Məhkəmə qərarları › İş №e-2(030)-736/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-736/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-736/2024 25.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli kredit müqaviləsi üzrə 121,46 manat əsas və 24,40 manat faiz borcu olmaqla, cəmi 145,86 manat məbləğində kredit borcunun, 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 kredit müqaviləsi üzrə 9330,41 manat əsas və 1153,94 manat faiz borcu olmaqla, cəmi 10484,35 manat kredit borcu və ödənilmiş 121,89 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli kredit müqaviləsi üzrə illik 27 faiz olmaqla 4600 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 kredit müqaviləsinə əsasən illik 23 faiz olmaqla 48 ay müddətinə 9900 manat kartına mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaiti köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli kredit müqaviləsi üzrə 04 noyabr 2024-cü il tarixə 121,46 manat əsas və 24,40 manat faiz borcu olmaqla, cəmi 145,86 manat məbləğində kredit borcu, 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 kredit müqaviləsi üzrə 9330,41 manat əsas və 1153,94 manat faiz borcu olmaqla, cəmi 10484,35 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-dən 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli kredit müqaviləsi üzrə illik 27 faiz olmaqla 4600 manat məbləğində, eyni zamanda elektron qaydada bağlanmış 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 kredit müqaviləsinə əsasən illik 23 faiz olmaqla 48 ay müddətinə 9900 manat kartına mədaxil edilmişdir. Əvvəllər Daşkəsən Rayon Polis Şöbəsində işləmişdir. Sonra işdən azad edilmiş və Daşkəsən rayon Qızıl mədəninə işə qəbul edilmişdir. Bundan sonra isə avtonəqliyyat qəzası keçirmiş, nəticədə əmək fəaliyyətini itirmişdir. İşləyə bilmədiyi üçün krediti vaxtında ödəyə bilməmişdir. İşə əlavə edilmiş 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli birbank cashback xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli birbank cashback xətti müqaviləsi üzrə kredit xətti açılmış və Cavabdeh illik 27 faiz olmaqla 4600 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faiz olmaqla 48 ay müddətinə 9900 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 23 oktyabr 2024-cü il tarixli 13-900-16/MH26983 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 nömrəli kredit müqaviləsinə əsasən 48 ay, illik 23 faiz hesablanmaqla, 9900 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə 22 oktyabr 2024-cü il tarixə əsas borc məbləği 9330,41 manat əsas və 1153,94 manat faiz borcu olmaqla, cəmi 10484,35 manat məbləğində ümumi borcu, gecikmə günü 177 gün olmaqla, 1833,19 manat məbləğində gecikmə yaranmışdır. Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 58 ay müddətinə, 4600 manat məbləğində Birbank müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə 22 oktyabr 2024-cü il tarixə əsas borc məbləği 121,46 manat, faiz borc məbləği 24,40 manat olmaqla, cəmi 145,86 manat məblığində ümumi borcu, gecikmə günü 135 gün olmaqla, 63,74 manat məbləğində gecikmə yaranmışdır. Qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 05 noyabr 2024-cü il tarixli 15/00991 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli birbank cashback xətti müqaviləsinə əsasən Cavabdeh illik 27 faiz olmaqla 4600 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 nömrəli kredit müqaviləsinə əsasən 48 ay, illik 23 faiz dərəcəsi ilə 9900 manat Cavabdeh kartına mədaxil edilmişdir. Cavabdeh 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 saylı kredit müqaviləsinə əsasən 121,46 manat əsas və 24,40 manat faiz borcu olmaqla, cəmi 145,86 manat məbləğində kredit borcu, 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 kredit müqaviləsinə əsasən 9330,41 manat əsas və 1153,94 manat faiz borcu olmaqla, cəmi 10484,35 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 04 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 121,89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı «Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli kredit müqaviləsi üzrə illik 27 faiz olmaqla 4600 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 kredit müqaviləsinə əsasən illik 23 faiz olmaqla 48 ay müddətinə 9900 manat kartına mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaiti köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli kredit müqaviləsi üzrə 04 noyabr 2024-cü il tarixə 121,46 manat əsas və 24,40 manat faiz borcu olmaqla, cəmi 145,86 manat məbləğində kredit borcu, 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 kredit müqaviləsi üzrə 9330,41 manat əsas və 1153,94 manat faiz borcu olmaqla, cəmi 10484,35 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli kredit müqaviləsi üzrə 121,46 manat əsas və 24,40 manat faiz borcu olmaqla, cəmi 145,86 manat məbləğində kredit borcunun, 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 kredit müqaviləsi üzrə 9330,41 manat əsas və 1153,94 manat faiz borcu olmaqla, cəmi 10484,35 manat kredit borcu tutulub İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 121,89 manat məbləğində dövlət rüsumu cavabdehdən tuutlub iddiaçıya ödəniılməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 04 aprel 2023-cü il tarixli BRCB0518637B184 nömrəli kredit müqaviləsi üzrə 121,46 manat əsas və 24,40 manat faiz borcu olmaqla, cəmi 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat, 27 noyabr 2023-cü il tarixli GTKR5029995B299 kredit müqaviləsi üzrə 9330,41 manat əsas və 1153,94 manat faiz borcu olmaqla, cəmi 10484,35 (on min dörd yüz səksən dörd manat otuz beş qəpik) manat kredit borcu və ödənilmiş 121,89 (bir yüz iyirmi bir manat səksən doqquz qəpik) manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar