Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-379/2024 16.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 755,50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2020-ci il tarixli, e-2(031)-67/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"MMC -yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyət orqanlara müraciət edərək borcun tam həcimdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində ödənilən 700 manat, 0 2.02.2021-ci il tarixində ödənilən 1000 manat, xx.xx.2021-ci il tarixində ödənilən 1000 manat, 2 2.04.2021-ci il tarixində ödənilən 350 manat, xx.xx.2021-ci il tarixində ödənilən 700 manat, 2 2.06.2021-ci il tarixində ödənilən 700 manat, xx.xx.2021-ci il tarixində ödənilən 586 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC -yə 755,50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Ona görə də hesab edir ki, Cavabdeh 755,50 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu tutulmalıdır. İddiaçı "X1 Azərbaycan” QSC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçı “X1 Azərbaycan” QSC-nin ondan tələb etdiyi pul məbləğindən məlumatı olmadığını, iddianın təmin edilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ğb il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 36 aylıq 20 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(031)- 67/2020 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh əsas məbləğ üzrə– 4000 manat, faiz borcu üzrə – 1006,69 manat, cəmi borc 5006,69 manat məbləğində kredit borcu və 30 manat dövlət ödənilmiş rüsumu, “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"MMC -yə sifariş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən son tarix xx.xx.2021-ci ildə ödənilən 5036 manat borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş, bu ödənişlərə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 755,50 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(031)-67/2020 saylı qətnaməsinə əsasən Cavabdeh əsas məbləğ üzrə– 4000 manat, faiz borcu üzrə – 1006,69 manat, cəmi borc 5006,69 manat məbləğində kredit borcu və 30 manat dövlət ödənilmiş rüsumu, “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(031)-67/2020 saylı qətnaməsinə əsasən Cavabdeh əsas məbləğ üzrə– 4000 manat, faiz borcu üzrə – 1006,69 manat, cəmi borc 5006,69 manat məbləğində kredit borcu və 30 manat dövlət ödənilmiş rüsumu, “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi xidmətlərə dair müqavilənin tərəfi olmayan cavabdeh üzərinə əlavə vəzifələr qoyula bilməz. Odur ki, iddiaçı Yapıkredi Bank Azərbaycan” QSC Cavabdeh qarşı pul tələbinə dair 2020-ci il tarixdə müraciət etdiyindən və tələb üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(031)-67/2020 saylı qətnaməsi ilə iddia təmin olunduğundan iddiaçının təkrar müraciət etməsi əsassızdır. Buna görə də, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat məhkəmə xərci iddiaçı "X1 Azərbaycan” QSC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "X1 Azərbaycan” QSC-nə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №e-2(031)-379/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-379/2024
16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver