Məhkəmə qərarları › İş №e-2(031)-399/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-399/2025

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-399/2025 03.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki işə Şabran Rayon məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-49/2020 saylı qətnaməsi ilə Cavabdeh2, Hüseynov Mənsur oğlundan, X3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 52825,58 ABŞ dolları borcun və ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının ipoteka predmeti olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2 , yardımçı 72,5 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2 , yardımçı 72,5 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2, X4, Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(031)-49/2020 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2, X1, X3 müştərək qaydada cəmi 52825,58 ABŞ Dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı AccessBank QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Cavabdeh2 kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi əsasında Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m , yardımçı 72,5 m sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m , yardımçı 72,5 m sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Şabran Rayonu İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsinin 2 saylı forma arayışına əsasən X10, X8 ipoteka predmetində qeydiyyatdadırlar, Cavabdeh2 xüsusi mülkiyyətində olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m, yardımçı 72,5 m sahədən ibarət 18 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür (razılıq ərizəsinin surətləri əlavə olunur). İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin maps şöbəsi tərəfindən alınmış arayışdan X6 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Həmçinin, ipoteka qoyanın həyat yoldaşı Cavabdeh3 da Cavabdeh2xüsusi mülkiyyətində olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m, yardımçı 72,5 m sahədən ibarət 18 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür (razılıq ərizəsinin surətləri əlavə olunur). İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(031)- 49/2020 saylı qətnaməsi üzrə Cavabdeh2, X1, X3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 31025,58 ABŞ dollan borcun və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının, o cümlədən, 100 manat dövlət rüsumunun, ipoteka predmeti olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2 , yardımçı 72,5 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına AccessBank QSC-yə olan borcun ödənilməsi, Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2 , yardımçı 72,5 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X4, Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 etiraz ərizələri ilə məhkəməyə müraciət edərək etirazlarını onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-49/2020 saylı qətnaməsində cavabdehlər Cavabdeh2, X7 və X3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 20697,6 ABŞ dolları məbləğində kredit borcu, 10279,34 ABŞ dolları məbləğində faiz borcu və 48,64 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31025,58 ABŞ dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması göstərilmişdir. Bu da o deməkdir ki, həmin qətnamədə 52825,58 ABŞ dolları qət edilməmişdir. Ona və ya zaminlərinə "xxxx" QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında hər hansı bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Məlumat üçün bildirmək istəyir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)- 49/2020 saylı qətnaməsində girov və ya hər hansı bir ipoteka predmeti göstərilməmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-49/2020 saylı qətnaməsinə əsasən 31025,58 ABŞ dolları məbləğində borc puldan təxminən 15000 manat məbləğində pul Şabran Rayon İcra Şöbəsi tərəfindən onun və zamini X5 əmək haqqısından tutularaq İddiaçı QSC-nin hesabına ödənilmişdir. şikayət müddəti bitdiyindən evdən çıxartma və ya boşaldılma barəsində iddia təmin edilə bilməz. Müddətdən artıq 11 il keçmişdir. Əgər ipoteka predmeti var idisə, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)- 49/2020 saylı qətnaməsində göstərilməli idi. Yaxud hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(031)-49/2020 saylı qətnaməsinə təxminən 3 il müddətinə əlavə şikayət kimi verilə bilərdi. Həmin qətnaməyə əlavə olunması ilə bağlı iddia müddətindən 5 il keçmişdir. Bu səbəbdən İddiaçı QSC-nin şikayət müddətinin vaxt məhdudiyyətinin bitməsi ilə bağlı iddiası təmin olunmalı deyildir. O, kredit borcunu 2014-cü il tarixdə 36 ay müddətinə götürmüşdür. Sonuncu ödəniş tarixi 2017-ci ilə təsadüf edir. İddiaçının 2020-ci il tarixə qədər şikayət müddəti var idi. Həmin müddətdə Şabran Rayon Məhkəməsi qətnamə qəbul etmişdir. 31025,58 ABŞ dollarının cavabdehin hesabına qaytarılması barədə həmin borc pulda hissə-hissə olaraq hər ay ödəniş olunur. şikayət müddətinin bitməsi ilə bağlı İddiaçı QSC-nin iddia ərizəsi təmin edilməməlidir. Hesab edir ki, iddiaçı eyni predmet üzrə ikinci dəfə məhkəməyə müraciət etmişdir, hansı ki eyni predmet üzrə bir dəfə müraciət olunmalıdır. Ekspert rəylərinə də etiraz edərək bildirir ki, ona məxsus olan evin dəyəri 55000 manat çox aşağı məbləğ yazılmışdır. Onun həmin torpaq ərazisində obyekt mənşəli kommersiya məqsədli tikilmiş qeyri-fərdi yaşayış sahəsi də vardır. Ona məxsus olan evin və torpaq sahəsinin hal-hazırda satış qiyməti 90000 civarında təşkil edir. Etirazlarının nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi X9 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.1, 567-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(031)-49/2020 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2, X1, X3 müştərək qaydada cəmi 52825,58 ABŞ Dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Cavabdeh2 kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi əsasında Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m, yardımçı 72,5 m sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m , yardımçı 72,5 m sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Şabran Rayonu İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsinin 2 saylı forma arayışına əsasən X10, X8 ipoteka predmetində qeydiyyatdadırlar, Cavabdeh2 xüsusi mülkiyyətində olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m , yardımçı 72,5 m sahədən ibarət 18 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-49/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh2, X1, X3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 20697,6 ABŞ dolları məbləğində kredit borcu, 10279,34 ABŞ dolları məbləğində faiz borcu və 48,64 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31025 ABŞ dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-49/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi icra edilməsi üçün göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli inkasso sərəncamından görünür ki, icra sənədinin nömrəsi 2(031)-49/2020 olaraq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, müqavilə İddiaçı QSC və Cavabdeh2 arasında bağlanılmışdır. İş materiallarında olan ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran şəhəri, Ziya Bünyadov küçəsi,18 ünvanında 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdən öhdəliklərtam yerinə yetirilənədək İddiaçı QSC-nin xeyrinə hüquq yüklü edilmişdir. İş materiallarında olan ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanına Cavabdeh2 hüququ rəsmiləşdirilmişdir. İş materiallarında olan Şabran Rayonu İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsinin 2 saylı forma arayışına əsasən Cavabdeh2 həqiqətən ünvan 3 saylı, ümumi sahəsi 129,9 m2, yaşayış sahəsi 57,1 m2 olan 4 otaqlı, 2 mərtəbəli evin 2 mərtəbəsində yaşayır. İş materiallarında olan X10, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilən xx.xx.2014cü il tarixli ərizələrdən görünür ki, onlar Cavabdeh2 məxsus olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,12 ha torpaq sahəsinin İddiaçı QSC-yə və ya onun hər hansı filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar. İpoteka qoyulmuş yaşayış evinə və torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürürlər. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 arasında nikah xx.xx.2008-ci il tarixdə nikahlarını bağlamışdırlar. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh2 ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, qət edilmiş borcun ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsinə başlamaları barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ipoteka predmeti olan ünvan 3 ünvanında 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin xx.xx.2024-cü il tarixdə ünvana çatdırılması diqqətə çatdırılaraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan 152613 nömrəli qaimədən görünür ki, sözügedən bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ünvanına göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı QSC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı QSC tərəfindən "xxxx" MMC sürətli poçt xidməti vasitəsilə (152613) nömrəli qaimə ünvan 4 ünvanına Cavabdeh2 adına məktub göndərilmişdir. Kuryer göstərilən əraziyə getmiş, lakin qeyd olunan şəxsi ərazidə tanıyan olmadığına görə məktub İddiaçı QSC-yə geri qaytarılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Şabran şəhəri, Ziya Bünyadov küçəsində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 18 saylı fərdi yaşayış evinin dəyərinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli, 129 saylı hesabatdan görünür ki, Şabran şəhəri, Ziya Bünyadov küçəsində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 18 saylı fərdi yaşayış evinin bazar dəyəri 59859,90 yuvarlaq, 60000 manat, likvid dəyəri 54000 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2026-cı il tarixli ekspert rəyindən görünür ki, Şabran şəhəri, Ziya Bünyadov küçəsində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 55000, likvid dəyəri 47000 manat təşkil etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Şabran Rayon Məhkəməsində baxılması üçün 100 manat dövlət rüsümu ödənilmişdir. Göründüyü kimi, iddiaçı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirdiyi halda, cavabdehin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 317.1-ci borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2 maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir, ipoteka predmetinin təsviri, ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, iddia tələbi təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(031)-49/2020 saylı qətnaməsi üzrə Cavabdeh2, X1, X3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 31025,58 ABŞ dollan borc və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 100 manat dövlət rüsumu, ipoteka predmeti olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 47000 manat olmaqla, açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borc ödənilməli, Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2 , yardımçı 72,5 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X8, Cavabdeh3 həmin əmlakdan çıxarılmalı, əmlak boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(031)-49/2020 saylı qətnaməsi üzrə Cavabdeh2, X1, X3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 31025,58 ABŞ dolları borc və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 100 manat dövlət rüsumu, ipoteka predmeti olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 47000 (qırx yeddi min) manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSCyə olan borc ödənilsin. Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2 , yardımçı 72,5 m2 sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X8, Cavabdeh3 həmin əmlakdan çıxarılsın, əmlak boşaldılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar