Məhkəmə qərarları › İş №e-2(031)-41/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-41/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-41/2024 07.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın Cavabdeh qarşı "xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank Cavabdeh qarşı "xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank qarşısında 5115,94 manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 801,69 manat məbləğində adi faizlər üzrə borc məbləği və xx.xx.2023cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 115,15 manat məbləğində penya olmaqla, cəmi 6032,78 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 faiz dərəcəsi ilə hesablanmış penyanın Cavabdeh iddiaçı xxxxnın xeyrinə tutulması, həmçinin iddia ərizəsinin verilməsinə görə 80,33 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) xxxx ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DKM/024N01A00574621 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borc alana 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 08 faiz ödənilməsi şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı əlavəsi olan annuitet ödəniş cədvəlinə (xx.xx.2022-ci il tarixli yeni redaksiyada) əsasən, Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh kreditor qarşısında gecikdirilmiş borcu 5917,63 manat təşkil edir ki, bunun da 5115,94 manatı vaxtı keçmiş əsas borcdan, 801,69 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 faiz dərəcəsi ilə hesablanmış penya da ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə bu məbləğ 115,15 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması, həmçinin bankla borcalan arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən, 3.4.3.4-cü yarımbəndinə uyğun olaraq bank tərəfindən borcun vaxtından əvvəl qaytarılması tələb edilərsə və borcalan 3.4.3-cü yarımbənddə göstərilən müddətdə borcu tam həcmdə qaytarmaq imkanına malik olmazsa qeyd edilən müddətin bitdiyi gündən başlamaqla Borcalan kreditdən istifadəyə görə faizləri illik 18 faiz dərəcəsi ilə ödəyir. Bununla bağlı olaraq cavabdehə müvafiq olaraq xx.xx.2022-ci il tarixli 001 nömrəli xəbərdarlıq məktubu göndərilmiş və müqavilənin 3.4.3-cü yarımbəndinə uyğun olaraq 20 iş günü ərzində krediti ödənilmə anınadək ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı, əks təqdirdə qeyd olunan müddətin bitdiyi gündən başlamaqla kreditdən istifadəyə görə faizləri illik 18 faiz dərəcəsi ilə ödəməli olacağı bildirilmişdir. Göstərilən müddət bitdikdən sonra borcalan tərəfindən kredit məbləğinin vaxtından əvvəl qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilməmiş və buna görə də həmin tarixdən (xx.xx.2022-ci il) kreditdən istifadəyə görə illik faiz dərəcəsi kredit müqaviləsinin müvafiq şərtinə uyğun olaraq 18 faiz dərəcəsi ilə hesablanmağa başlamışdır. Kredit müqaviləsi üzrə Cavabdeh (borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2023-cü il tarixli, SYZ-XO-6.2.2023-001 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Beləliklə, xx.xx.2023-cü il tarixinə borcalan Cavabdeh kreditor qarşısında ümumi borcu 6032,78 manat təşkil edir ki, bunun da 5115,94 manatı vaxtı keçmiş əsas borcdan, 801,69 manatı hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən, 115,15 manatı isə penyadan ibarətdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank bu halları nəzərə alaraq xx.xx.2021-ci il tarixli, DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı xxxx qarşısında 5115,94 manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 801,69 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 115,15 manat məbləğində penya, cəmi 6032,78 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 faiz dərəcəsi ilə hesablanmış penyanın Cavabdeh iddiaçı xxxxnın xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 80,33 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia həcminin artırılması barədə ərizə verərək qeyd etmişdir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən təxminən 09 aydan artıq müddət keçdiyini, qeyd edilən müddət ərzində heç bir ödənişin aparılmadığını, bu müddət ərzində borclunun iddiaçı qarşısında kredit müqaviləsi üzrə adi faiz borcunun artmasını, əsas borc məbləğinə cərimə faizlərinin hesablanmasının davam etdiyini nəzərə alaraq, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü (iddianın dəyişdirilməsi) maddəsinin tələblərini və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4. 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cii il tarixli qərarının tələblərini əsas götürərək xx.xx.2023-cü il tarixli, BO-XO-10.3.2023-001 nömrəli iddia ərizəsinin İ bəndinə aşağıdakı dəyişiklikləri məhkəmənin diqqətinə təqdim etmişdir: xx.xx.2021-ci il tarixli, DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankı qarşısında 5115,94 manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1515,36 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 709,88 manat məbləğində penya olmaqla, cəmi 7341,18 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin taktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 faiz dərəcəsi ilə hesablanmış penya Cavabdeh iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının xeyrinə tutulsun. Məhkəmə iclasında iştirak edən iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın nümayəndəsi Nümayəndə İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın Cavabdeh qarşı "xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması" tələbinə dair iddianı müdafiə edərək həmin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1989-cü il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh Şabran şəhəri, Fizuli küçəsi, ev 19 ünvanında qeydiyyatdadır. - Şabran Rayon Məhkəməsinin e-2(031)-41/2024 nömrəli mülki işi üzrə 09.0.2024-cü il tarixli və Cavabdeh qeydiyyatda olduğu ünvan 2 ünvanlanmış məhkəmə bildirişindən görünür ki, iş üzrə Cavabdeh hazırki mülki iş üzrə xx.xx.2023-cü il tarixə, saat 10:30-a Şabran Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş açıq məhkəmə baxışı iclasında iştirak etməli olması barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın Cavabdeh qarşı "xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması" tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xxxx ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsinə əsasən, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı tərəfindən Cavabdeh 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 08 faiz ödənilməsi şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli, 001 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xxxxna olan borcunun ödənilməsi barədə sonuncu tərəfindən xəbərdarlıq məktubu göndərilmişdir. - xx.xx.2023-cü il tarixli, SYZ-XO-6.2.2023-001 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xxxxna olan borcunun ödənilməsi barədə sonuncu tərəfindən xəbərdarlıq məktubu göndərilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 06 nömrəli arayışdan görünür ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə ünvanlanmış məktub xx.xx.2022-ci il tarixdə müvafiq ünvana çatdırılmışdır. - Poçt göndərişinin çatdırılması haqqında xəbərnamədən görünür ki, ünvan 2 yaşayan Cavabdeh xxxxn ona xx.xx.2023-cü il tarixdə ünvanladığı məktubu xx.xx.2023-cü il tarixdə almışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Şabran şəhəri, Fizuli küçəsi, ev 19 ünvanında qeydiyyatdadır. - xxxxn xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, xxxxn Siyəzən filialının kredit şöbəsinin fiziki şəxslərin kreditləşdirilməsi üzrə mütəxəssisi Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndində nəzərdə tutulmuş əmək vəzifələrin kobud şəkildə pozulması səbəbi ilə) xitam verilmişdir. - ********** nömrəli qəbzdən görünür ki, hazırki iş üzrə məhkəməyə iddia ərizəsi verilməsi üçün Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank tərəfindən 80,33 manat dövlət rüsumu ödənilmişdir. - Şabran Rayon Məhkəməsinin e-2(031)-344/2023 nömrəli mülki işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərardadından görünür ki, həmin qərardada əsasən hazırki mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4388 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə (arayış məlumatı tarixinə) xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə iddiaçı xxxxna 5208,34 manat əsas və 696,88 manat faiz borcu olmaqla, cəmi 5905,22 manat borcu vardır. - Şabran Rayon Məhkəməsinin e-2(031)-344/2023 nömrəli mülki işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərardadından görünür ki, həmin qərardada əsasən iddiaçı xxxxnının vəsatəti təmin edilmiş və hazırki iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7787 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə (arayış məlumatı tarixinə) xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla həmin müqavilə üzrə iddiaçı xxxxna 5208,34 manat əsas və 696,88 manat faiz borcu vardır. - Şabran Rayon Məhkəməsinin e-2(031)-344/2023 nömrəli mülki işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərardadından görünür ki, həmin qərardada əsasən iddiaçı xxxxnının vəsatəti təmin edilmiş və hazırki iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/371 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə (arayış məlumatı tarixinə) xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla həmin müqavilə üzrə iddiaçı xxxxna 5208,34 manat əsas və 696,88 manat faiz borcu vardır. Bundan başqa xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində edilmiş 146,48 manat məbləğində ödənişin 114,34 manat məbləğində olan hissəsi əsas borcdan, 32,14 manat məbləğində olan hissəsi faiz borcundan, eyni zamanda xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində edilmiş 100 manat ödəniş bütövlükdə faiz borcundan silinməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə vəsatətlə məhkəmə müraciət edərək, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də, hazırki iş üzrə Şabran Rayon Məhkəməsinin e-2(031)-344/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardada əsasən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası və xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qəbul edilmiş qərardadlara əsasən iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizaları üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş müvafiq ekspert rəylərində (03 ekspert rəyinin hər birində) Cavabdeh xx.xx.2023-cü il tarixə (arayış məlumatı tarixinə) xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla həmin müqavilə üzrə iddiaçı xxxxna 5208,34 manat əsas və 696,88 manat faiz borcu olduğu qeyd edildiyindən, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının hazırki iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatəti rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1) və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2) borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6-cı maddəsinə əsasən borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.7-ci maddəsinə əsasən borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 37-ci fəsillinin 2-ci paraqrafının (Kredit müqaviləsi) müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə iş üzrə toplanmış sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verib hesab edir ki, iş üzrə ekspert rəylərində əks olunmuş məlumatlar işin faktiki halllarına uyğun gəldiyindən və məhkəmə araşdırmaları zamanı bu məlumatları təkzib edən, onlara zidd olan başqa tutarlı sübutlar müəyyən edilmədiyindən, hazırkı iş üzrə ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırki iş üzrə məhkəməyə təqdim edilmiş 9/4388 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizasının və 9/7787 nömrəli, xx.xx.2023-cü il tarixli və 9/371 nömrəli, xx.xx.2024-cü il tarixli təkrar məhkəmə mühasibatlıq ekspertizalarının rəylərinin Azərbaycan respublikasının Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən həmin Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirilməsi nəticəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş həmin 03 məhkəmə mühasibatlıq ekspertizası rəyinin hər birində Cavabdeh xx.xx.2023-cü il tarixə (arayış məlumatı tarixinə) xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla həmin müqavilə üzrə iddiaçı xxxxna 5208,34 manat əsas və 696,88 manat faiz borcu olduğunun qeyd edildiyi nəzər alaraq məhkəmə Cavabdeh iddiaçı xxxxna xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə olan əsas və faiz borcu həmin məbləğlərdə müəyyən edilməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə iddianın xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin taktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 faiz dərəcəsi ilə hesablanmış penya Cavabdeh iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının xeyrinə tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Maddənin həm adından (pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət), həm də məzmunundan göründüyü kimi burada özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın Cavabdeh qarşı "xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması" tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 5115,94 manat məbləğində əsas borc, 696,88 manat məbləğində faiz borcu, 115,15 manat məbləğində penya və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80,33 manat dövlət rüsumu olmaqla ümumilikdə 6008,3 manat məbləğində pul tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli DKM/024N01A00574621 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 5115,94 manat məbləğində əsas borc, 696,88 manat məbləğində faiz borcu, 115,15 manat məbləğində penya və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80,33 manat dövlət rüsumu olmaqla ümumilikdə 6008,3 manat məbləğində pul tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar