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 30 oktyabr 2024-cü il tarixli **********49 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 72,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2023-cü il tarixli 5130***-*******01L nömrəli əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə, 13 mart 2033-cü il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşması çərçivəsində Cavabdeh1 illik 16,5% olmaqla 48 ay müddətinə 6700 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə 13 mart 2023-cü il tarixli 5FİZAM116257901 nömrəli zaminlik müqaviləsinə əsasən isə digər borclu (zamin) Cavabdeh2 kredit alan Cavabdeh1 bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamin Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (rpetenziya) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Nəticədə cavabdehlərin 16 oktyabr 2024-cü il tarixə 5012,42 manat əsas, 200,88 manat faiz və 13,35 manat cərimə borcu olmaqla, cəmi 5226,65 manat məbləğində kredit borcları yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Azərbaycan Respublikası MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşə əlavə edilmiş 08 oktyabr 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh1 arasında bağlanmış 13 mart 2023-cü il tarixli 5130***-*******01L nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 08 oktyabr 2024-cü il tarixə 5012,42 manat əsas, 173,30 manat faiz və 7,98 manat cərimə borcu olmaqla, cəmi 5193,70 manat məbləğində borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 gün müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməsi təklif etdilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən 5012,42 manat əsas, 173,30 manat faiz və 7,98 manat borcu hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia müqavilənin ləğv edildiyi tarixə, yəni 08 oktyabr 2024cü il tarixə 5012,42 manat əsas, 173,30 manat faiz və 7,98 manat borcu olmaqla, cəmi 5193,70 manat kredit borcu hissəsində təmin edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan 5012,42 manat əsas, 173,30 manat faiz və 7,98 manat borcu olmaqla, cəmi 5193,70 manat məbləğində kredit borcu tutulub İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 72,27 manat dövlət rüsumunun 71,94 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməli, 0,13 manat iddiaçıya aid edilməldir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan 5012,42 manat əsas, 173,30 manat faiz və 7,98 manat borcu olmaqla, cəmi 5193,70 (beş min yüz doxsan üç manat yetmiş qəpik) manat məbləğində kredit borcu və 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat dövlət rüsumu müştərək qaydada tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-717/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-717/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver