Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-106/2023 23.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: "xxxx" ASC-nin NÜMAYƏNDƏ: X4 CAVABDEH: Cavabdeh qarşı Ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : "xxxx" ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 185.11 (bir yüz səksən beş manat on bir qəpik) manat kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin direktoru Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şabran” filialı ilə X5 rasında bağlanmış BPM**********00 nömrəli, xx.xx.20219-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 15 ay müddətinə, illik 18 faizlə hesablanmaqla, 1500 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şabran rayon notariat ofisinin xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik işi Cavabdeh tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında açılmışdır. Bankın “Şabran” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 vəfat etdiyi tarixə Banka 185.11 manat əsas kredit borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Xahiş edir, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 185.11 (bir yüz səksən beş manat on bir qəpik) manat kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması tələbi barədə qətnamə çıxarılsın. İddiaçı "xxxx" ASC-nin Şabran filialının nümayəndəsi X4 məhkəmədə iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbül etməyərək bildirdi ki, iddiaçı "xxxx" ASC-nin “Şabran” filialı ilə X6 arasında bağlanmış BPM**********00 nömrəli, xx.xx.20219cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 15 ay müddətinə, illik 18 faizlə hesablanmaqla, 1500 manat məbləğində kredit verilmişdir. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, X3 vərəsəsidir. O, iddianı qəbul etmir. Çünki, M.Əliyeva özü sağ olduğu müddətdə niyə ondan kredit borcu tutulmamışdır. Bu səbəbdən də o, iddianı əsassız hesab edir. İddianın təmin edilməsinə etiraz edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş "xxxx" ASC-nin “Şabran” filialı ilə X6 rasında bağlanmış BPM**********00 nömrəli, xx.xx.20219-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 15 ay müddətinə, illik 18 faizlə hesablanmaqla, 1500 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 091695 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 iyun 2020-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Şabran rayon notariat ofisinin xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik işi Cavabdeh tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında açılmışdır. İşə əlavə edilmiş 01 iyul 2022-ci il tarixli bildiriş məktubundan görünür ki, X1nın vərəsəsi Cavabdeh banka olan borcunun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhmin Məcəllənin 425.1-ci maddəsinə göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozntusu hərəkət və hərəkətsizlik üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh 185.11 (bir yüz səksən beş manat on bir qəpik) manat kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 185.11 (bir yüz səksən beş manat on bir qəpik) manat kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №e-2(031)-106/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-106/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver