Məhkəmə qərarları › İş №e-2(031)-243/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-243/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-243/2024 25.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı İddiaçı Cavabdeh qarşı “əşyanın nisyə satılması haqqında müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı “əşyanın nisyə satılması haqqında müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 346 manat borc məbləği, 50 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 426 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı “əşyanın nisyə satılması haqqında müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsində İddiaçı direktoru Nümayəndə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İddiaçı Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, Mon-000001659 nömrəli alqı-satqı müqaviləsi tələb etmə hüququ əldə etdiyini qeyd etmiş və həmin iddia ərizəsində iddiaçı Cavabdeh “Samsung A300H ds 16 whıte” (İMEİ: **********72824) markalı mobil telefonnun alqı satqısına dair xx.xx.2015-ci il tarixli, Mon-000001659 nömrəli müqavilə üzrə 346 manat borc məbləği, 50 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 426 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, Mon-000001659 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh həmin müqaviləni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yox, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə bağlamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 001 nömrəli faktorinq müqaviləsində isə görünür ki, həmin müqaviləyə Mobil Texnoloqiyalar” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə İddiaçı arasında yox, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, hazır ki iş üzrə Cavabdeh onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə bağladığı xx.xx.2015-ci il tarixli, Mon-000001659 nömrəli alqı-satqı müqaviləsi üzrə pul tələb edildiyindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə İddiaçı arasında həmin müqavilə ilə bağlı faktorinq müqaviləsi bağlanmadığından və iddia ərizəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddia ərizəsinin geri qaytarılmasına dair qərardadın iddia ərizəsinin qaytarılması səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 152, 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əşyanın nisyə satılması haqqında müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən “AsanPay” elektron ödəniş sistemi vasitəsi ilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına dair qərardad iddia ərizəsinin qaytarılması səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti tərəfə rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilər bilər. Hakim Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar