Məhkəmə qərarları › İş №e-2(031)-1058/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-1058/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-1058/2024 07.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh1 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, X2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şabran” filialı ilə X4 oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********95 saylı X6 müqaviləsinə əsasən Bank tərəfindən ona 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit xətti limiti verilmişdir. xx.xx.2022-ci il tarixdə borclu X4 oğlu vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır. Şabran rayon Notariat Ofisinin məktubundan görünür ki, X4 oğlundan qalmış mirasa vərəsələri Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ərizələri əsasında vərəsəlik işi açılmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4, X3 və Cavabdeh1 246,35 manat əsas və 0,52 manat məbləğində faiz borcu olmaqla, cəmi 246,87 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığları gündən 10 iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" ASC-nin “Şabran” filialı ilə X4 oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********95 saylı X6 müqaviləsinə əsasən Bank tərəfindən X4 oğluna 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit xətti limiti verilmişdir. X4 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Şabran rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X4 oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Şabran rayon Notariat Ofisinin məktubundan görünür ki, X4 oğlundan qalmış mirasa vərəsələri Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ərizələri əsasında vərəsəlik işi açılmışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 246,35 manat əsas və 0,52 manat məbləğində faiz borcu olmaqla, cəmi 246,87 manat məbləğində kredit borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh gecikdirilmiş borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 422.1, 422.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, X1 və Cavabdeh1 müştərək qaydada 246,35 manat əsas və 0,52 manat məbləğində faiz borcu, cəmi 246,87 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-222, 222, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, X1 və Cavabdeh1 müştərək qaydada 246 (iki yüz qırx altı) manat 35 (otuz beş) qəpik əsas və 0,52 (əlli iki) qəpik məbləğində faiz borcu, cəmi 246 (dörd yüz qırx altı) manat 87 (səksən yeddi) qəpik məbləğində kredit borcu və 30 (otuz)manat dövlət rüsumu, habelə 0,40 (qırx) qəpik bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar