Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-80/2025 13.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızına qarşı kredit, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızından 266,36 manat əsas, 56,08 manat faiz və 30,26 manat cərimə borcu olmaqla, cəmi 352,70 manat məbləğində kredit borcunun, ödənilmiş 0,40 manat xidməıt haqqı və 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 28 dekabr 2021-ci il tarixli bank xidmətlərinə dair, ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızına istehlak məqsədləri üçün 19 noyabr 2021-ci il tarixdən 18 noyabr 2024-cü il tarixədək illik 29,5 faiz ödəmək şərti ilə 800 manat məbləğində kredit verilmişdir. Cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızı 19 noyabr 2021-ci il tarixdə ərizə imzamaqla "xxxx" KB ASC-nin internet səhifəsində (www. Unibank.az) yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesab açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 01 noyabr 2024-cü il tarixə "xxxx" KB ASC-yə 266,36 manat əsas, 56,08 manat faiz və 30,26 manat cərimə borcu olmaqla, cəmi 352,70 manat məbləğində kredit borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızı ödənişlər etdiyini, borcun düzgün hesablanmadığını bildirərək iddia tələbi ilə razı olmadığını qeyd etmişdir. Həmin tarixdə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Niyazova (Əsgərova) Sevil İsgəndər qızı eyni əsasla iddia tələbinə etirazını bildirmişdir. İşə əlavə edilmiş 19 noyabr 2021-ci il tarixli 4103nkGNDJb/21 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Niyazova (Əsgərova) Sevil İsgəndər qızı arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli 4103nkGNDJb/21 nömrəli kredit müqaviləsinə əsasən bank ən coxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 % olmaq şərtilə 20000 manat məbləğədək krediti, kredit prosedurlarına 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutulmaqla borcverənə verə bilər. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi min. 18% - max. 40% faiz təşkil edir. İşə əlavə edilmiş 19 noyabr 2021-ci il tarixli 4103nkGNDJb/21 nömrəli kredit müqaviləsi sazişinin surətindən görünür ki, tərəflər arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli 4103nkGNDJb/21 nömrəli kredit müqaviləsinə (bundan sonra “müqavilə” adlandırılacaq) aşağıdakı yeni şərtlərikn əlavə edilməsi barədə razılığa gəlmişlər: Bank borcalanın mövcud ödəniş kartına, 800 manat məbləğində kredit köçürməklə 18 noyabr 2024-cü il tarixədək illik 29,5 faiz ödəmək şərtilə, borcalanın mülkiyyətinə verir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə №1” ödəniş qrafikinə əsasən müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdıə banka qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minumum 16%, maksimum 40 % təşkil edir. Borcalan kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına görə 32 manat məbləğdə, nağd pulun çıxarılmasına görə 10 manat, kredit müraciətinə görə 5 manat məbləğində komisyon haqlarını banka ödəyir. Əlavə №1 bu müqavilənin saziş üzrə ayrılmaz tərkib hissəsi hesab edirlir. İşə əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli 01U/21 nömrəli “Ümumi Oferta”nın surətindən görünür ki, "xxxx" KB ASC Mülki Məcəllənin 408 və 409-cu maddələrinə əsasən bank xidmtələrini özündə cəmləşdirən ümumi ofertanı rezident və qeyri-rezident fiziki şəxslərə təqdim edir. İşə əlavə edilmiş 01 noyabr 2024-cü il tarixli Bank/PİKMD/1236278 nömrəl maliyyə arayışından görünür ki, Niyazova (Əsgərova) Sevil İsgəndər qızının 4103nkGNDJb/21 nömrəli kredit müqaviləsi üzrə 31 oktyabr 2024-cü il tarixə 266,36 manat əsas, 56,08 manat faiz və 30,26 manat cərimə borcu olmaqla, cəmi 352,70 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 25 iyul 2024-cü il tarixli UB-BANK/PİKMD nömrəli bildirişin surətindən görünür ki, "xxxx" KB ASC ilə Niyazova (Əsgərova) Sevil İsgəndər qızı arasında bağlanmış19 noyabr 2021-ci il tarixli 4103nkGNDJb/21 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka 25 iyul 2024-cü il tarixə 266,36 manat əsas, 34,11 manat faiz və 10,64 manat cərimə vorcu olmaqla, cəmi 311,11 manat borcu yaranmışdır. Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Yuxarıda qeyd edilıənlərə əsasən banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, Niyazova (Əsgərova) Sevil İsgəndər qızı tərəfindən "xxxx" KB ASC-nin hesabına 09 yanvar 2022-ci il tarixdə 34 manat, 05 fevral 2022-ci il tarixdə 70 manat,19 mart 2022-ci ildə 50 manat, 19 aprel 2022ci il tarixdə 50 manat, 06 may 2022-ci il tarixdə 100 manat, 19 iyun 2022-ci il tarixdə 34 manat, 19 iyul 2022-ci il tarixdə 34 manat, 20 avqust 2022-ci il tarixdə 35 manat, 19 sentyabr 2022-ci il tarixdə 50 manat, 19 noyabr 2022-ci il tarixdə 34 manat, 09 dekabr 2022-ci il tarixdə 34 manat, 19 dekabr 2022-ci il tarixdə 34 manat, 19 yanvar 2023-cü il tarixdə 40 manat, 22 yanvar 2024-cü il tarixdə 34 manat, 22 fevral 2024-cü il tarixdə 35 manat, 19 dekabr 2024-cü il tarixdə 20 manat məbləğində pul vəsaiti köçürmüşdür. İşə əlavə edilmiş 01 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibat mərkəzinin 18 sentyabr 2025-ci il 9/3771 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" KB ASC ilə Niyazova (Əsgərova) Sevil İsgəndər qızı arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli 4103nkGNDjb/21 saylı kredit müqaviləsinin şərtləri üzrə 01 noyabr 2024-cü il tarixə banka olan borcu 01 noyabr 2024-cü il tarixə əsas borc üzrə 263,09 manat, faiz borcu üzrə 53,68 manat təşkil edir. Hazırki ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Niyazova (Əsgərova) Sevil İsgəndər qızı tərəfindən 01 noyabr 2024-cü il tarixdən sonrakı dövrdə ümumilikdə 20 manat məbləğində ödənmiş aparılmışdır. Lakin bor məbləğinin hesablanma tarixi 01 noyabr 2024-cü il tarixıə göstərildiyindən 20 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı 28 dekabr 2021-ci il tarixli bank xidmətlərinə dair, ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızına istehlak məqsədləri üçün 19 noyabr 2021-ci il tarixdən 18 noyabr 2024-cü il tarixədək illik 29,5 faiz ödəmək şərti ilə 800 manat məbləğində kredit verilmişdir. Cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızı 19 noyabr 2021-ci il tarixdə ərizə imzamaqla "xxxx" KB ASC-nin internet səhifəsində (www. Unibank.az) yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesab açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 01 noyabr 2024-cü il tarixə "xxxx" KB ASC-yə 266,36 manat əsas, 56,08 manat faiz və 30,26 manat cərimə borcu olmaqla, cəmi 352,70 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2 ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddələrinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddələrinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü madəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 743.1-ci maddəsinə görə, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşə əlavə edilmiş 25 iyul 2024-cü il tarixli UB-Bank/PİKMD nömrəli bildirişin surətindən görünür ki, Niyazova (Əsgərova) Sevil İsgəndər qızının 25 iyul 2024-cü il tarixli 4103nkGNDjb/21 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 25 iyul 2024-cü il tarixə 266,36 manat əsas, 34,11 manat faiz və 10,64 manat cərimə borcu olmaqla, cəmi 311,11 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 gün müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməsi təklif etdilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən 8464,46 manat əsas, 168,60 manat faiz və 4,86 manat cərimə borcu hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia müqavilənin ləğv edildiyi tarixə, yəni 25 iyul 2024-cü il tarixə 266,36 manat əsas, 34,11 manat faiz və 10,64 manat cərimə borcu olmaqla, cəmi 311,11 manat kredit borcu hissəsində təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 266,36 manat əsas, 34,11 manat faiz və 10,64 manat cərimə borcu olmaqla, cəmi 311,11 manat kredit borcu tutulub iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızından 100 manat məhkəmə ekspertiza xərci tutulub Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızından 266,36 manat əsas, 34,11 manat faiz və 10,64 manat cərimə borcu olmaqla, cəmi 311,11 (üç yüz on bir manat on bir qəpik) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. Cavabdeh Niyazova (Əsgərova) Sevil İsgəndər qızından məhkəmə ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı, Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-80/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-80/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver