Məhkəmə qərarları › İş №e-2(030)-740/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-740/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-740/2024 25.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 450 manat əsas borc, 22.50 manat faiz, 64.75 manat komissiya və 134.25 manat cərimə borcu, olmaqla cəmi 671.50 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 26 noyabr 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********003 saylı “mikrokredit müqaviləsi”nə əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətində illik 60.85% ödəmək şərtilə 450 manat çəbləğində kredit verilmişdir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada verilir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş 450 manat mikrokredit məbləği ilə yanaşı, həmin məbləğdən istifadəyə görə 22.50 manat, xidmət haqqında görə isə 65.25 manat olmaqla, cəmi 537.75 manat pul məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtləri pozulmuşdur.Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də,cavabdeh borcunu ödəməmişdir. Müqavilə üzrə cavabdehin 450 manat əsas borc, 22.50 manat faiz, 64.75 manat komissiya və 134.25 manat cərimə borcu, olmaqla cəmi 671.50 manat borcu vardır. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 11 dekabr 2023-cü il tarixli **********003 nömrəli Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, cavabdehə illik faiz dərəcəsi 60.85% olmaqla, həmin məbləğdən istifadəyə görə 22.50 manat, xidmət haqqına görə isə 65.25 manat olmaq şərtilə 450 manat məbləğində kredit verilmişdir. 11 dekabr 2023-cü il tarixli Ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh hesabına 450 manat məbləğində vəsait ödənilmişdir. 06 sentyabr 2024-cü il tarixli “Maliyyə arayışın”ın surətindən görünür ki, Cavabdeh 11 dekabr 2023-cü il tarixli **********003 nömrəli kredit müqaviləs üzrə İddiaçı BOKT MMCyə 450 manat əsas borc, 22.50 manat faiz, 64.75 manat komissiya və 134.25 manat cərimə olmaqla, cəmi 671.50 manat borcu vardır. 06 sentyabr 2024-cü il tarixli Xəbərdalıq məktubundan görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-yə 450 manat əsas borc, 22.50 manat faiz, 64.75 manat komissiya və 134.25 manat cərimə borcu, olmaqla cəmi 671.50 manat borcu vardır. Göstərilən borcu 3 gün ərzində ödəmədiyi halda aidiyyət üzrə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. 07 oktyabr 2024-cü il tarixli **********42 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, SF Azerbaijan” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli **********003 nömrəli Kredit müqaviləsinə əsasən, cavabdehə cavabdehə illik faiz dərəcəsi 60.85% olmaqla, həmin məbləğdən istifadəyə görə 22.50 manat, xidmət haqqına görə isə 65.25 manat olmaq şərtilə 450 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Bank olmayan kredit təşkilatları haqqında” Azəbaycan Respublikasının Qanunun 17.1-ci maddəsinə əsasən BOKT kreditlərin verilməsində şəffaflığı təmin etməli, borcalanları aldıqları kreditin dəyəri və kreditlə əlaqədar çəkəcəkləri xərclər barədə tam məlumatlandırmalıdır. Həmin Qanun 17.2-ci maddəsinə əsasən BOKT tərəfindən kreditlərin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 11 dekabr 2023-cü il tarixli **********003 nömrəli kredit müqavilə üzrə hesablanmış 134.25 manat məbləğində cərimə azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11 dekabr 2023-cü il tarixli **********003 nömrəli müqaviləsinə əsasən 450 manat əsas borc, 22.50 manat faiz, 64.75 manat komissiya və 30 manat cərimə olmaqla, cəmi 567.25 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11 dekabr 2023-cü il tarixli **********003 nömrəli müqavilə üzrə 450 manat əsas borc, 22.50 manat faiz, 64.75 manat komissiya və 30 manat cərimə olmaqla, cəmi 567.25 və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar