Məhkəmə qərarları › İş №e-2(030)-85/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-85/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-85/2025 05.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində ona dəymiş maddi ziyan olaraq 5725 manat, ödənilmiş 78 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 325 manat olmaqla, cəmi 6128 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edib işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdr ki, 13 noyabr 2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Ford Fusion” minik markalı **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xırdalan şəhəri Xocasən dairəsi ərazisində hərəkətdə olarkən yol nişanlarının tələblərinə riayət etməyərək qarşı tərəfin yoluna çıxaraq İddiaçı məxsus “Daewoo Sens” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə avtomobilə 5725 manat məbləğində ziyan dəymişdir. 15 noyabr 2024-cü il tarixli TP6865412 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə əvvəlki məhkməmə iclasında iştirak etmiş, iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə ikclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş inzibati tənbeh vermə haqqında 15 noyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh 13 noyabr 2024-cü il tarixdə saat 11:15-də Xocasən dairəsi ərazisində “Ford Fusion” minik markalı **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməmiş, nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İşə əlavə olunmuş “Exrpess” Servisin 23 noyabr 2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Daewoo Sens” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5725 manat məbləğində qiymətləndirilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Hüquqi yardımın göstərilməsi haqqında 26 noyabr 2024-cü il tarixli EM-1086VK-14650/24 nömrəli müqavilənin surətindən görünür ki, hüquqi yardım göstərilən İddiaçı Xasay oğlu ilə vəkil Nümayəndə arasında bağlanmış müqavilənin 1.1 bəndi bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2 bəndi vəkilə həvalə edilən tapşırığın mahiyyəti: dəymiş zərər tələbinə dair. Müqavilənin 2.1 bəndi hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 325 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İşə əlavə edilmiş 26 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X1 tərəfindən 78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 26 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X1 tərəfindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna hüquqi yardıma görə 325 manat ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunverciliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu(delikt) nəticəsində iddiaçıya maddi ziyan(zərər) vurmuş, nəticədə iddiaçı əmlakının zədəsinin aradan qaldırılması üçün xərclər çəkmişdir, lakin həmin xərclər cavabdeh tərəfindən tam şəkildə iddiaçıya ödənilməmişdir, ona görə də iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. İşin faktiki halları ilə müəyyən edildi ki, 13 noyabr 2024-cü il tarixdə11:15 radələrində Cavabdeh idarə etdiyi “Ford Fusion” minik markalı **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xırdalan şəhəri Xocasən dairəsi ərazisində hərəkətdə olarkən yol nişanlarının tələblərinə riayət etməmiş və qarşı tərəfin yoluna çıxaraq İddiaçı məxsus “Daewoo Sens” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. X2 Xidmətinin 15 noyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. “Exrpess” Servisin 23 noyabr 2024-cü il tarixli qüsur aktına əsasən “Daewoo Sens” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5725 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə müvafiq olaraq, ...fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin (o cümlədən nəqliyyat vasitəsinin) vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (o cümlədən nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən şəxsin öhdəsinə qoyulur. 1108.1-ci maddəsinə uyğun olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (o cümlədən nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş üzrə göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən İddiaçı 5725 manat məbləğində ziyan vurulmuşdur. Ziyanın yaranma səbəbi Yol Patrul Xidmətinin 15 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı, ziyanın həcmi isə “Exrpess” Servisin 23 noyabr 2024-cü il tarixli qüsur aktı ilə təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, vurulmuş ziyanın əvəzi kimi 5725 manat məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətlə bağlı ödənilmiş 325 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri (o cümlədən dövlət rüsumu) ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 78 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin: Cavabdeh vurulmuş ziyanın əvəzi kimi 5725 (beş min yeddi yüz iyirmi beş) manat, ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumu və hüquqi xidmətlə bağlı ödənilmiş 325 (üç yüz iyirmi beş) manat olmaqla, cəmi 6128 (altı min yüz iyirmi səkkiz) manat tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar