Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-493/2022 11.04.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun və dövlət rüsumunun cavabdehdən tutulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun və dövlət rüsumunun cavabdehdən tutulması" tələbinə dair iddia ərizəsi ilə "11" aprel 2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) yuxarıda qeyd edilmiş iddia ərizəsində hazırki iddia ilə bağlı 53 (əlli üç) manat məbləğində dövlət rüsumu ödədiyini qeyd etsə də, iddiaçı tərəfindən Xaçmaz Rayon Məhkəməsinin hesabına 53 (əlli üç) manat məbləğində ödəniş edildiyi və iddia ərizəsinə Şabran Rayon Məhkəməsinin hesabına hazırki iddia ilə bağlı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin hər-hansı bir sənədin əlavə edilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun və dövlət rüsumunun cavabdehdən tutulması" tələbinə dair iddia ərizəsində 53 (əlli üç) manat məbləğində dövlət rüsumu ödədiyini qeyd etsə də, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən Xaçmaz Rayon Məhkəməsinin hesabına 53 (əlli üç) manat məbləğində ödəniş edilib və iddia ərizəsinə Şabran Rayon Məhkəməsinin hesabına hazırki iddia ilə bağlı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin hər-hansı bir sənədin əlavə edilməyib. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun və dövlət rüsumunun cavabdehdən tutulması" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması haqqında qərardad iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №e-2(031)-493/2022
Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-493/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver